Icma.az
close
up
RU
Xurmanın ixrac coğrafiyası genişlənsə də, məhsulun əmtəə görünüşünün qüsurlu olması tovuzlu bağbanları narahat edir

Xurmanın ixrac coğrafiyası genişlənsə də, məhsulun əmtəə görünüşünün qüsurlu olması tovuzlu bağbanları narahat edir

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tovuz, 13 noyabr, Ruslan Novruzoğlu, AZƏRTAC

Tovuzun xurma bağlarında kütləvi yığım davam edir. Yaz aylarında hava şəraiti qeyri-sabit və yağıntılı keçsə də, bu, məhsuldarlığa ciddi təsir etməyib və xurma sahələrində bolluq müşahidə olunur. Lakin yayılan xəstəlik və meyvələrin əmtəə görünüşünün qüsurlu olması fermerləri narahat edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tovuzda 817,5 hektar sahədə xurma bağı salınıb. Onun 510 hektarı bar verəndir. Hazırda yığım davam edir, eyni zamanda, meyvənin xarici ölkələrə ixracı da gerçəkləşdirilir. Bağlardan toplanan xurma əvvəlki illərdə əsasən Rusiya, Belarus və Ukrayna bazarlarına çıxarılırdısa, bu ildən ixrac coğrafiyası bir qədər də genişlənib. Bu il Tovuz xurması Avropaya, Yaxın Şərq ölkələrinə və Türkiyəyə də göndərilir.

İxrac edilən ölkələrin sayının artması fermerləri sevindirsə də, xurma bağlarında müşahidə olunan xəstəlik və meyvənin əmtəə görünüşünün qüsurlu olması onları narahat edir. Alıcılar bildirirlər ki, belə xurmalar satış üçün problem yaradır.

Tovuz rayon Əyyublu kəndindən olan fermer Mübariz Mehralıyev deyir ki, bu il yazda uzunmüddətli yağışlar yağdığına görə, mayalanma prosesi düzgün getməyib: “Yay aylarında bu bölgədə nadir rast gəlinən dolu da qeydə alındı. Bu da meyvələri yararsız hala saldı”.

Buna baxmayaraq, fermer xurma satışında probleminin olmadığını bildirir: “Məhsulumuz əvvəllər əsasən Rusiya bazarına ixrac olunurdu. Bu il isə Avropa və Səudiyyə Ərəbistanı bazarına da çıxışımız var. Türkiyədə bu il iqlim şəraiti xurma bağları üçün əlverişsiz keçdi deyə, qardaş ölkənin bazarında da xurmaya ciddi ehtiyac var”.

On beş ildən çoxdur xurma yetişdirməklə məşğul olan fermer Şakir Nəcəfovla da söhbət edirik. Deyir ki, məhsul bol olsa da, onun əksəriyyəti xəstəlik və əmtəə görünüşünün qüsurlu olması səbəbindən satış üçün yararsızdır. “Xurmada mayalanmanın yaxşı getməməsi, həm də may ayında havaların soyuq olması səbəbindən məhsulda xəstəlik və qüsurlar oldu. Sağlam və görkəmi qüsursuz olan məhsul isə qablaşdırılıb xaricə satılır. Keçən il qiymətlər 1 manatdan baha idi. Bu il isə 40-50 qəpik civarındadır” - deyə, fermer vurğulayır.

Mütəxəssislər hesab edirlər ki, bu il xurma bağlarında müşahidə edilən problemlər hava şəraiti ilə bağlıdır və bu, mövsumi haldır. Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun Tovuz Elmi Tədqiqat Bazasının baş elmi işçisi, aqronom Mehman Dadaşovun da bununla bağlı fikrini öyrənirik. Bildirir ki, əmtəə formasını itirmiş xurmanı tədarükçü qəbul etməyəcək. Çünki alıcı bu kimi amillərə önəm verir. “Bu il xurma bağlarında iki problem müşahidə olunur. Biri meyvələrin formalarını dəyişməsi, digəri isə qara ləkələrin düşməsidir. Biz bunu erkən yaz mövsümündə şiddətli yağışlarla, gecə və gündüz temperaturunun fərqli olduğu üçün mayalanmanın düzgün getməməsi ilə əlaqələndiririk. Elə hava şəraitində göbələklərin, bakteriyaların, virusların aktivliyi müşahidə olunmuşdu. Buna görə də meyvələrdə ləkələr əmələ gəlmişdi. Bunun genlə, mutasiya ilə heç bir əlaqəsi yoxdur, sadəcə bütün meyvə bağlarında bu problem var və mövsümi problemdir” – deyə, M.Dadaşov əlavə edib.

Azərbaycanda Xurma İstehsalçıları və İxracatçıları İctimai Birliyinin İdarə heyətinin sədri Qadir Yusifov isə bildirib ki, bu il satışlar sentyabr ayından başlayıb: “Hazırda bir neçə ölkəyə Azərbaycan xurması ixrac olunur. Rusiya, Belarus və Ukrayna ənənəvi bazarlardır. Qardaş ölkə Türkiyəyə də xurma ixrac edirik. Türkiyənin Bursa bölgəsində yetərincə xurma bağları olmasına baxmayaraq, aprel ayında orada qar yağmış və gecələr 10 dərəcə şaxta olduğuna görə bütün xurma bağları donvurma nəticəsində məhv olmuşdur. Ona görə də Türkiyəyə xurma ixracı davam edir. Ümid edirik ki, soyuducu anbarlarda saxlanılan məhsulların icracı dekabr-yanvar-fevral aylarında da davam edəcək. Dubaya, ərəb ölkələrinə və digər ölkələrə də həm qurudulmuş, həm də təzə dərilmiş xurma ixracı həyata keçirilir”.

Hazırda xurmanın ölkəmizdə bir neçə sortu yetişdirilir. Ən çox tələbat isə “Yapon”, “Seyfəli” və “Şərq” sortu kimi tanınan xurmalaradır.

Xurma orqanizm üçün faydalılığı ilə seçilir. Onun tərkibi yod ilə zəngindir. Mədə-bağırsaq, ürək-damar sisteminin fəaliyyətinə yaxşı təsir edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Noyabr 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see209

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see205

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see191

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see174

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see146

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see144

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri