Icma.az
close
up
RU
Bakıda “Diabet və piylənmədə XXI əsrin çağırışları” mövzusunda beynəlxalq konfrans keçirilir AZƏRTAC

Bakıda “Diabet və piylənmədə XXI əsrin çağırışları” mövzusunda beynəlxalq konfrans keçirilir AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 17 yanvar, AZƏRTAC

Yanvarın 17-də Bakıda “l AZƏRTÜRKDİAB: Diabet və piylənmədə XXI əsrin çağırışları” mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyev və ərazi bütövlüyümüz uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanda ilk dəfədir keçirilən bu tədbir Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB), İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyini dəstəyi və Respublika Endokrinoloji Mərkəzin (REM) təşkilatçılığı ilə həyata keçirilib.

Dünyanın bir çox ölkəsindən gələn, eyni zamanda yerli 300-ə yaxın həkim-endokrinoloqları bir araya gətirən konfransda endokrinologiya sahəsinin aparıcı mütəxəssisləri iştirak edir.

Konfransda çıxış edən Respublika Endokrinoloji Mərkəzin direktoru Nərmin İsmayılova Azərbaycan və Türkiyə arasında endokrinoloji problemlərin həlli istiqamətindəki əməkdaşlığıa diqqət çəkib: “1997-ci ildə Türkiyə və Azərbaycan arasında Beynəlxalq Diabet Federasiyasının rəhbərliyi ilə əməkdaşlıq proqramı imzalanıb. Ötən illər ərzində bu proqram çərçivəsində bir çox layihələr həyata keçirilmiş, azərbaycanlı həkimlər Türkiyədə kurslara və təlimlərə cəlb olunub. Xəstəliklərin müalicəsi istiqamətində yeni metodların öyrənilməsi və mənimsənilməsi baxımından proqramın əhəmiyyəti olduqca vacib idi.

Biz isə Türkiyə Diabet Fondu ilə birlikdə bu sahədə əməkdaşlığı daha da genişləndirmək üçün prosesi yeniləmək qərarına gəldik. Hazırda isə proqramın ilk beynəlxalq konfransına ev sahibliyi edirik. Ümid edirəm ki, konfrans həkimlərin və əhalinin maariflənməsinə və piylənmə xəstəliyinin rastlanma tezliyinin azaldılmasına kömək edəcək”.

Daha sonra Türkiyə Diabet Fondunun sədri professor Mehmet Temel Yılmaz keçirilən konfransın vacibliyinə diqqət çəkib: “Hazırda bütün dünyada piylənmə və diabet xəstəlikləri qlobal problemə çevrilib. Bu səbəbdən problemlərin müalicəsi istiqamətində keçirilən hər tədbir olduqca vacibdir. Konfransın mövzusu və iştirak edən professorların siyahısına baxdıqda iştirakçı həkim-endokrinoloqlar üçün önəmi bir daha sübut olunur”.

Daha sonra TƏBİB-in Təlim və tədqiqatlar departamentinin rəhbəri Teymur Mirzəbəyli, Azərbaycan Tibb Universitetinin 2-ci daxili xəstəlikləri kafedrasının müdiri Rafiq Məmmədhəsənov və Azərbaycan Diabet Liqasının sədri, Respublika Endokrinoloji Mərkəzinin həkim-endokrinoloqu Yeganə Sultanova Azərbaycanda şəkərli diabet xəstələrinə göstərilən tibbi dəstək barəsində danışıblar.

Açılış mərasimindən sonra konfrans işini müxtəlif mövzular üzrə panellərlə davam etdirib. Panellərdə “Piylənmənin müalicəsində gələcəkdəki yeniliklər və yeni dərman preparatları”, “Piylənmə və yanaşı gedən xəstəliklərin cərrahi müalicəsi, bariatrik cərrahiyyə”, “Yeni diabet təsnifatı” kimi günümüzün aktual məsələləri müzakirə edilib.

Yanvarın 18-dək davam edəcək konfransda endokrinologiya sahəsində dünyanın tanınmış 30-dan çox ekspertinin ən aktual mövzularda məruzələri dinləniləcək, xəstəliklərin müalicəsinə ən qabaqcıl yanaşmalar və təcrübələr təqdim olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Yanvar 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri