Icma.az
close
up
RU
XXI əsrin təhlükəsizlik çağırışları: Bakı qlobal dialoq platformasıdır

XXI əsrin təhlükəsizlik çağırışları: Bakı qlobal dialoq platformasıdır

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

XIII Qlobal Bakı Forumunda müzakirə olunan məsələlər qlobal təhlükəsizlik, sülh, enerji və beynəlxalq əməkdaşlıq məsələlərinin aktuallığını bir daha ortaya qoyub. Tədbirdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev çıxışında müasir beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər barədə fikirlərini qeyd edib. Təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır. Çünki təhlükəsizlik təmin edilmədən digər sahələrdə əldə olunan nailiyyətlərin davamlı olması mümkün deyil.

Müasir dövrdə qlobal siyasətdə müşahidə olunan gərginliklər, yeni münaqişə ocaqlarının yaranması və beynəlxalq hüquq normalarının pozulması təhlükəsizlik məsələsinin əhəmiyyətini daha da artırır. Bu baxımdan dövlətlərin sabit inkişafı ilk növbədə təhlükəsiz mühitin formalaşdırılmasından asılıdır. Prezident İlham Əliyev forumdakı çıxışında qeyd edib ki, öz inkişafı uğrunda illər, onilliklər ərzində səy göstərmiş ölkələr indi ciddi risklərlə üzləşirlər. Yeni reallıqlar fonunda dövlətlərin səylərini birləşdirərək təhlükəsizlik sahəsində daha sıx əməkdaşlıq etməsi zəruridir. Çünki qlobal təhlükəsizlik yalnız bir regionun və ya bir dövlətin deyil, bütün beynəlxalq sistemin sabitliyini müəyyən edən əsas amillərdən biridir.
Prezident İlham Əliyev çıxışında regional təhlükəsizliyin Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olduğunu vurğulayıb. Uzun illər ərzində işğal şəraitində yaşayan ölkə üçün əsas məqsəd ərazi bütövlüyünün və suverenliyin bərpası olub. Bu istiqamətdə aparılan mübarizə təxminən 30 il davam edib və nəticədə beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq bu məqsədə nail olunub. BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulan özünümüdafiə hüququ çərçivəsində həyata keçirilən addımlar nəticəsində işğal altında olan ərazilər azad edilib. Bu proses beynəlxalq hüququn prinsiplərinin praktikada tətbiqinin bariz nümunəsi kimi dəyərləndirilir. Uzun illər ərzində beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrin icra olunmaması isə beynəlxalq münasibətlər sistemində mövcud problemləri də açıq şəkildə nümayiş etdirib.
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərin azad olunması regionda yeni reallıq yaradıb. Bəzən sülhə nail olmaq üçün gücdən istifadə qaçılmaz olur. Əgər beynəlxalq hüquq və ədalət bir dövlətin tərəfindədirsə və sülh yolu ilə həll imkanları tükənirsə, bu halda suverenliyin bərpası üçün gücdən istifadə zəruri addım kimi ortaya çıxır. Bu prosesin ardınca siyasi dialoq vasitəsilə sülhə nail olunması müasir beynəlxalq təcrübədə nadir hallardan biri hesab olunur. Dövlətimiz əvvəlcə hərbi yolla ərazi bütövlüyünü təmin edib, daha sonra isə diplomatik vasitələrlə sülhə nail olub. Bu faktor beynəlxalq münasibətlər tarixində diqqət çəkən nümunələrdən biridir.
2023-cü ilin sentyabrında baş verən son qarşıdurmadan sonra qısa müddət ərzində sülhün əldə olunması normallaşma prosesinin sürətlə getdiyini göstərir. Bu proses güclü siyasi iradə və uzunmüddətli düşmənçiliyin davam edə bilməyəcəyinin dərk olunması nəticəsində mümkün olub. Sülhün bərqərar olması regionda iqtisadi əməkdaşlıq imkanlarının genişlənməsinə, nəqliyyat və ticarət əlaqələrinin inkişafına şərait yaradır. Bu amil isə bütövlükdə regionun sabitliyinə və rifahına mühüm töhfə verir.
Forumdakı çıxışında Prezident İlham Əliyev regionda sülhün möhkəmləndirilməsi istiqamətində atılan addımlardan da bəhs edib. Ermənistanla iqtisadi əlaqələrin bərpası, ticarətin yenidən qurulması və enerji məhsullarının ixracı bunun bariz nümunəsidir. Bu addımlar regionda uzunmüddətli və davamlı sülhün təmin olunmasına xidmət edir. Uğurlu siyasət göstərir ki, Azərbaycan əməkdaşlıq və qarşılıqlı faydalı münasibətlərin tərəfdarıdır. Regionda iqtisadi əlaqələrin inkişafı həm də etimad mühitinin formalaşmasına töhfə verir. Dövlətimizin başçısının çıxışında qeyd etdiyi kimi, işğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə o zaman məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağımız - hesab edirəm ki, bu, beynəlxalq ictimaiyyətlə paylaşa biləcəyimiz nadir bir təcrübədir: “Mən dəfələrlə demişəm ki, biz Ermənistanla sülhü yalnız kağız üzərində əldə etməmişik, sülh sazişi yeddi ay əvvəl paraflandı və birgə bəyanat qəbul olundu. Lakin biz artıq real həyatda sülhü təmin etmişik. Sərhədimizdə sakit vəziyyət hökm sürür, atəş açılmır, artıq heç bir qurban və itki yoxdur”.
Prezident İlham Əliyev çıxışında bu gün enerji təhlükəsizliyinin ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıdığını vurğulayıb. Qlobal enerji bazarlarında baş verən dəyişikliklər, qiymətlərin kəskin dalğalanması və tədarük zəncirlərində yaranan problemlər bu məsələnin əhəmiyyətini daha da artırır. Azərbaycan bütün enerji seqmentləri üzrə fəaliyyət göstərən mühüm enerji istehsalçısı və ixracatçısıdır. Neft, qaz, neft-kimya məhsulları və elektrik enerjisi istehsalı ölkənin enerji siyasətinin əsas istiqamətlərini təşkil edir. Bu sahədə həyata keçirilən layihələr beynəlxalq enerji təhlükəsizliyinə mühüm töhfə verir.
Son illər təbii qaz ixrac edilən ölkələrin sayının artması da enerji əməkdaşlığının genişləndiyini göstərir. Bir il ərzində qaz alan ölkələrin sayının 12-dən 16-ya yüksəlməsi bu istiqamətdə əldə olunan nailiyyətlərin göstəricisidir. Boru kəmərləri vasitəsilə təbii qaz ixracının coğrafiyasına görə Azərbaycan dünyada ön sıralarda yer alır. Enerji siyasətində əsas məqsədlərdən biri bazarda sabitliyin qorunmasıdır. Bu baxımdan OPEC+ formatında həyata keçirilən əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Tarazlı və proqnozlaşdırıla bilən enerji qiymətləri həm istehsalçılar, həm də istehlakçılar üçün daha faydalıdır. Enerji bazarlarında kəskin qiymət dəyişiklikləri iqtisadi sabitliyə mənfi təsir göstərə bilər. Buna görə də beynəlxalq enerji əməkdaşlığı qlobal iqtisadiyyatın dayanıqlılığını təmin edən əsas amillərdən biridir.
Qlobal Bakı Forumunda diqqət çəkilən digər mühüm mövzulardan biri nəqliyyat və logistika məsələləri idi. Müasir dövrdə münaqişələr və geosiyasi gərginliklər ənənəvi nəqliyyat marşrutlarının fəaliyyətinə mənfi təsir göstərir. Bu isə dünya iqtisadiyyatında tədarük zəncirlərinin pozulmasına səbəb olur. Azərbaycan həmin sahədə həyata keçirilən böyük infrastruktur layihələri sayəsində regionun mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişafında ölkənin rolu getdikcə artır. Enerji sektorundan əldə olunan gəlirlərin mühüm hissəsi nəqliyyat və logistika infrastrukturunun inkişafına yönəldilib. Bunun nəticəsində ölkə həm Orta Dəhliz, həm də digər beynəlxalq nəqliyyat marşrutlarının əsas iştirakçılarından birinə çevrilib.
XIII Qlobal Bakı Forumu bir daha göstərir ki, müasir beynəlxalq münasibətlər sistemində dialoq və əməkdaşlıq ən vacib amillərdən biridir. Prezident İlham Əliyevin çıxışı təhlükəsizlik, sülh, enerji və nəqliyyat sahələrində həyata keçirilən siyasətin beynəlxalq əməkdaşlığa mühüm töhfə verdiyini nümayiş etdirib. Bu siyasət yalnız regional deyil, qlobal səviyyədə də sabitliyin və inkişafın təmin olunmasına xidmət edir. Təhlükəsizlik, enerji və nəqliyyat sahələrində həyata keçirilən strateji layihələr ölkənin beynəlxalq mövqeyini daha da gücləndirir və qlobal tərəfdaşlıq imkanlarını genişləndirir.

Asif Əsgərov
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Mart 2026 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri