Icma.az
close
up
RU
Xüsusi xatirələrin yenidən aktivləşdirilməsi əlaqəli hadisələri gücləndirə bilər ARAŞDIRMA

Xüsusi xatirələrin yenidən aktivləşdirilməsi əlaqəli hadisələri gücləndirə bilər ARAŞDIRMA

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 26 may, AZƏRTAC

“Biologia Molecular y Neurociencias” (IFIByNE)-CONICET və Buenos-Ayres Universitetinin alimləri tərəfindən aparılan yeni tədqiqat yaddaş proseslərinə dair mühüm nəticələr ortaya qoyub.

AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, tədqiqata görə, əvvəlcədən konsolidasiya olunmuş (bərkimiş) epizodik xatirələrin yenidən aktivləşdirilməsi təkcə həmin xatirələrin deyil, həm də onlarla kontekstdə əlaqəli olan digər xatirələrin yadda saxlanmasını dolayı yolla gücləndirə bilər. Epizodik yaddaş, yəni şəxsi təcrübə və hadisələrin xatırlanması, hipokampus və medial temporal neyron şəbəkələrin fəaliyyəti ilə sıx bağlıdır. Bu yaddaş növünün assosiativ təbiəti, yəni bir xatirənin digər əlaqəli xatirələri də oyatması, elmi ədəbiyyatda geniş şəkildə sənədləşdirilib.

Xuan Kruz Beron, Luz Bavassi və həmkarları tərəfindən “Journal of Applied Research in Memory and Cognition” jurnalında dərc olunmuş araşdırma yaddaşın yenidən aktivləşdirilməsinin dolayı təsirlərini daha dərindən araşdırmağı hədəfləyib. Alimlər belə fərziyyə irəli sürüblər ki, bir hədəf xatirənin (məsələn, üz–ad cütləri) yenidən aktivləşdirilməsi, həmin xatirənin öyrənildiyi kontekstdə əldə olunmuş digər – periferik xatirələrin (məsələn, gündəlik əşyalar) də saxlanmasını artıra bilər. Bu hipotezi yoxlamaq üçün 238 yetkin iştirakçının qatıldığı dörd eksperiment həyata keçirilib. Birinci mərhələdə iştirakçılar üz–ad cütlərini və gündəlik əşyalarla əlaqəli məlumatları öyrəndilər. İkinci mərhələdə isə iştirakçılardan bəziləri bir gün əvvəl öyrəndikləri məlumatların yenidən aktivləşdirilməsinə yönəlik tapşırıq yerinə yetirdilər, digərləri isə nəzarət qrupunda iştirak etdilər. Üçüncü gün nəticələri göstərdi ki, yenidən aktivləşdirmə tapşırığını yerinə yetirən iştirakçılar həm hədəf, həm də periferik yaddaş elementlərini nəzarət qrupuna nisbətən daha yaxşı xatırlayırdılar. Dördüncü gün isə müəyyənləşib ki, bu gücləndirici təsir yalnız hədəf və periferik məlumatların eyni kontekstdə öyrənildiyi hallarda müşahidə olunur.

Tədqiqatçılar nəticələri belə yekunlaşdırıblar: “Yenidən aktivləşdirmə eyni məkan-zaman kontekstində əldə edilmiş məlumatlara tətbiq edildikdə, yaddaşın həm birbaşa, həm də dolayı yollarla gücləndirilməsi mümkündür. Lakin fərqli kontekstlərdə bu effekt müşahidə olunmur”.

Bu nəticələr insan yaddaşı ilə bağlı fundamental anlayışlara mühüm töhfə verir və gələcəkdə yaddaşın selektiv gücləndirilməsi üzrə yeni tədqiqatlara yol aça bilər. Alimlər hesab edirlər ki, bu mexanizmlərin dərindən öyrənilməsi yaddaş pozuntularının müalicəsi və yaddaşın optimallaşdırılması sahələrində praktik tətbiqlərə yol aça bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 May 2025 07:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri