Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

XXI əsrin “Mixaylo”su Vətən müharibəsi şəhidi Mehti Şıxəliyev

XXI əsrin “Mixaylo”su Vətən müharibəsi şəhidi Mehti Şıxəliyev

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 16 oktyabr, Göyçək Mahmudlu, AZƏRTAC

İkinci Dünya müharibəsinin əfsanəvi qəhrəmanlarından olan cəsur döyüşçü “Mixaylo” ləqəbli Mehdi Hüseynzadənin rəşadəti, cəsarəti hər kəsə məlumdur. Uzun illər keçsə də, qeyri-adi istedada və bacarığa malik qəhrəmanın şücaəti ilə hələ də dillərdə dastan kimi dolaşır. Nəsillərdən-nəsillərə ötürülən salnamələr gələcək nəsillər üçün cığır açır, yeni qəhrəmanların yetişməsinə vəsilə olur. XXI əsrin “Mixaylo”su da öz cəsurluğu ilə heç də ondan geri qalmadı. Söhbət Sovet İttifaqı Qəhrəmanından 76 il sonra elə noyabrda şəhadətə ucalan Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) kiçik giziri “Mixaylo” ləqəbli Mehti Şıxəliyevdən gedir.

XTQ-nin kiçik giziri M.Şıxəliyevin Azərbaycan Ordusunda xidməti 2014-cü ildə başlayıb. Həmin il həqiqi hərbi xidmətə yola düşən Mehti xidməti dövründə XTQ kursundan uğurla keçməyə nail olub. 2016-cı ildən etibarən XTQ-nin müddətdən artıq hərbi qulluqçusu kimi xidmətini davam etdirən Mehti Aprel döyüşlərində, o cümlədən bir neçə məxfi əməliyyatda peşəkar hərbçi kimi iştirak edib. Bu illər ərzində kifayət qədər təcrübə qazanan, hər əməliyyatda bir az da püxtələşən Mehtinin Vətən müharibəsində əldə edilən Zəfərdə xidmətləri olduqca böyükdür. Onun Murovdağ silsiləsindən başlanan döyüş yolu Şuşayadək davam edib. Mehti haqq savaşımız dövründə düşmənin bir neçə tankını və döyüş maşınını, 70 nəfərə yaxın canlı qüvvəsini məhv edib. Şuşada əlbəyaxa döyüşlərdə cəsurluq nümayiş etdirib. 2020-ci il noyabrın 7-də Şuşanın azad edilməsi uğrunda aparılan hərbi əməliyyatlar zamanı döyüş yoldaşlarını xilas edərkən yanına minaatan mərmisinin düşməsi nəticəsində ağır yaralanan M.Şıxəliyev iki gün sonra - Şanlı Zəfərimizə saatlar qalmış şəhidlik zirvəsinə ucalıb.

Əbədiyyət zirvəsini fəth edən Mehti döyüş yoldaşlarına özündən yadigar bir kəlam da saxlayıb: “Bu, torpaq məsələsi deyil, bu, namus məsələsidir”.

AZƏRTAC-ın müxbiri ilə həmsöhbət olan şəhidin atası Yalçın Şıxəliyevin sözlərinə görə Mehtiyə “Mixaylo” ləqəbini uşaq vaxtlarından veriblər: “O, uşaqlıqdan silah düzəldir, müharibə oyunları oynayırdı. Üç yaşından “Mixaylo” kimi tanındı. Çox gözəl, ağıllı, həm də dəcəl uşaq idi. İdmanı çox sevir, dərslərini yaxşı oxuyurdu. Hər kəsdən seçilirdi, fərqli uşaq idi. Mehti bizə elə bir övlad oldu ki, bunu sözlə ifadə etmək mümkün deyil. Təki bütün övladlar ata-anaya Mehti kimi can yandıran olsunlar. Hər üç aydan bir evə gəlirdi. Altı ildə aldığı maaşının əsas hissəsini bizə göndərirdi. Döyüşlər vaxtı, oktyabrın 21-də ona zəng edəndə kövrəldim, danışa bilmədim. Axşam bir də zəng edib, niyə belə etdiyimi soruşdu. Ona odun-alovun içində olduğu üçün narahatlıq duyduğumu bildirəndə dedi ki, “Ata, sən bilmirsən mənim işim budur? Arxayın ol”. Son dəfə də zəng edəndə yaxşı olduğunu, qurban kəsmək üçün pul göndərdiyini bildirdi. Müharibədən 1 il əvvəl insult keçirməyimlə əlaqədar sağalmağım üçün qurban kəsməyi vəd etmişdi. Mənə dedi ki, boynumda qurbanım var, onu kəsin, qalmasın. Mənimlə elə danışırdı ki, onun müharibədə olduğunu hiss etmirdim. Ancaq yaxşı olduğunu deyirdi. Sən demə o, bizi qardaşı Xalidə tapşırıbmış... Əvvəllər Mehtini bizə görə tanıyırdılarsa, indi bizi Mehtiyə görə tanıyırlar. O, bir başqa övlad idi”.

Şəhidin anası Şəlalə Şıxəliyeva isə Mehtinin 11-ci sinifdə oxuyarkən hərbçi olmağa qərar verdiyini və XTQ-nin mənsubu kimi xidmət etmək arzusunda olduğunu deyib: “Hərbi xidməti Tərtərdə “N” saylı hərbi hissədə keçdi. Elə hərbi xidmət dövründə telefon danışıqlarının birində dedi ki, XTQ mənsubu olacağam. Mən də xeyir-dua verdim. Çünki arzusu idi. Kurslardan uğurla keçib, xidmətə başladı. İlk dəfə Aprel döyüşlərində iştirak etdi və üzərinə düşən tapşırıqların öhdəsindən uğurla gəldi. Vətən müharibəsi dövründə son dəfə oktyabrın 20-də danışdıq. O, noyabrın 9-da şəhid olsa da, biz bu barədə noyabrın 12-də xəbər aldıq. Atası da, mən də onun şəhid olduğunu hiss edirdik. Sanki içimizi üşüdən soyuqluq, boşluq var idi. Şəhid olmamışdan 15 gün əvvəl yuxumda görmüşdüm. Çox işıqlı siması var idi. Sən demə, şəhadətin nuru simasına çökübmüş. Mən onunla qürur duyuram. Fəxr edirəm ki, mənim oğlum bu cür qəhrəmanlıqlar göstərib. Təbii ki, çox çətindir. Hər bir ana istəyər ki, oğlu sağ qayıtsın, ona toy-büsat qursun. Mehtinin taleyi, qisməti də belə oldu. Vətən sağ olsun!”

Şəhidin qardaşı Xalid Şıxəliyev isə Mehti ilə son danışığını bu cür xatırlayır: “Oktyabrın 21-də danışanda 10-15 gün zəng edə bilməyəcəyini dedi və ondan narahat olmamağı tapşırdı. Sən demə, Şuşa uğrunda döyüşə gedirmişlər. Bizə iştirak etdiyi əməliyyatlar, aldığı döyüş tapşırıqları barədə heç vaxt heç nə danışmırdı. Hətta Aprel döyüşlərindən gələndən sonra da baş verənlər haqqında bir kəlimə də deməmişdi. Onun xidmətləri, şücaətləri barədə yalnız şəhid olduqdan sonra döyüş yoldaşlarından öyrəndik. Mehtinin Murov yüksəkliyinə “Spayk” tank əleyhinə idarəolunan raketi qaldırıb, düşmənin 17 nəfərlik heyətini məhv etdiyini yoldaşları danışıb. Mehti qohumlardan birinə özü ilə bağlı video göndərərək ondan xatirə saxlamağı tapşırıb. “Getdiyin kimi qayıt” sözlərinə zarafatla cavab verib. O, məqamında kiminsə narahat olmaması üçün zarafat etməyi bacaran biri idi. Mehti heç vaxt məğlubiyyətlə barışmazdı, həmişə qələbə üçün vuruşurdu. O, istəyinə nail oldu, tarixi Zəfər əldə edildi...”.

Bacısı Aysel Feyzullayeva isə qardaşını tez-tez yuxuda gördüyünü bildirib: “Müharibə dövründə Mehtini itirəcəyimdən çox qorxurdum, lakin onu hərbi formada görəndə fərəh duyurdum. İndi də fəxr edirəm ki, şəhid bacısıyam. Ona deyirdim ki, sağ-salamat gələcəksən, sənə “Qəhrəman qardaşım” deyəcəyəm. Torpaqlar azad olunduqca çox sevinirdi. O, Şuşanın azadlığına şahid olaraq şəhadətə yüksəldi. Mehti mənim qəhrəman qardaşımdır...”.

Qeyd edək ki, Vətən müharibəsi şəhidi Mehti Şıxəliyev Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları və “Qarabağ ordeni” ilə təltif olunub.

O, doğulub boya-başa çatdığı Hacıqabul rayonunun Meyniman kəndində torpağa tapşırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:526
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Oktyabr 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri