Xristianlar Kadırovun generalının ideologiyasını qəbul etmədilər: Haramdır
Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Ahmat” xüsusi təyinatlı dəstəsinin rəhbəri Apti Alaudinovun Xristian Tanrısı ilə İslam Allahı arasında anlaşma vəhdəti barədə hazırladığı ideologiya pravoslav xristianlar üçün qəbuledilməzdir.
Publika.az xəbər verir ki, bu barədə “Sinodal” Missioner İdarəsinin (SMD) rəhbəri, arxiyepiskop Savva (Tutunov) “Telegram”da bildirib:
“Alaudinov tərəfindən ifadə edilən “ideologiya” (onun dediyi kimi) İkinci Gəlişin teoloji anlayışı baxımından qəbuledilməzdir (...). Bu “ideologiyanı” qəbul edən pravoslav insan pravoslavlıqla ziddiyyət təşkil edir”.
O əlavə edib ki, xristianların və müsəlmanların müharibə zonaları da daxil olmaqla, ortaq maraqlar uğrunda birlikdə mübarizə aparması üçün dində xəyali oxşarlıqlar axtarmağa ehtiyac yoxdur.
Alaudinov Çeçenistan rəhbəri Ramzan Kadırovun yaxın adamı hesab olunur.
Baxış sayı:102
Bu xəbər 10 Fevral 2026 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















