Icma.az
close
up
RU
“Xurafat və uydurma dinləri cəmiyyətlər özləri yaradır” Tural İrfan

“Xurafat və uydurma dinləri cəmiyyətlər özləri yaradır” Tural İrfan

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Əsl din cəmiyyətə böyük mənəvi töhfə verməlidir. Hazırkı reallıq isə ondan ibarətdir ki, insanlar arasında “əsl din”lə “uydurulmuş din” anlayışları tez-tez qarışdırılır. Müzakirə mövzusu budur: bu gün yaşadığımız din həqiqətən Allah tərəfindən nazil edilmiş əsl dindirmi, yoxsa zamanla insanlar tərəfindən uydurulmuş, xurafat və yanlış məlumatlarla qarışdırılmış bir formasıdırmı?”

Bunu Gununsesi.info-ya açıqlamasında ilahiyyatçı Tural İrfan İslam dinindəki xurafatlar haqqındakı fikirlərini şərh edərkən deyib:

“Əgər söhbət əsl dindən gedirsə, bu, Yaradanın insanlara həyatlarını tənzimləmək üçün göndərdiyi ilahi qayda və prinsiplər toplusudur. Həqiqi dinin əsas məqsədi sağlam, ədalətli və mənəvi dəyərlərə söykənən bir cəmiyyət formalaşdırmaqdır.

Ancaq əgər xurafat və uydurma dinlərdən danışırıqsa, bu dinləri cəmiyyətlər özləri yaradır. Həqiqi dindən uzaq düşmüş, yanlış inanclara qapılmış və ifrat davranışlarla formalaşmış cəmiyyətlər zamanla bu cür “xurafat dinləri”ni meydana çıxarır və adını da “din” qoyurlar. Təəssüf ki, bu mənzərəni təkcə bəzi müsəlman ölkələrində deyil, ölkəmizin özündə də müşahidə edirik.

Məhz həmin o uydurma dinin təzahürləri cəmiyyətə problemlər yaradır, ictimai nizamı pozur və nəticədə insanlar arasında ümumilikdə dinə qarşı bir ikrah hissi formalaşır. İnsanların hamısından dini dərindən bilmək və təhlil etmək gözlənilə bilməz. Amma nəticə etibarilə, fərqlər aydınlaşdırılmadıqca dinə olan etimad azalır və əsl din kölgədə qalır”.

Tural İrfanın fikrincə əsl dini müəyyənləşdirmək və onu cəmiyyətə təqdim etmək bu gün çox ciddi bir problemə çevrilib.

“Mütəxəssislər və ilahiyyatçılar tez-tez əsl İslam haqqında danışırlar. Cəmiyyətdə isə belə suallar yaranır: “Əgər əsl İslam budursa, o zaman onu niyə görə görmürük?”, “Nümunəsini göstərin, modelini ortaya qoyun”.

Təəssüflə qeyd edilməlidir ki, bu gün 2 milyarda yaxın müsəlman dünyasında xurafat və təhriflər o qədər geniş yayılıb ki, bu “zülmətin” içindən əsl İslamın işığını çıxarıb aydın şəkildə ortaya qoymaq çox çətinləşib. 

Bu dəyərlər kitablarda, klassik mənbələrdə qapalı qalıb, cəmiyyətin gündəlik həyatına nüfuz edə bilmir. Ölkəmizdə də bu sahədə vəziyyət ürəkaçan deyil – barmaqla sayılacaq qədər az sayda ilahiyyatçı və mütəxəssis əsl İslamın mahiyyətini düzgün təqdim edə bilir.

Halbuki tarixdə, xüsusilə də peyğəmbər dövründə və erkən İslam cəmiyyətlərində əsl dinin yaşandığı, tətbiq edildiyi və nümunəvi nəticələr verdiyi dövrlər olub. Sonralar isə bu saf anlayışlar müxtəlif siyasi, ideoloji və xarici təsirlər nəticəsində təhrif edilib və din mahiyyətindən uzaqlaşdırılıb”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 25 İyul 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri