Icma.az
close
up
RU
Xorvatiya parlamentinin komitə sədri: Azərbaycanda keçirilən beynəlxalq konfrans parlamentlərarası əməkdaşlığa töhfə verəcək

Xorvatiya parlamentinin komitə sədri: Azərbaycanda keçirilən beynəlxalq konfrans parlamentlərarası əməkdaşlığa töhfə verəcək

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 29 oktyabr, AZƏRTAC

Oktyabrın 29-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycan Konstitusiyasının qəbulunun 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransında iştirak məqsədilə ölkəmizdə səfərdə olan Xorvatiya parlamentinin Xarici işlər komitəsinin sədri Andro Krstuloviç Oparanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, S.Seyidov Xorvatiya parlamentinin sədrinin bu il ölkəmizə rəsmi səfərini məmnunluqla xatırladaraq, onun iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin, habelə parlamentlərarası əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verdiyini qeyd edib. Vurğulanıb ki, parlamentlərarası dialoqun intensivləşdirilməsi, qarşılıqlı səfərlərin və komitələrarası əməkdaşlığın genişləndirilməsi qanunverici orqanlar arasında əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək.

Xorvatiya parlamentinin Xarici işlər komitəsinin sədri A.K.Opara ikitərəfli əməkdaşlığın inkişafı və parlamentlərarası dialoqun daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. Parlamentlərin dövlətlərarası münasibətlərin inkişafında vacib siyasi və diplomatik platformalardan biri olduğunu deyən qonaq qeyd edib ki, Azərbaycan parlamentində təşkil olunan beynəlxalq konfransda aparılan müzakirələr parlamentlər arasında təcrübə və fikir mübadiləsinə mühüm töhfə verəcək.

İki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edən Xorvatiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Könül Nurullayeva bildirib ki, iki ölkə arasında əməkdaşlıq humanitar, mədəni və iqtisadi istiqamətlərdə də yüksələn xətlə inkişaf edir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:34
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Oktyabr 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see449

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see285

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see196

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see191

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see182

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see181

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see162

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see162

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see153

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see153

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see145

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see145

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see140

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see138

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see136

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri