Icma.az
close
up
RU
Xronika: Qədim xristian udialban icması bu gün ermənilər üçün böyük bəladır

Xronika: Qədim xristian udialban icması bu gün ermənilər üçün böyük bəladır

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Norveçlilər udilərdən nələri öyrəndilər" adlı veriliş efirə gedib.

Oxu.Az xəbər verir ki, verilişdə alban-udi xristian dini icmasının sədri Robert Mobili alban xristian irsinin erməni kilsəsinə tabe edilməsindən, udilərin tarixi və mədəni irsindən söz açıb.

O bildirib ki, Azərbaycan tarixən çoxmillətli, çoxkonfessiyalı bir ölkədir: "Udilər tarix boyunca bir sıra çətinliklərdən keçərək, öz dillərini və alban kilsəsini qoruyublar. Udi mədəni irsində qədimdən türk izləri mövcuddur və bu izlər bu gün də yaşayır. Qədim xristian udi-alban icması ermənilər üçün böyük bir təhlükə təşkil edir. Alban kilsəsinin bərpası erməni siyasəti üçün böyük təhlükədir və erməni yalanlarının darmadağın olmasına səbəb olacaq".

R.Mobili əlavə edib ki, erməni kilsəsi həvari deyildi və onun tarixi, kanonik ərazisi Fərat çayından aşağıdır: "Ərəblər ermənilərdən istifadə edərək alban kilsəsini zəiflətmək istəyirdilər. Ərəb xilafəti, erməni kilsəsinə dəstək verərək, bunu həyata keçirdi. 1836-cı il Nikolayın fərmanı ilə alban xristian irsi erməni kilsəsinə tabe edildi. Sinayda tapılan palimpsestlər sübut edir ki, alban əlifbası erməni yazısından daha qədimdir. Sinayda tapılan V əsr yazıları Albaniyanın gerçək tarixini üzə çıxardı. Sinay dağının Qafqaz Albaniya Palimpsestləri erməni tarixinin saxtalığını sübut edirlər. Musa Kalankatlu və Mxitar Qoş alban idilər və ermənilərə heç bir aidiyyatları yox idi. Belçikada çap olunan kitab yalançı erməni tarixini ifşa etdi".

R.Mobili Norveç səyyahı Tur Heyerdalın Qəbələ rayonunun Nic kəndinə səfərinin əsas məqsədinə də aydınlıq gətirib və norveçlilərin udilərdən nələri öyrəndiklərini izah edib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Xronika: "Qədim xristian udi-alban icması bu gün ermənilər üçün böyük bəladır"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 Yanvar 2025 00:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri