Icma.az
close
up
RU
Xüsusi icra məmuru bu hallara görə məsuliyyət daşıyacaq SİYAHI

Xüsusi icra məmuru bu hallara görə məsuliyyət daşıyacaq SİYAHI

Icma.az bildirir, Adelet.az portalına istinadən.

Xüsusi icra məmurları bu Qanunun tələblərinin pozulmasına görə qanunla nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyacaqlar.

Adalet.az xəbər verir ki, bu məsələ Milli Məclisin  bu gün keçirilən iclasında müzakirə edilən “Xüsusi icra məmurları haqqında” yeni qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, xüsusi icra məmuru hüquqazidd hərəkətləri (hərəkətsizliyi) nəticəsində icra icraatının iştirakçılarına və digər şəxslərə vurulmuş ziyanı ödəməyə borcludur.

- Xüsusi icra məmurları öz fəaliyyətlərində yol verdikləri aşağıdakı intizam pozuntularına görə intizam məsuliyyətinə cəlb olnurlar:

-peşə sirrinə əməl olunmaması;

- qanunla müəyyən edilmiş vəzifələrinin icra edilməməsi və ya lazımi qaydada icra edilməməsi, səlahiyyətinə aid olmayan tədbirlərin görülməsi;

-müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və ya Palatanın xüsusi icra məmurlarının fəaliyyəti ilə bağlı qəbul etdiyi qərarların və digər aktların tələblərinə əməl olunmaması;

- tərəflərə və onların nümayəndələrinə icra işinin materialları ilə tanış olmaq, onlardan çıxarış etmək və həmin sənədlərin surətini çıxarmaq imkanının yaradılmaması;

- icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı hərəkətsizlik, mütəmadi müddət pozuntuları;

- İcra sənədlərinin icrasından əsassız imtina edilməsi;

-arxiv sənədlərinin mühafizəsi, istifadəsi və dövlət mühafizəsinə təhvil verilməsi qaydalarının pozulması;

- kargüzarlıq qaydalarının pozulması;

- xüsusi icra məmurunun adına ləkə gətirən və ya xüsusi icra məmuru peşəsinin nüfuzuna xələl gətirən hərəkətlərə yol verilməsi;

- qadağan edilmiş fəaliyyətlə məşğul olunması, etik davranış qaydalarının tələblərinin pozulması;

- fəaliyyətinin dayandırılması barədə qərarın olmasına baxmayaraq fəaliyyət göstərməsi;

- icra haqları barədə tərəflərə qəsdən yanlış məlumatların verilməsi, icra haqlarının müəyyən edilmiş məbləğlərdən artıq alınması, yaxud icra haqlarının müəyyən edilmiş məbləğlərdən az olacağını vəd edərək tələbkarların cəlb edilməsi;

- bank hesablarından istifadə ilə bağlı bu Qanunun 15-ci maddəsində, mülki, ödəniş xidmətləri, ödəniş sistemləri və banklar haqqında qanunvericlikdə müəyyən edilmiş tələblərin pozulması, tələbkarlara ödənilməli olan vəsaitlərin icra haqları üçün nəzərdə tutulmuş və ya digər hesaba köçürülməsi və istifadə olunması;

- peşəyə laqeyd münasibət göstərilməklə ofisdə işin xüsusi icra memurunun ofisində iş qaydasında müəyyən olunan tələblərə uyğun təşkil edilməməsi;

- xüsusi icra məmuru statusu əldə etmək üçün müraciət etdiyi və ya şəhadətnamə aldıqdan sonrakı dövrdə xüsusi icra məmuru olmağa mane olan halların
qəsdən gizlədilməsi; 31.2.16. Palataya üzvlük haqqının ödənilməməsi;

- səlahiyyətlərinin həyata keçirilməsi üçün tələb olunan sənədlərin surətlərinin və məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və Palataya təqdim edilməməsi;

- fəaliyyətinin monitorinqinə və yoxlanılmasına maneçilik törədilməsi;

- ixtisasının və peşə hazırlığının artırılması üçün təşkil olunan təlimdə iştirak edilməməsi.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq III oxunuşda təsdiq edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://adalet.az
archiveBu xəbər 14 İyul 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see604

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see426

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see307

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see294

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see277

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see267

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see264

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see241

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see221

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see212

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see210

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see202

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see193

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see192

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see191

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see189

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see182

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see177

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see175

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri