Icma.az
close
up
RU
Xoşqədəm Hidayətqızı yazır: Niyə uduzduq?

Xoşqədəm Hidayətqızı yazır: Niyə uduzduq?

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Jurnalist və teleaparıcı Xoşqədəm Baxşəliyeva “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun 60 illik yubileyi münasibətilə onunla bağlı xatirələrini bölüşüb.
Bizim.Media xəbər verir ki, özünün Facebook hesabında paylaşım edən Xoşqədəm Baxşəliyeva qeyd edib ki, Rauf Arifoğlunu 1990-cı illərdən tanıyır və onların ilk üzbəüz görüşü 1999-cu ildə Azərbaycan Yeni Nəsil Jurnalistlər Birliyinin tədbirində baş tutub.
O bildirib ki, həmin görüş sonrakı illərdə uzunmüddətli peşəkar münasibətlərin başlanğıcı olub:
“Rauf Arifoğlu – 60
Açığı, illərin necə keçdiyini bilmədim… 60 ilin hekayəsi… Bu hekayənin xeyli hissəsinə şahidlik etmişəm deyə bilərəm.
Rauf bəyi 90-cı illərdən tanıyıram. Üz-üzə ilk görüşümüz isə 1999-cu ildə, Azərbaycan Yeni Nəsil Jurnalistlər Birliyinin tədbirində oldu. Təsisçisi və baş redaktoru olduğum “Üç nöqtə” qəzeti cəmi bir neçə ay əvvəl yaranmışdı və qısa müddətdə qazandığı uğurlara görə “İlin debütant qəzeti” mükafatına layiq görülmüşdü. Həmin görüş sonralar uzun bir yolun başlanğıcı oldu.
O illər jurnalistika tamam başqa idi. Sosial media yox idi, “copy-paste” yox idi. Xəbər uğrunda əsl mübarizə gedirdi. Səhərlər bütün qəzetləri gözdən keçirib hansı xəbərdə uduzduğumuzu araşdırır, redaksiyada “Niyə uduzduq?” sualına cavab axtarırdıq. Ən çox oxunan qəzet olmaq həm peşəkarlıq, həm də böyük zəhmət tələb edirdi.
Mövqelərimiz fərqli idi. Mən Heydər Əliyevin siyasətini dəstəkləyirdim, Rauf bəy isə müxalifət mövqeyində idi. Amma peşəkarlıq siyasi baxışlardan üstün idi.
Onunla ilk xarici səfərimiz Brüsseldə NATO-nun tədbirinə oldu. Heyətdə səhv etmirəmsə “Azadlıq” qəzetinin baş redaktoru Gündüz Tahirli, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu, “Üç nöqtə” qəzetinin baş redaktoru olaraq mən və digər həmkarlarımız var idi.
Səfər zamanı müxtəlif mövzularda müzakirələrimiz də olurdu. Belə söhbətlərin birində ondan soruşdum:
— Bu hakimiyyətdən nə istəyirsiniz?
Heç düşünmədən cavab verdi:
— Qarabağı.
— Qarabağı, Allah ömür versə, Heydər Əliyev, o olmasa İlham Əliyev alacaq, — dedim.
Onu narahat edən işğal altında olan torpaqlarımız idi. Şəhidlərimizin qanının yerdə qalacağından narahat olurdu. Deyirdi ki, bu nəsil o torpaqları işğaldan azad etməlidir, bu yükü övladlarımıza qoymamalıyıq. O söhbətdən sonra onun davasının Qarabag olduguna əmin oldum.
İllər keçdi… O söhbətdə danışdıqlarımızın, hətta burada qeyd etmədiyim bir çox məqamların gerçək olduğunu gördük. O, uğrunda savaşdığı, gözlərini yumub Qarabağ sevdası ilə inanıb dəstəklədiklərindən də ən ağır zərbələri aldı… Amma bütün bunlara baxmayaraq, yolundan dönmədi. Rauf Arifoğlu qanıyla, canıyla bir Vətən sevdalısıdır, bu Vətənin daşlarından biridir.
Heç vaxt unutmadığım hadisələrdən biri də “Üç nöqtə” qəzetinin bağlanması ilə bağlı yaşananlar oldu. O vaxtkı mətbuat naziri Sirus Təbrizli məni qəbul edib dedi ki, Ramiz Mehdiyevin tapşırığı ilə qəzet bağlanmalıdır.
— Olmayacaq! — dedim.
Məhkəmələr başladı. “Press-klub”dakı toplantılar, qəzetin bağlanmaması üçün keçirdiyimiz aclıq aksiyası, Mətbuat Nazirliyinin qarşısında qələmlərimizi sındırıb yerə atdığımız etiraz… Bunlar mənim yaddaşıma həkk olunan günlərdir.
Həmin vaxt bəzi redaktorların bizə dəstək verməməsi üçün də cəhdlər edilirdi. Toplantıda Rauf bəy bunu hiss etdi. Ayağa qalxıb dedi: “Kim istəmir, müdafiə etməsin. Mən Xoşqədəmin yanındayam.” Və sözünün arxasında dayandı. Bu addımı ilə o, mərdliyin, kişiliyin və dostluğun əsl nümunəsini göstərdi.
Zaman Rauf bəyi ağır sınaqlardan keçirdi. Amma o, ömrünü xəbərə, qələminə, jurnalistikaya və Vətəninə həsr edən insanlardan biri kimi həm Azərbaycan mediasında, həm də ictimai-siyasi həyatda öz izini qoydu. Cənab Prezident tərəfindən "Vətənə xidmət" ordeni ilə təltif olunmasına da ürəkdən sevindim. Layiqdir.
60 illik yubileyində nümayiş olunan filmi izləyərkən anası Elmira xanımın təbriki, övladlarının xatirələri, arxada qoyduğu illərin ağrısı… Bir anlıq o illərə döndüm. Qızlarının həbsdə olan atalarına yazdıqları məktubların ağırlığı ürəyimi sıxdı…
Və Xurşud xanım…
Mən Rauf bəyin uğurlarında onun da böyük payını görürəm. Ailəni qorudu, övladları böyütdü, ən çətin günlərdə həyat yoldaşının yanında oldu. Yoruldu, üzüldü, amma bunu heç kimə hiss etdirmədi. Bir qadının çiyinlərində daşıya bilməyəcəyi yükü əyilmədən daşıdı… Üç mükəmməl övladı ilə birlikdə əsl sevginin, sədaqətin və fədakarlığın kitabını yazdı…
Gələk yubiley tədbirinə…
O tədbirdə məni həm də 90-cı illərin media mühitini xatırladan səmimiyyət duyğulandırdı. Çoxdan görmədiyim həmkarlar, gözəl söhbətlər… Bir an saata baxdım. Gecə idi. Amma heç kim ayrılmaq istəmirdi.
Çünki o zalda təkcə bir yubiley yox idi. Orada bir ömür vardı, bir peşə yolu vardı, Vətən sevgisi vardı, dostluq vardı.
60 il hər kəsə nəsib olur. Amma hər kəs bu illəri iz qoyaraq yaşamır.
Rauf bəy yaşadı.
Müstəqil Azərbaycan mediasında və ictimai-siyasi həyatında öz izini qoydu, Vətəninə xidmət etdi, üç layiqli övlad böyütdü və adını tarixə yazdırdı.
Rauf bəy, bir daha sizi təbrik edirəm. Sizə möhkəm cansağlığı, uzun ömür arzulayıram. Arzu edirəm ki, 70, 80, 90, hətta 100 yaşınızı da eyni hörmət, eyni sevgi və eyni səmimiyyətlə birlikdə qeyd edək”, - deyə Xoşqədəm Baxşəliyeva qeyd edib.

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://bizim.media
archiveBu xəbər 30 İyul 2026 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see359

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see320

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see320

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see304

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see290

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see287

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see270

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see261

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see253

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see250

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see240

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see230

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see223

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see214

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see200

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see194

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see194

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see193

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri