Icma.az
close
up
RU
MDUda “XXI əsr təhsil çağırışları və tələbəyönümlü tədrisin təşkili” mövzusunda təlim keçirilib AZƏRTAC

MDUda “XXI əsr təhsil çağırışları və tələbəyönümlü tədrisin təşkili” mövzusunda təlim keçirilib AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mingəçevir, 29 noyabr, Rəşad Türkoğlu, AZƏRTAC

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə Mingəçevir Dövlət Universitetində (MDU) regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələrinin iştirakı ilə “XXI əsr təhsil çağırışları və tələbəyönümlü tədrisin təşkili” mövzusunda təlim keçirilib. Sözügedən təlimdə TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov, Agentliyin struktur bölmələrinin rəhbərləri və əməkdaşları, həmçinin 9 ali təhsil müəssisəsinin - Mingəçevir Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialı, Bakı Dövlət Universitetinin Qazax filialı və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialının 100-dən çox akademik və inzibati heyəti, media nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, təlimin məqsədi regionlarda yerləşən ali təhsil müəssisələrinə keyfiyyət təminatına dair faydalı məlumatların verilməsi, daxili keyfiyyət təminatı sisteminin formalaşmasına, müəssisələrdə keyfiyyət təminatı strukturunun işinin səmərəli təşkilinə və tədrisin tələbəyönlü prinsiplər əsasında qurulmasına dəstək olmaqdır.

Tədbiri Mingəçevir Dövlət Universitetinin rektor əvəzi Üzeyir Zeynalov açıb, təlimin əhəmiyyətindən danışıb.

TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov tədbir iştirakçılarına XXI əsr təhsil çağırışları və tələbəyönümlü tədrisin təşkili ilə bağlı bir sıra vacib məqamlar haqqında ətraflı məlumat verib.

Təlim çərçivəsində TKTA-nın məsul əməkdaşları mövzu ətrafında geniş məruzə ilə çıxış ediblər.

Sonda təhsil müəssisələrinin daxili keyfiyyət təminatı sisteminin səmərəliliyinin qiymətləndirilməsi alətlərinin tələbləri və tətbiqi mexanizmi barədə iştirakçıların sualları cavablandırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Noyabr 2024 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see210

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see199

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see185

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see182

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see178

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see151

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see151

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see147

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see144

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see139

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see138

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see138

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see133

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see132

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see131

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri