Icma.az
close
up
RU
Xurmanın bilmədiyiniz zərəri

Xurmanın bilmədiyiniz zərəri

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mağazalarda və bazarlarda ən çox satılan mövsüm meyvəsi xurma böyüklər və uşaqlar tərəfindən eyni dərəcədə sevilir.

Bu şərq meyvəsi ilə bütün dünya 1855-ci ildə amerikalı admiral Metyu Perrinin Yaponiya səfərindən sonra tanış olub. Perri ABŞ-a gələrkən hər kəsin sevdiyi xurma meyvələrini özü ilə gətirib. Latın dilindən xurma "Allah yeməyi" və ya "cənnət meyvəsi" kimi tərcümə olunur.

Xurma sadəcə ləzzətli deyil, eyni zamanda da sağlamlığımız üçün faydalıdır. Əgər mütəmadi xurma istifadə etsəniz, onun sayəsində bir çox xəstəliklərin qarşısını almaq olar. Lakin özünün bütün cəlbedici və faydalı xüsusiyyətləri ilə bərabər xurmanın zərərli tərəfləri də var.

Tərkibində artıq miqdarda şəkər olduğu üçün çəkili insanlara, həmçinin şəkər xəstələrinə xurma yemək məsləhət görülmür.

3 yaşadək uşaqlara xurma verməmək daha yaxşıdır, çünki onlarda bu yaşda mədə şirəsinin normal ifzarı formalaşmayıb. Bu səbəbdən də lif hissəcikləri mədəyə yapışa və qarında ağrılara səbəb ola ilər.

Mütəxəssislər yoda yüksək həssaslığı olan insanlara xurma yeməyi məsləhət görmür. Belə hallarda o, allergik reaksiyaların müxtəlif təzahürlərini yarada və sağlamlığa ziyan vura bilər. Yoda qarşı allergiya ən çox uşaqlarda rast gəlinir, lakin böyüklərə də xeyli pis təsir göstərir.

Xurma yedikdən sonra ağız boşluğunu yaxalamaq və dişləri təmizləmək lazımdır, çünki karies yaratma riski böyükdür.

Mədə və bağırsaqlarda əməliyyat keçirən insanlara xurmadan imtina etməyə dəyər. Həddindən artıq xurma istifadəsi bağırsaq işinin pozulmasına gətirib çıxarır.

Məsələ ondadır ki, xurma qabığında çoxlu sayda taninlər saxlanılır. Bitki mənşəli bu maddələr aşılayıcı və büzücü xüsusiyyətlərə malikdir. Taninlər mədənin spesifik mühitində həzm edilməyən hissəcik qruplarını meydana gətirə bilər.

Tanin şaxtada dağılır, ona görə də dondurulmuş xurma ağzı büzüşdürmür. Əgər təzə meyvələrdə həddən artıq tanin olarsa, onların dadı acı və büzücü olacaq. Soyuq mühitdə isə bu çatışmazlıqlar tam aradan qalxacaq. Bu üsul xurmanın dadını yaxşılaşdırır və onu daha şirin edir.

Əgər xurmanı bütünlüklə dondurmaq istəyirsinizsə, meyvəni əvvəlcə yuyun, sonra tam qurulayın. Hər xurmanı bir neçə qatdan ibarət strec salafana büküb dondurucuya səliqə ilə yığın. (axar.az)

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see621

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see597

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see367

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see255

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see255

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see238

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see237

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see234

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see215

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see210

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see206

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see195

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see191

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see190

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see182

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see181

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see174

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see172

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri