Icma.az
close
up
RU
XTQ nin Şuşa Zəfəri Bəhruz Məmmədzadənin duyğularında…

XTQ nin Şuşa Zəfəri Bəhruz Məmmədzadənin duyğularında…

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Bu gün, polad iradəli əsgərlərin, qaranlığı yaran cəsur addımların və vətənin hər qarışını namus bilən oğulların günü – 30 aprel, Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasının 26-cı ildönümüdür. 1999-cu ilin aprelində 30-da qurulan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri (XTQ), bu gün xalqımızın qürur mənbəyinə çevrilib. XTQ-nin qəhrəmanlığı, xüsusilə Vətən Müharibəsində özünü aydın göstərdi. Onların şücaəti, ələxsus da, Cəbrayılın 9 kəndinin azad edilməsində, Şuşa şəhərinə bayrağımızın sancılmasında və düşmənə ağır zərbələrin endirilməsində özünü aydın göstərdi.
Müharibədəki bir çox taktiki qələbələr, XTQ-nin yerdəki mövqelərindən təmin etdiyi dəqiq hədəf koordinatları ilə qazanıldı. Bu qəhrəmanlar, şəhərə daxil olaraq, Ermənistan ordusunu mərkəzdən sıxışdıran diversant qruplarının fəaliyyətini yönləndirərək, uğurlu əməliyyatların həyata keçirilməsinə şərait yaradıblar.
Bu milli qürur verən gündə Patrulaz.az-a öz duyğularını bölüşən Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları ictimai birliyin sədri və mətbuat şurası idarə heyyətinin üzüvü, qəhrəman əsgər Bəhruz Məmmədzadə Vətən uğrunda göstərilən şücaətləri və hər bir əsgərin öz vətəninə olan sevgisini vurğuladı:
“Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) Vətən uğrunda göstərdiyi xidmətlərə hörmət və ehtiram günü olaraq qeyd olunur. 30 aprel 1999-cu ildə Ulu Öndər Heydər Əliyevin əmri ilə yaradılan XTQ, Azərbaycan Ordusunun ən elit hərbi birləşmələrindən biridir. XTQ 2020-ci il Vətən müharibəsində xüsusi qəhrəmanlıq nümayiş etdirib. Onlar düşmənin dərin arxasına sızaraq strateji yüksəklikləri və yaşayış məntəqələrini azad etmiş, Azərbaycanın ümumi zəfərinə böyük töhfələr veriblər”.
Bəhruz Məmmədzadə Xüsusi Təyinatlı Qüvvələrinin, xüsusilə də, bizə qələbəni bəxş edən Vətən müharibəsindəki qəhrəmanlıqlarına da toxundu. O, XTQ əsgərlərinin göstərdiyi şücaətin və fədakarlığın, düşmənin mövqelərini darmadağın edərək, Şuşa da daxil olmaqla strateji ərazilərin azad edilməsindəki rolunu da qeyd etdi:
“XTQ-nin ən önəmli fəaliyyətlərindən biri Şuşanın azad olunmasıdır. Dağlıq və çətin relyefli ərazilərdə piyada yollarla irəliləyərək, XTQ-nin əsgər və zabitləri şəhəri gizli şəkildə ələ keçirib və döyüşərək onu düşməndən təmizlədilər. Bu əməliyyat, Azərbaycan hərb tarixində xüsusi bir yer tutdu. XTQ, həmçinin prezidentin etimadını doğruldan, taktiki və mənəvi üstünlükləri ilə bütün dünyaya gücünü nümayiş etdirdi. Onların hər biri Vətənin fəxri və simvolu oldu”.

XTQ nümayəndəsi, həmçinin Cənab Ali Baş Komandan İlham Əliyevin bu igidlərin göstərdikləri qəhrəmanlıqları ilə bağlı dediyi ifadələrini yenidən xatırlatdı:
“Bu tarixi Zəfəri bizə yaşadan Azərbaycan Ordusudur. Xüsusi Təyinatlı Qüvvələrimiz şəhəri döyüşlə almışlar. Onlar piyada yollarla, dağlarla, meşələrlə, dərələrlə gedərək Şuşaya daxil oldular. Xüsusi Təyinatlı Qüvvələrimiz qəhrəmanlıq göstərmişlər, fədakarlıq göstərmişlər. Onlar misilsiz şücaət göstərərək torpaqlarımızı azad etdilər. Onların hər biri xalqımızın fəxridir. Bu Qüvvələr mənim xüsusi diqqətim altında olmuşdur. Onların təchizatı, hazırlığı və peşəkarlığı məhz bu gün üçün formalaşdırılmışdı. Onlar mənim etimadımı tam doğrultdular. Azərbaycan əsgəri, Azərbaycan Xüsusi Təyinatlısı – bu, rəşadət, cəsarət, vətənpərvərlik simvoludur. Gənclərimiz sizə baxaraq böyüyəcək”.
B. Məmmədzadə sözlərini Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin şərəf və məsuliyyət daşıyan şüarı ilə tamamladı:
“Hər bir XTQ nümayəndəsinin şüarı isə sadədir: Vətənə, Dövlətə sədaqətlə xidmət etmək mənim şərəfimdir!”.
Gülbəniz Səfərova
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 Aprel 2025 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see783

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see526

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see315

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see294

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see286

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see269

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see259

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see248

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see247

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see245

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see242

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see235

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see231

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see228

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see225

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see203

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see201

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see190

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see184

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri