Icma.az
close
up
RU
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndələri “CyCon 2025”də iştirak edir

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndələri “CyCon 2025”də iştirak edir

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 30 may, AZƏRTAC

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) nümayəndə heyəti mayın 27-dən 30-dək Estoniyanın paytaxtı Tallində keçirilən kibermünaqişələr üzrə 17-ci beynəlxalq konfransda (CyCon 2025) iştirak edir.

AZƏRTAC XRİTDX-nin yaydığı məlumata əsasən xəbər verir ki, tədbir NATO-nun Birgə Kibermüdafiə Mükəmməllik Mərkəzinin təşkilatçılığı ilə reallaşıb. “CyCon 2025” tədbirində “Kibermüharibə”, “Kiberhücumlardan müdafiə üzrə yanıltma taktikaları”, “Kiberməkanda beynəlxalq qaydaların tətbiqi”, “Transsərhəd kontekstdə kiberinsidentlərə cavab”, “Müasir kibermünaqişələrdən müdafiənin təmin olunmasında “OSINT” (açıq mənbə kəşfiyyatı) texnologiyasından istifadə”, “Silahlı münaqişələrdə süni intellektdən istifadə”, “Qlobal həllərin verdiyi imkanlardan sui-istifadə” mövzularında texniki sessiyalar, panel müzakirələri və interaktiv seminarlar təşkil olunub. Tədbirdə 55 ölkədən 650-dən artıq nümayəndə, o cümlədən dövlət rəsmiləri, ekspertlər, akademik dairələr və elmi-tədqiqat institutlarının nümayəndələri və nüfuzlu brendlər iştirak ediblər.

XRİTDX-nin nümayəndə heyəti tədbir çərçivəsində NATO-nun Birgə Kibermüdafiə Mükəmməllik Mərkəzi tərəfindən rəhbər şəxslər üçün təşkil olunmuş “Strateji kibermüharibə simulyasiyaları” təlimində iştirak edib. Həmçinin XRİTDX-nin əməkdaşları ilə NATO-nun Birgə Kibermüdafiə Mükəmməllik Mərkəzinin bir sıra nümayəndələri və yerli kibertəhlükəsizlik şirkətləri arasında görüşlər keçirilib. Görüşlərdə bu il oktyabrın 9-10-da ölkəmizdə keçiriləcək “CIDC-2025” tədbiri, habelə kiberdiplomatiya, kibertəhlükəsizlik sahəsində təlimlərin təşkili və digər məsələlər üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 May 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri