Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Kimlər xüsusi icra məmuru ola biləcək?

Kimlər xüsusi icra məmuru ola biləcək?

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev tərəfindən “Xüsusi icra məmurları haqqında” Qanun təsdiqlənib. Həmin Qanuna əsasən, ölkəmizdə icranın qarışıq modelinə keçid planlaşdırılır. Bu modelə görə məhkəmə və digər orqanların qərarlarının icrası həm dövlət, həm də xüsusi icra məmurları tərəfindən həyata keçiriləcək.

Ədliyyə Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, məhkəmə qərarlarının icrasının daha çevik və səmərəli həyata keçirilməsi məqsədilə xüsusi icra məmurları institutu yaradılır.

Xüsusi icra məmurları məcburi icra orqanı statusuna malik olacaqlar. Onlar cinayət, inzibati xəta, inzibati mübahisələrə dair işlər, dövlət orqanlarının tərəf olduqları digər işlər, məişət zorakılığından mühafizə, məcburi müalicə, uşağın mənafeyi ilə bağlı işlərdən (aliment istisna olmaqla) başqa bütün qərarların icrasını həyata keçirə biləcəklər. O cümlədən, xüsusi icra məmurlarının fəaliyyətinin maliyyə dayanıqlığını təmin etmək üçün ilkin mərhələdə pul tələbləri ilə bağlı işlərin də xüsusi icra məmurları tərəfindən icrası nəzərdə tutulub.

Kimlər xüsusi icra məmuru ola bilər?

Ali təhsilli Azərbaycan Respublikasının vətəndaşları xüsusi icra məmurları ola bilərlər. Xüsusi icra məmuru işləmək istəyən şəxslər test və müsahibədən ibarət olan müsabiqədən keçməklə ən azı 3 aylıq ilkin icbari hazırlığa və staj keçməyə cəlb olunacaqlar. Bundan sonra  şəhadətnamə və xidməti vəsiqə veriləcək və  onlar and içərək vəzifələrinin icrasına başlayacaqlar. Müstəqil şəkildə fəaliyyət göstərən bu şəxslər yalnız qanuna tabe olaraq göstərdikləri xidmətlərdən əldə etdikləri vəsaitlə özlərini maliyyələşdirəcəklər. Eyni zamanda, onlar xüsusi icra məmurlarının özünüidarə orqanı olan Xüsusi İcra Məmurlarının Palatasında  birləşərək onun daxili idarəçilik qaydalarına əməl etməlidirlər.

Xüsusi icra institutu nə vaxtdan tətbiq ediləcək?

Xüsusi icra institutunun tətbiqinə başlanılması məqsədilə xüsusi icra məmurlarının şəhadətləndirilməsi, icbari təlimi və fəaliyyəti üçün zəruri olan hüquqi aktlar hazırlanmalı, eyni zamanda bu sahədə institusional işlər aparılmalıdır. Bu səbəbdən xüsusi icra institutunun 2026-cı ildən tətbiqi nəzərdə tutulur.

Qeyd edək ki, bu gün qəbul olunan Qanunun tətbiqi ilə icra proseslərinin sürətlənməsi, vətəndaş məmnunluğunun artırılması, iş yerlərinin yaradılması, dövlət aparatının tədricən optimallaşması və yeni peşə mühitinin formalaşdırılması hədəflənib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 Avqust 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see705

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see673

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see671

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see513

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see483

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see478

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see464

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see410

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see361

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see354

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see353

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see345

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see342

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see336

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see333

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see330

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see325

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see324

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see316

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see303
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri