Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Xurşidbanu Natəvan qəlbinin səsini şeirə köçürən söz ustası

Xurşidbanu Natəvan qəlbinin səsini şeirə köçürən söz ustası

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

AZƏRTAC Xurşidbanu Natəvana həsr olunan yazılar silsiləsini davam etdirir

Bakı, 9 sentyabr, AZƏRTAC

Xurşidbanu Natəvan Azərbaycan şeir sənətinin gözəl ənənələrini ləyaqətlə davam etdirən və klasik irsə dərindən yiyələnən sənətkarlardan olub. Şairin zəkasını ədəbiyyatımızdakı böyük şəxsiyyətlərin dühası ilə bağlayan da elə ondakı fitri istedad, sənəti duymaq qabiliyyəti və görkəmli sənətkarlardan öyrənərək yaratmaq istəyidir. Şeirlərindəki orijinallıq, bədii təsir qüvvəsi Natəvana Füzuli, Vaqif və Zakirin şagirdi adını qazandırmışdır. Sənət aləmində Natəvanın özünəməxsus yeri var idi. O, sənətə yeni hiss gətirib. Şair, həyat hadisələrinə, təbiət gözəlliklərinə yeni məzmun və məna verməyə can atıb, qəzəlin gözəl nümunələrini yaradaraq, ona müxtəlif rənglər, çalarlar əlavə edib.

Bəylər Məmmədovun müəllifi olduğu, Mustafa Çəmənlinin isə “Ön söz” yazdığı “Xurşidbanu Natəvan” kitabında şairənin həyatı və yaradıcılığı ilə yanaşı, onun ayrı-ayrı şeirlərinin mövzu və ideya xüsusiyyətləri, poetik dünyası da geniş təhlil olunur. AZƏRTAC həmin məqamları oxuculara təqdim edir.

Ümumiyyətlə, Xurşidbanu, "Natəvan" təxəllüsündən bəlli olduğu kimi, şeirimizə narahat ilhamla, şikayətçi ruhla gəlib. Şair hansı mövzuda yazırsa-yazsın Azərbaycan qadınlarının yanıqlı fəryadını, şikayətlərini öz qəzəllərinin ahənginə, ətinə-qanına hopdurmuş, həyatın ən nəşəli, gözəl çağlarını belə narahatlıq, nigarançılıq fonunda əks etdirib.

Xurşidbanunun şəxsi həyatı da ona zəngin material və tükənməz mövzu verib. O, öz şeirlərini həqiqi ilhamla, atəşin məhəbbətlə yazıb, hər bir mövzunu işləyərkən sözçülükdən qaçıb, əsərlərində eyni mövzu və həyat hadisələrinin, eləcə də fikir və ifadələrin yersiz təkrarına yol verməyib:

Dilbəra, dərdi-dilimdən belə ünvan etdim,

Ki, qəmi-hicrdə dil mülkünü viran etdim – beyti ilə başlanan qəzəlində Natəvan onu məşğul edən, ruhunu oxşayan fikirlərin, qəlbində oyanan bakir duyğuların tərənnümünü yanıqlı, məftunluq hissi ilə, həm də yeni məna və şəkildə verməklə oxucusunu dərindən düşündürməyə çalışır:

Ya təbib adını tərk eylə, təbabət etmə!

Ya mənim dərdimi tap, gör niyə tüğyan etdim?

Yoxdur bir kimsə məgər dərdimi bilsin, ya rəb

Ki, mən öz qanım ilə dərdimə dərman etdim.

Dərdi-hicrində gözüm yaşı tutub dünyanı,

Nuh tufanı kimi gör ki, nə tufan etdim.

Şair eşqdən tüğyan edən dərdinin şəfasını təbiblərdə axtaranlara hiddətlənir, dərd həmdəmi tapa bilməyib, qanlı göz yaşları ilə təsəlli tapır; o qədər ağlayır ki, axtardığı göz yaşları "Nuh tufanı" kimi aləmi qərq edir. Burada "göz yaşı"ndan "Nuh tufanı"nın yaranması kimi mübaliğəli təsvir, Natəvan kədərinin, qüssəsinin intəhasız, ondakı məhəbbətin sonsuz olduğunu təsəvvürümüzdə canlandırır.

Məlumdur ki, Natəvan şeirlərinin xeyli qismi ənənəvi məhəbbət mövzusuna həsr edilib. Bu mövzu Natəvan şeirlərində dərin hissləri, sevgi motivlərini, eşq və sevda duyğularını tərənnüm etmək üçün ən başlıca vasitə olub. Xurşidbanu real insan hissələrini, ictimai hadisələrə münasibətini məhəbbət çərçivəsində ifadə edib, arzu etdiyi aləmi real həyatda, yaşadığı mühitdə görmədiyindən, onu eşq aləmində axtarmağa çalışıb.

Natəvanın məhəbbət mövzusunda yazdığı şeirlərdə könül iztirabları, göz yaşları ilə bərabər, insan ləyaqətinin təmizliyinə, insan mənəviyyatının saflığına və gözəlliyə yüksək qiymət verilib, eyni zamanda, şairin öz taleyindən, zəmanəsindən şikayət və narazılığı ustalıqla əks etdirilib.

Xurşidbanunun vəsf etdiyi eşq insanlara sədaqət, inam, etiqad və səmimiyyət aşılayan, onu həyata, yaşamağa çağıran, məna və məzmunca yüksək bir eşqdir. Həmişə pak və təmiz sevgi, düz etiqad və ilqar, azad məhəbbət Natəvan şeirlərinin aparıcı xəttini təşkil edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Sentyabr 2026 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see617

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see293

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see285

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see273

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see269

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see260

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see239

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see235

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see234

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see228

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see221

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see218

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see207

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see196

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see195

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see195

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see194

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see185

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see171

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri