Icma.az
close
up
RU
XXI əsr uşaqlarının bəlası Onlara necə kömək edək?

XXI əsr uşaqlarının bəlası Onlara necə kömək edək?

Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son illər doğulan uşaqların əksəriyyətində nevroloji problemlər, gec danışmaq, davranış pozuntusu və s. müşahidə olunur.

Bəs bu problemlərin yaranma problemləri nədir? Uşaqlarda nevroloji problemlər irsidir, yoxsa genetik? Bu kimi xəstəliklərin tam müalicəsi mümkündürmü?

Övladlarında problem olan bütün valideynləri bu kimi suallar düşündürür. Bu və digər məsələlərə aydınlıq gətirmək üçün uşaq nevroloqu Vüsalə Nuriyeva ilə əlaqə saxladıq.

Həkim BAKU.WS-ə açıqlamasında bildirdi ki, nevroloji probləmlər hem irsiyyət, həm genetika ilə bağlı ola bilər. 

"Yaranma səbəbləri DNT zəncirində olan mutasiyalar xromosom pozuntuları və genetik sindromla baglı gedən səbəblə ola bilər.

İrsiyyətə bağlı əgər valideynlərdə və yaxın qohumlarda nevroloji pozuntular varsa, uşaqlarda da bu risk arta bilər. xüsusən də qohum evliliklərində  buna daha çox rast gəlinir və bu baxımdan ölkəmizdə qohum evliliklərinə qoyulan qadağa çox gözəl addım oldu.

Bəzən  isə nevroloji xəstəliklər heç bir irsi və genetik faktorla əlaqəsi olmadan ananın hamiləlik periodunda yaşadığı stress, keçirdiyi xəstəliklər hamiləlik zamanı ananın sağlıq durumunun hamiləliyə uyğun olmaması və ətraf mühit çevrə faktorlarının və ya doğuş travması və erkən doğuş həftəsi yarımçıq doğulma kimi hallar nevroloji defisitə gətirib çıxarır", - deyə həkim bildirib.

Vüsalə Nuriyevanın sözlərinə görə, nevroloji xəstələrdə bəzi digər xəstəlik və ya problemlərin yaranma riski  arta bilər:

Həkim bunları aşaıdakı kimi sıralayır:

Zehni inkişaf ləngiməsi və ya öyrənmə çətinliyi disleksiya

Davranış pozuntuları (məsələn hiperaktivlik  diqqət dağınığlığı DEHB)

Psixoloji problemlə (məsələn anksiyete pozğunluğu, depresiya, sosial çətinliklər, sosial autizim)

Əzələ pozgunluğu, əzələ zəifliyi, hərəkət koordinasiya pozuntusu

Hərəkət məhdudluğu

Nitqin muxtəlif inkişaf pozuntuları

Epilepsiya

Qeyd edək ki, bu probləmlər nevroloji diaqnozun növünə və ağırlıq dərəcəsinə görə fərqlənir.

Vüsalə Nuriyeva bildirir ki, nevroloji xəstəliklərin müalicəsi xəstəliyin ağırlığından bağlıdır.

"Genetik və xronik nevroloji xəstəliklər (məsələn uşaq serebral iflici, epilepsiya və s.) isə tam mualicə olunmur.

Amma zamanında aparılmış müalicə  və reablitasiya ilə əlamətləri azala bilər və uşağı öz potensialına uyğun inkişhaf etdirmək olar. Lakin tibb inkişaf edir. Gen terapiyası və süni intellekt dövründəyik və bu səbəbdən hazırda müalicəsi çətin görünən bir sıra xəstəliklərə yaxın gələcəkdə çarə tapılacaq".

Ziya SƏCCAD

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://baku.ws
archiveBu xəbər 18 İyul 2025 20:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri