Icma.az
close
up
RU
Xüsusi təyinatlı Qəhrəman: Artilleriya atışları bitən kimi başımı qaldırıb qışqırdım: Sağ qalan varmı?!

Xüsusi təyinatlı Qəhrəman: Artilleriya atışları bitən kimi başımı qaldırıb qışqırdım: Sağ qalan varmı?!

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

1986-cı ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində doğulur...

Şəhid Dilbazi Qasımov adına 1 saylı tam orta məktəbdə təhsil alır...

2011-ci ildə Pakistan Xüsusi Əməliyyat məktəbini; 2017 / 2018-ci illərdə Rusiya Ryazan Hava Desant məktəbini bitirir...

Xüsusi Təyinatlı Qüvvələr kursunu uğurla başa vuraraq XTQ sıralarına qəbul olunur...

XTQ-də tabor komandiri vəzifəsinə və mayor rütbəsinə qədər yüksəlir...

Dəfələrlə Komandanlıq və Dövlət tərəfindən mükafatlandırılır...

Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin, Xocavəndin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşən, Şuşaya girən ilk 3 tabordan birinin komandiri olan Xüsusi Təyinatlı Qüvvələrin mayoru, Vətən Müharibəsi Qəhrəmanı Saleh Həsənov!

Qəhrəmanımız vətən qarşısındakı xidmətlərinə görə "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı, "Hərbi xidmətdə fərqlənməyə görə" 3-dərəcəli medalı, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, "Kəlbəcərin azad olunmasına görə"; "Xocavəndin azad olunmasına görə"; "Cəbrayılın azad olunmasına görə"; "Şuşanın azad olunmasına görə" medalları, "Vətən Müharibəsi Qəhrəmanı" medalı və "Heydər Əliyevin 100 illiyi" yubiley medalı ilə təltif edilib.

Vətən müharibəsində şərəfli döyüş yolu keçən qəhrəman zabitimiz o günləri belə xatırlayır: "Döyüşün ilk başlama anı bizim əvvəlcədən hazirlafığımız zərbə dronunun üçyol deyilən yerdə, yanacaqdoldurma məntəqəsinin yanında ermənilərin toplandığı yerə vurulması ilə başladı. Zərbə dronu ora bizim komandamızla vurulduğu andan pusqu yarım qrupu yolun üzərinə qalxdı, bizim yarım qruplar isə əvvəlcədən təyin elədiyimiz marşrutlarla, yəni, qayalıqlarla və böyürtkən kolluqlarının içi ilə Şuşa şəhərinə hərəkət etməyə başladılar. İlk çıxan şəxslər yol üzərində olan erməniləri məhv etdi, sonra digər qruplar yol üzərinə hərəkət etgməyə başladıar. Bu vaxt artıq hava qaralmağa doğru gedirdi, sıx duman idi. Hətta, bəzən mən xatırlayıram ki, əlimizə baxırdıq, əli belə görmək çox çətinləşmişdi. Ani atışma nəticəsində çox qısa məsafədən, ani döyüşlə onlarla döyüşməyə başladıq. Və əlbəttə ki, onlar bizimlə döyüşə bilmədilər. Təbii ki, məhv olan məhv oldu, geriyə çəkilə bilənlər, əgər çəkilə bildisə çəkildilər. Amma yol üzərində çoxlu sayda düşmənin məhv olmuş əsgərləri qaldı. Bundan sonra isə biz toparlanaraq, yenidən təşkilatlanaraq düz bir əraziyə toplandıq. Təşkilatlanıb hərəkət etmək istəyəndə düşmənin güclü artilleriya atışına məruz qaldıq. Mən qışqıraraq şəxsi heyətə "Döyüşə"! komandası verdim. Hər kəs uzandı yerə, mövqeləri aldı, artilleriya atışları gedən zaman beynimdə bir düşüncə o oldu ki, kaş ki, şəxsi heyətin yarısı sağ qala, biz Şuşa şəhərinə ayağımızı basa bilək. Çünki, şəhərin içinə girməyə 150-200 metr məsafə qalmışdı. Biz çox səbirsizliklə cənab Ali Baş Komandana məruzə etmək istəyirdik ki, biz srtıq Şuşa şəhərinə ayağımızı basmışıq, şəhərin içindəyik. Artilleriya atışları 40-50 saniyə çəkdi. Artilleriya atışları bitəndən sonra mən başımı qaldırdım, "Sağ qalan varmı?!" deyərək qışqırdım. Bu vaxt döyüşmülərimiz yan tərəfdən hər biri başlarını qaldıraraq gur səslə "Hər kəs sağ-salamatdır" deyə qışqırışdılar. Bu anda mən təsəvvür edə bilmirəm, hansı hisləri keçirməyə başladım ki, şəxsi heyətdən bir nəfərin də burnu qanamamışdı. Şəxsi heyətimiz tam tərkibdə döyüşərək Şuşa şəhərinin içərisinə doğru hərəkət etməyə başladı. Düşmən mövqelərinin arxa hissəsinə keçdik. Düşməni arxa tərəfdən məhv etməyə başladıq. Və eləcə də döyüş apara-apara tarixi şəhərimiz olan Şuşa şəhərinin içərisinə daxil olduq. Orada döyüşçülərin şəhid olmaq, yaralanmaq, qorxmaq kimi bir hislər ağlına belə gəlmirdi. Hislər yalnız qələbə istiqamətindəydi. Hislər yalnız cənab Ali Baş Komandanın təyin etdiyi istiqamətdə məğrur hərəkət etmək idi. Başqa bir hislər yox idi. Ona görə də Azərbaycan döyüşçüsü əlbəttə ki, qalib gələcəkdi".

Dünya binə olandan qısa və ya uzun müddətli müharibələr olub və olacaq. Lakin müharibələr dəhşətləri, faciələri ilə yanaşı qəhrəmanları ilə də tarixdə iz qoyur. Qəhrəmanlığa can atmaq, susamaq hər kəsin haqqı olsa da, hünəri olmur... Bunu bacarmaq hər adama nəsib olmur. Qəhrəman kimi tarixdə iz qoyanlar məncə Allahın özəlliklə seçdiyi bəndələr olur. Mərdliyi, cəsarəti, iradəsi ilə təkcə insanların deyil, kainatı yaradanın da diqqətini çəkən, sevgisini qazanan bu insanlar hər bir xalq üçün qürur mənbəyi olur. Bir evin övladı olmaqdan çıxıb, bir elin övladı olur... Mayor Saleh Həsənov kimi....

Biz sizinlə fəxr edirik Qəhrəmanımız! Bilirəm ki, vətən qarşısındakı xidmətiniz hələ də davam edir və edəcək... Bu fəaliyyətdə sizə uğurlar arzulayıram cənab mayor!

Sevinc Bəhmənli.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 09 May 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see347

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see152

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see151

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see150

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see139

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see138

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see135

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri