Icma.az
close
up
RU
XX əsrin ən böyük satışı oldu, müharibənin taleyini dəyişdi 108 il sonra təkrarlanır?

XX əsrin ən böyük satışı oldu, müharibənin taleyini dəyişdi 108 il sonra təkrarlanır?

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ və Danimarka arasında Qrenlandiya ilə bağlı gərginlik davam edir. Problemin həlli istiqamətində müxtəlif təkliflər irəli sürülür. Məsələn, Danimarkanın Baş naziri Mette Frederiksen bildirib ki, ölkəsi ABŞ-la Qrenlandiyanın müdafiəsinə dair 1951-ci il müqaviləsinin yenidən nəzərdən keçirilməsini müzakirə etməyə hazırdır, lakin adanın suverenliyinin başqa tərəfə verilməsi ehtimalını istisna edir. Onun sözlərinə görə, suverenliyin ötürülməsi Danimarka və avropalı müttəfiqləri üçün “qırmızı xətt”dir.

Əslində, ABŞ-ın Qrenlandiyanı Danimarkadan pul müqabilində almaq istəməsi ilk belə hadisə deyil. Yəni Prezident Donald Tramp bu qərara birdən-birə gəlməyib. Bilinənlərin əksinə, Danimarkanın ABŞ-a ada satmaq təcrübəsi var. Belə ki, 1917-ci ildə Danimarka Vest-Hind adalarını (Amerika Virgin adaları) ABŞ-a 25 milyon dollarlıq qızıl qarşılığında satıb. Danimarka həmin adaları 17-ci əsrin sonlarında, Karib dənizində şəkər plantasiyaları qurmaq və Avropa ticarət şəbəkəsinə qoşulmaq məqsədilə ələ keçirmişdi. Adalar o vaxtdan 1917-ci ilə qədər, yəni təxminən 246 il Danimarkanın koloniyası statusunda qalmışdı.

XIX əsrin sonlarına doğru Danimarka artıq böyük müstəmləkə gücünü itirməyə başladı. Xüsusilə quldarlığın ləğvi sonrası adaların gəlirləri əhəmiyyətli dərəcədə azaldı. Digər bir problem isə adaların Danimarkadan çox uzaqda yerləşməsi idi. Kiçik Avropa dövləti üçün minlərlə kilometr uzaqda yerləşən tropik əraziləri qorumaq həm hərbi, həm də diplomatik baxımdan getdikcə çətinləşirdi.

I Dünya müharibəsi yaxınlaşdıqca problem daha ciddi hal aldı. Bu dövrdə Kopenhagen üçün əsas prioritet Avropadakı neytrallığını qorumaq idi. Adaların Danimarkada qalması Karib dənizində potensial qarşıdurma riski ilə əlavə yük yaradırdı. ABŞ isə bu adalara tam fərqli prizma ilə baxırdı. XX əsrin əvvəllərində Vaşinqton artıq regional güc deyil, yarımkürə hegemonuna çevrilmişdi. Panama kanalının açılması ilə Karib dənizi ABŞ üçün həyati əhəmiyyətli təhlükəsizlik zonası oldu. Vest-Hind adaları Birləşmiş Ştatların dəniz yollarını qorumaq və Avropa güclərinin yarımkürəyə geri dönməsinin qarşısını almaq üçün ideal hərbi-strateji mövqe idi. Məhz maraqların kəsişməsi həmin dövrdə satış prosesini mümkün etdi.

ABŞ indi bu məntiqlə Qrenlandiyanı da Vest-Hind adaları kimi almaq istəyir. Lakin baş verənlərin eyni formada təkrarlanması ehtimalı aşağıdır. Çünki niyyət eyni olsa da, şərtlər və beynəlxalq vəziyyət tamamilə fərqlidir.

Əsas fərq ondadır ki, həmin dövrdə Danimarka adaları itirməkdən qorxmurdu, əksinə onlardan qurtulmaq istəyirdi. ABŞ isə almağa tələsirdi. 1916-cı ildə ABŞ-ın 25 milyon dollarlıq qızıl təklifi Danimarka üçün sadəcə maliyyə qazancı deyildi, həm də uzunmüddətli riskdən sığortalanma idi. Qrenlandiyanın dəyəri isə ildən-ilə artır. Ada ətrafında gedən geosiyasi olaylar Kopenhageni narahat etmədiyi kimi, əksinə manevr imkanı yaradır.


Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Yanvar 2026 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see289

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see239

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see230

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see209

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see197

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see179

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see179

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see176

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see164

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see163

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see162

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see158

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see153

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see151

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see147

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see146

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see145

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see144

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri