Xoşbəxt olmaq üçün toy ediblər, toylarını da gözlərindən tökdünüz Razi Nurullayev
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
"Baku TV-də jurnalist Elçin Əlibəyli reytinq xatirinə nala-mıxa vurur. Qardaşım oğlu və onun ailəsi başqa ölkənin vətəndaşlarıdır və öz qərarları ilə 50 nəfərlik toy mərasimi keçiriblər".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev öz feysbuk səhifəsində yazıb.
Razi Nurullayev xatırladıb ki, parlamentdə dəfələrlə toylarda israfçılığın və yüksək səsin əleyhinə çıxış edib və bu mövqeyində bu gün də qalır. Bununla yanaşı, deputat vurğulayıb ki, qardaşı oğlunun şəxsi qərarlarına görə məsuliyyət daşımır.
“Bizim qanunvericilikdə ictimai xadimin, vəzifəli şəxsin və ya ziyalının qohumlarının davranışına görə məsuliyyət daşıması ilə bağlı hər hansı norma varmı?” – deyə R.Nurullayev sual edib.
Deputat jurnalist Elçin Əlibəylinin yanaşmasını tənqid edərək bildirib ki, efirdən insanlara dərs keçməyə çalışanlar əvvəlcə öz mövqelərinə və obyektivliyə diqqət etməlidirlər.
Razi Nurullayev gənc ailəyə qarşı səsləndirilən tənqidləri də qınayıb. Onun sözlərinə görə, gənclər illərlə toy arzusu ilə yaşayıb və hər kəs kimi ailə qurmaq hüququna malikdirlər.
“Toy edənlərə "xoşbəxt olun", "Allah mübarək eləsin" deyərlər. Amma bəziləri ucuz reytinq, baxış sayı, paxıllıq və qərəz naminə nifrət püskürür. Onlar xoşbəxt olmaq üçün toy ediblər, toylarını da gözlərindən tökdünüz”, – deyə deputat bildirib.
Sonda R.Nurullayev bu cür yanaşmaları vicdansızlıq adlandıraraq tənqid edənləri daha məsuliyyətli olmağa və mənəvi dəyərləri unutmağa çağırıb.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 09 Yanvar 2026 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















