Icma.az
close
up
RU
XX əsrin qanlı səhifəsi

XX əsrin qanlı səhifəsi

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri

Azərbaycan xalqına, ümumiyyətlə türk dünyasına qarşı erməni daşnaklarının soyqırımı siyasəti 200 ilə yaxın bir dövrü əhatə edir. Tarix boyu təcavüzkar siyasət yürüdən, qanlı əməllərindən dönməyən, “Dənizdən-dənizə böyük Ermənistan” yaratmaq xülyasından əl çəkməyən ermənilər zaman-zaman xalqımızı soyqırımı və deportasiyaya məruz qoymuşlar. Bu dəhşətli, qanlı hadisələrdən biri 1918-ci ilin mart, aprel aylarında yaşanmış, öz vəhşiliyi ilə tarixin qanlı salnaməsinə çevrilmişdir. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində və ölkəmizin müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində rəsmi mənbələrə əsasən on minlərlə soydaşımız etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilib. Mart hadisələri zamanı yüzlərlə şəhərimiz və kəndimiz, Qarabağ ərazisində azərbaycanlıların yaşadıqları 150-dən çox kənd xarabalığa çevrilmiş, Şuşada görünməmiş qırğınlar törədilmişdir. 30 mindən çox azərbaycanlı qətlə yetirilmiş, məscidlər, məktəblər yandırılmış və dağıdılmışdır. Təkcə Zəngəzurda 115, İrəvan quberniyasında isə 211 kənd xarabalığa çevrilmiş, əhalisi misli görünməmiş amansızlıqla qətlə yetirilmişdir.
Qədim Azərbaycan şəhəri Şamaxı da dəhşətli talan və vəhşiliklərə məruz qalmışdı. Şamaxının müsəlmanlar yaşayan hissəsinin hamısına od vurulmuşdur. Şamaxı qəzasının 53 kəndində ermənilər 8077 nəfər azərbaycanlını qətlə yetirmişdilər. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaq olmuşdur. Əvvəlcədən qurulmuş plana görə daşnak-bolşevik qoşunu Şamaxını işğal etdikdən sonra Quba qəzasına daxil olmalı idi. Stepan Şaumyan Cənubi Qafqazda böyük Ermənistan dövləti yaratmaq üçün bütün imkanlardan istifadə edirdi. Quba qəzasında da hadisələr eyni istiqamətdə cərəyan edirdi, orada daşnak dəstələri 122 kəndi yandırdılar. Erməni millətçiləri tərəfindən törədilən bu soyqırımı zamanı Quba qəzasında minlərlə adam öldürülmüşdür.
Bir neçə il əvvəl Quba ərazisində tapılmış və alimlərimiz tərəfindən araşdırılımış insan sümükləri bunu bir daha sübut edir. Kütləvi məzarlıq 2007-ci ilin aprel ayının 1-də ərazidə təmir-tikinti işləri görülərkən aşkar edilmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən məzarlıqda 2007-ci ilin aprel ayının 8-dən 11-dək ilkin tədqiqat işləri aparılmış, məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımla bağlı olduğu müəyyən edilmişdir. 2007-ci ilin iyul ayından etibarən Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun 7 nəfərdən ibarət elmi heyəti tərəfindən kütləvi məzarlıqda tədqiqat işlərinə başlanmış, 2008-ci ilin sentyabr ayında isə tədqiqat işləri başa çatdırılmışdır. Məzarlığın ümumi sahəsi 514 kvadrat metrdir. Arxeoloji qazıntılar nəticəsində qazıntı sahəsində insan cəsədləri ilə doldurulmuş 2 quyu və 2 arx (kanal) aşkar edilmişdir. Aşkar edilmiş insan cəsədlərinin hamısının soyuq silah və küt alətlərlə insanlığa xas olmayan xüsusi qəddarlıq və müxtəlif üsullarla öldürüldüyü müəyyənləşdirilmişdir. Bunun nəticəsidir ki, aşkar edilmiş insan cəsədlərinin sayı kəllə sümükləri ilə müəyyən olunmuşdur. Məzarlıqda azərbaycanlılarla bərabər Qubada yaşayan ləzgilər, yəhudilər, tatlar və digər etnik qrupların nümayəndələri amansızcasına qətlə yetirilərək basdırılmışdır. Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqdan təxminən 400-dən artıq insan cəsədləri aşkar edilmişdir. Aşkar edilən insan cəsədlərinin əksəriyyəti uşaq və qadınlara aiddir. Onlardan 50-dən çoxu müxtəlif yaşlı uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir. Arxiv sənədlərindən məlum olmuşdur ki, aprel-may ayları ərzində təkcə Quba qəzasında 36782 nəfər insan qətlə yetirilmişdir. 380 ailə gecə yatdığı yerdə evlərinə od vurularaq kül edilmişdir. Quba şəhərində erməni cəlladları tərəfindən 259 ev yandırılmış, 1800-dən artıq körpə, 200-dən çox qoca və yaşlı qadın qətlə yetirilmişdir.
Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini yad etmək məqsədilə Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli “31 mart azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Bu Fərman ermənilərin törətdiyi soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi istiqamətində tədqiqatların aparılmasına, həqiqətin üzə çıxarılmasında göstərilən səylərin artırılmasına təkan verdi. Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Son illər bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanılıb. Quba şəhərində tapılan kütləvi məzarlıq azərbaycanlılara qarşı törədilən faciənin qanlı epizodlarından biridir.
Dövlət başçısı İlham Əliyev 30 dekabr 2009-cu il tarixli “Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” Sərəncam vermişdir. Quba Soyqırımı Memorial Kompleksinin 2013-cü il sentyabrın 18-də açılışı olmuşdur. Həmin mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Sovet dövründə təbii ki, tarix təhrif edildiyi üçün bu həqiqətlər bizdən gizlədilirdi. Uzun illər Azərbaycan xalqının qanını axıdan quldurlar, - Şaumyan və onun kimiləri bizə qəhrəmanlar kimi təqdim edilirdi. Hesab edirəm ki, bu, böyük faciədir. Çünki uzun illər xalqımıza qarşı amansızlıqla vəhşilik törədən ünsürlər sovet tarixində qəhrəman kimi təqdim edilirdi, onların şərəfinə abidələr ucaldılırdı. Yalnız müstəqillik dövründə biz həqiqi ədaləti bərpa etdik. Gözəl şəhərimizi, Bakımızı o abidələrdən təmizlədik və bu gün o yerlərdə gözəl parklar, o cümlədən Sahil parkı yaradılıbdır. Yəni, tarix, ədalət zəfər çaldı. Biz bu gün öz tariximizə qayıdırıq. Tarixin bütün məqamlarını bilirik, bilməliyik. Gənc nəsil də bilməlidir ki, xalqımız keçmişdə hansı fəlakətlərlə üz-üzə qalmışdır”.
Azərbaycan xalqı tarix boyu üzləşdiyi bütün faciələrə, çətinliklərə və haqsızlıqlara baxmayaraq, özünün müstəqillik əzmini qoruyub saxlamış, möhkəm iradə, yenilməz birlik və həmrəylik nümayiş etdirmiş, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin gücünün, qüdrətinin daha da artmasına nail olmuşdur. Nəhayət, 2020 ci ilin sentyabr ayının 27-də başlanmış və cəmi 44 gün davam edən hərbi əməliyyatların nəticəsi olaraq, Azərbaycan 30 il davam edən işğala son qoydu. Hər bir azərbaycanlı bəşər tarixində ən qanlı cinayətlərdən biri olan 31 mart soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad etməklə yanaşı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı tarixi Qələbənin sevincini yaşayır. Qəhrəman ordumuz düşməni darmadağın edərək bütün şəhidlərimizin, 31 mart soyqırımı qurbanlarının qisasını aldı. Bu gün biz artıq öz ərazi bütövlüyümüzü, suveren hüquqlarımızı bərpa etmişik. Erməni faşistlərinin darmadağın etdiyi, xarabaya çevirdiyi doğma torpaqlarımızda quruculuq işləri sürətlə həyata keçirilir.
Xalqımızın əldə etdiyi bu tarixi Qələbə Azərbaycanın bütün şəhidlərinin ruhlarını şad etdi. Dövlət başçımızın dediyi kimi, biz şəhidlərimizin qisasını düşməndən döyüş meydanında aldıq. Bundan sonra bütün xain qüvvələr, bütün düşmənlərimiz də biləcəklər ki, artıq Azərbaycan özünə qarşı istənilən aqressiyanı dərhal və qətiyyətlə dəf etmək iqtidarında olan qüdrətli bir dövlətdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 Aprel 2025 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

STM Trampın vasitəçiliyi ilə Prezident İlham Əliyev və Ermənistan baş naziri arasında keçirilən görüşlə bağlı sorğu keçirib

16 Avqust 2025 09:55see228

Müğənni Rəqsanə İsmayılova həbs edildi

17 Avqust 2025 02:19see192

Ağ Ev bunu təkzib edib...

17 Avqust 2025 20:55see156

Bu 7 əlaməti ciddiyə alın İnfarktın xəbərçisi...

16 Avqust 2025 08:53see144

MiQ 29 hissələri Macarıstandakı aerodromdan oğurlanan borcun ödənişi kimi Rusiyadan alınıb

16 Avqust 2025 11:29see138

Alimlərdən YENİLİK: Daxili səsi deşifrə edən beyin çipi yaradılır

16 Avqust 2025 07:32see137

Litva Prezidenti Rusiyaya qarşı təzyiqləri artırmağa çağırıb

17 Avqust 2025 05:16see134

Gələn həftə bu bürclər üçün var dövlət dalğası gəlir

16 Avqust 2025 20:03see133

Dünyada ərzaq bahalaşıb Ən çox nələrin qiyməti artıb?

17 Avqust 2025 20:15see133

Vaşinqtonda bitib, Tehranda başlayan Zəngəzur davası

16 Avqust 2025 14:02see133

Çelsi Bayerin müdafiəçisini transfer etmək istəyir

16 Avqust 2025 23:49see132

37 yaşlı qadın Rusiya gözəli seçildi FOTO

16 Avqust 2025 11:48see131

Nazirlik məşhur şirkəti buna görə cərimələdi

17 Avqust 2025 00:21see129

Türkiyə Prezidentindən Tramp Putin görüşünə münasibət

16 Avqust 2025 19:56see129

Sabunçuda 3 otaqlı ev yandı

16 Avqust 2025 17:13see128

“Turan Tovuz” və “Neftçi” üçün də marafon başlayır!

16 Avqust 2025 17:02see127

Ayda saatlarla davam edən zəlzələlər baş verir: NASA hərəkətə keçdi

17 Avqust 2025 06:44see127

Çindən yeni inqilab: qüvvələr balansı tamamilə dəyişə bilər

16 Avqust 2025 20:04see126

Kurban Berdiyev: “İlk oyun həmişə ağır olur”

16 Avqust 2025 19:46see126

Kanalizasiya suları Bakının məşhur çimərliyinə axır VİDEO

16 Avqust 2025 19:36see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri