Icma.az
close
up
RU
XXI əsrin yeni geosiyasi çağırışları və Azərbaycan

XXI əsrin yeni geosiyasi çağırışları və Azərbaycan

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

II MƏQALƏ

Qlobal geosiyasi dünya nizamı mövcuddurmu?

ABŞ bütövlükdə qlobal geosiyasi situasiyanı dəyişmək niyyətindədir. “Qlobal geosiyasi situsiya” xüsusi mənada işlədilir. Nəzərdə tutulur ki, hazırda özünəxas qüvvələr balansı, işləmə mexanizmləri olan aparıcı güc mərkəzlərinin açıq və qeyri-xətti sistemi qlobal geosiyasi situasiyanı əmələ gətirir. Burada onun detallarına varmaq imkansızdır. İndi “geosiyasi situasiya” ilə “qlobal dünya nizamı” anlayışlarını qısa müqayisə edək.

İntiuitiv olaraq aydındır ki, qlobal dünya nizamı dedikdə bütün dünyaya sistem kimi baxdığımız halda, onun strukturu və funksionallığının geosiyasi aspekti üçün qanunauyğunluq yaradan faktorlar kompleksini nəzərdə tuturlar. Lakin H.Kissincer “Dünya nizamı” əsərində yazırdı ki, əslində, “dünya nizamı deyilən bir şey yoxdur”. Bunun əvəzində H.Kissincerə görə, daha doğrusu, Vestfal sazişində müəyyən edilmiş beynəlxalq münasibətlər sistemi, beynəlxalq hüquq qaydaları mövcuddur. Biz H.Kissincerin bu mövqeyinin indiki dünya geosiyasi durumu kontekstində bir aspekti üzərində dayanaq.

H.Kissincer çox güman ki, XX əsrin sonları XXI əsrin əvvəllərində qloballaşmış dünyanı tam əhatə edən və bu mənada praktiki müstəvidə həmin qloballığı geosiyasi aspektdə adekvat əks etdirən dövlətlərarası münasibətlər sisteminin olmamasını nəzərdə tutmuşdur. Bir qədər konkret səviyyədə bu o deməkdir ki, hətta Qərbin aparıcı fikir sahibləri hazırda qlobal miqyasda real işləyən geosiyasi düzənin olduğuna əmin deyillər. Yəni burada daha çox bir sıra tədqiqatçının ifadə etdiyi kimi, regional geosiyasi nizam dominantlıq təşkil edir, başqa qrup araşdırmaçının ifadə etdiyi kimi isə geosiyasi fraqmentləşmə aparıcıdır. Hər bir halda indi dünyanın həqiqətən vahid sistem kimi işləyə bilən geosiyasi nizama ehtiyacı vardır. ABŞ məhz bu sistemi yaratmaq yolundadır. Proses çoxmərhələli və ağrılıdır. Üstəlik, ABŞ qlobal geosiyasi sistemi öz maraqlarına uyğun formalaşdırmağa çalışır. Bu tezisin bir neçə fəlsəfi və siyasi-nəzəri detallarına baxaq.

İdarəedən güc

Müasir elmin ən yeni istiqamətlərində mürəkkəb sistemlərin dərkinə bir özəl yanaşma mövcuddur. Bu yanaşmadan hər bir sosio-humanitar və siyasi elmlər istifadə edir. Politologiyada da aparıcı tədqiqatçıların əsərlərində həmin yanaşmanın prinsipləri özünü göstərir. O cümlədən, fəlsəfə ilə politologiyanın qnoseoloji-metodoloji kəsişmə sahəsində liderliyin tədqiqinıə rast gəlinir (bunun konkret nümunələri bizə məlumdur).

Həmin yanaşmaya görə, dünya açıq, qeyri-xətti və özünütəşkil edən mürəkkəb sistemdir. Bu sistemin idarəedici parametri (faktoru, altsistemi, komponenti, elementi və s.) olur. Bütövlükdə sistemi həmin güc idarə edir. Bunun üçün bir qədər məhdud çərçivədə mürəkkəb sistemin nizamlayıcı parametrləri olmalıdır. Onlar ya avtonom, ya da “lokal aqreqatlar” kimi fəaliyyət göstərirlər. Hər bir variantda əsas funksiyaları idarəedici parametrin qərar verməsinə optimal uyğunlaşmaqla bütövlükdə sistemdə dəyişiklik etməkdən ibarətdir. Bununla sistem xaosdan nizamlılığa və əksinə keçidlər edə bilir. Məsələnin bundan sonra nəzəri detalları bizim təhlil üçün lazım olmaya bilər. Çünki onların konkret praktiki təzahürü daha önəmlidir.

Beləliklə, nəzəriyyə göstərir ki, qlobal miqyasda dünya sistemini idarə edə bilən güc lazımdır. Bu rola ABŞ iddialıdır. O, vahid mərkəz (və ya idarəetmə punktu) olaraq dünyanın geosiyasi “orqanizm” kimi nizamlı fəaliyyətini tənzimləməlidir. Ancaq idarəedən güc təkbaşına bunu dünya kimi böyük və mürəkkəb sistemdə edə bilməz. Ona “nizamlayıcı parametrlər-dövlətlər” lazımdır.

Nizamlayıcı dövlətlər

Müasir geosiyasi situasiyada bu məqam çox önəmli yerə malikdir. Hələlik həmin nizamlayıcı–dövlət rolunu kimlərin oynayacağı məlum deyildir. İddialılar çoxdur. Burada son illər daha çox dövlətlər qrupunun geosiyasi nizamlayıcı parametr rolunu oynamaq iddiasını görürük. Məsələn, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, BRICS, Şanxay Əməkdaşlıq Təşkilatı, qismən MDB və s. Lakin real olaraq nizamlayıcı parametr–dövlət və ya təşkilat praktikada özünü təsdiq etməmişdir.

ABŞ-ın indiki rəhbərliyinin isə Obama və Baydendən fərqli olaraq bu aspektdə (görünür, Tramp həm də bu səbəbdən onlara hirslidir) planının olduğu getdikcə daha çox aydınlaşır. Əlbəttə, bu yolda onun üçün, məsələn, USAID kimi gizli niyyətli və əsas olaraq qanunsuz işlər görən təşkilatlar maneədir. Onların əvəzində Vaşinqton dünyada nizamlayıcı rol oynaya biləcək dövlət-dövlətlər qrupu müəyyən etməlidir. Onların başında D.Trampın fikrincə, Böyük Britaniya gəlir. Bəs digərləri? Təbii iki, bu prosesi Çinsiz, Rusiyasız, Türkiyəsiz, Hindistansiz, Braziliyasız aparmaq mümkün deyildir. Buna görə də hazırda vəziyyət həm mürəkkəbdir, həm də risklidir. Onun fonunda D.Trampın Rusiya siyasəti olduqca düşündürücüdür.

Dön, Moskvaya bax!

D.Tramp Ukrayna və Avropaya bu mesajı verir: Moskvaya baxın! Yəni ABŞ Rusiyanın Avrasiyada geosiyasi rolunu hazırda mövcud olandan daha geniş və təsir dairəsinə görə əhatəli görmək istəyir. Ukrayna faktoru burada ciddi rol oynaya bilər. İki aspektdə.

Birincisi, Rusiyaya “Ukrayna tikəsi”ni istədiyi kimi vermək mümkün olsa, geniş bir geosiyasi məkanda ABŞ-ın idarəedici rolunu avtomatik qəbul etmiş potensialı və təsiri çox olan bir qüvvə qazanılır.

İkincisi, XX əsrin 70-80-ci illərində olduğu kimi, Rusiyanı Çindən geosiyasi kontekstdə ayırmaq imkanı yaranır. Lakin bu dəfə Qərb daha uzağa gedən və zahirən sivil görünən üsuldan istifadə edir. Üstəlik, Rusiyaya elə bir geosiyasi dividend verir ki, Mokvanı da uzun müddətə qane edir. Bundan başqa, istisna deyildir ki, ABŞ təkcə Ukrayna ilə deyil, keçmiş SSRİ məkanı ilə bu oyunu aparsın. Hələlik, bu, fakt deyil, təxmindir! Fakt odur ki, hazırda Ukrayna geosiyasi nizamlayıcı qüvvələrin formalaşmasında qurbanlıqdır.

Üçüncüsü, Qərb geniş bir coğrafi ərazidə Çinin xammal əldə etmək imkanlarına əl qoyur.

Çin məsələsi

Pekin hər halda hər hansı yeni dünya nizamının formalaşmasında mərkəzi rollardan birini oynamalı tək gücdür. Hələlik ABŞ-ın təkbaşına idarəedici dövlət rolunu oynaya biləcəyi məlum deyildir. Onun Çinlə bu rolu necə bölüşəcəyi də naməlumdur. İndi onların çox ciddi və əhatəli mübarizəsi gedir. Bütün dünya onun gedişatını izləyir. Belə görünür ki, tərəflər əllərindəki bütün rıçaqlardan dünyanın müxtəlif regionlarında istifadə etməyə çalışırlar. Hazırda ABŞ–Çin münasibətlərində başlıca faktor Avropa və Yaxın Şərqdir. Əlbəttə, hər iki dövlət üçün Hindistan məsələsi də çox önəmlidir. Hiss olunur ki, London, Paris və Berlin Dehlinin “geosiyasi ovuna” çıxmışlar. Amma bu “ov”un da tor hörəni ABŞ-dır. Çin məsələsini Vaşinqton Aİ vasitəçiliyi ilə Hindistanı alternativ kimi qabartmaqla Pekinin nizamlayıcı parametr–dövlət rolunu qəbul etməsi formasında həll edə bilər.

Belə alınır ki, indi Avrasiya üçün ciddi geosiyasi nəticələri ola biləcək səviyyədə ABŞ–Çin rəqabəti gedir. Bu baxımdan iki faktorun hər iki güc üçün (ABŞ və Çin) əhəmiyyəti daha da artır – birincisi, Rusiya, ikincisi, Türk Dövlətləri Təşkilatı (TDT).

Hələlik, zahirən TDT faktoru D.Tramp üçün arxa plandadır. Yalnız Türkiyənin regional məsələlərdə fəallığı ilə “türk geosiyasətinin nəbzini” ölçürlər. Son illər Azərbaycanın həmin kontekstdə fəallığı yaxşı mənada heyrət doğurur. Çünki rəsmi Bakı türk dövləti və TDT üzvü kimi Mərkəzi Asiya, Qafqaz, Yaxın Şərq və Balkanlarla yanaşı, Ukrayna istiqamətində dünyanı maraqlandıran siyasi-diplomatik və humanitar addımlar atır. Onların üzərində irəlidə geniş dayanacağıq.

Rusiya məsələsi isə ABŞ və Çin üçün praktiki aspektdə daha intensiv aktuallıq kəsb edir. Vaşinqton və Pekin Moskva ilə təmaslarını hər zaman ön planda saxlayırlar. D.Trampın Ukrayna həmləsindən sonra bu istiqamətdə vəziyyət Amerikanın xeyrinə dəyişməyə başlamışdır. Buna baxmayaraq, Pekin xəbərdarlıq etdi: Ukrayna–Rusiya münaqişəsinin həlli önəmli olsa da, İsrail–Fələstin, konkret Qəzza faktorunu dünya siyəsətində arxa plana atmaq olmaz! Yəni bu, Vaşinqtona xəbərdarlıqdır: “Avrasiyada nə etdiyini bilirik, anlayırıq, ancaq sənin də “arxa bağçan” var, ora qarışa bilər”.

Bu qeyri-müəyyənlik qlobal miqyasda idarəedici və nizamlayıcı parametr-dövlətlərin müəyyən edilməsinə ciddi əngəllər törədir. Onun fonunda yeni geosiyasi dünya nizamının formalaşması bütövlükdə riskli yeni çağırışlarla müşaiyət olunur. Bununla bizim “ikiqat riskli situasiya” adlandırdığımız və politoloji anlamı olan bir vəziyyət meydana gəlmişdir. Bu anlayışın kontekstində regional və regionlararası miqyasda Azərbaycanın geosiyasi fəaliyyəti və liderliyin yeni əlamətləri məsələlərini təhlil edəcəyik. Öncə daxil etdiyimiz anlayışın fəlsəfi və politoloji anlamlarına baxaq.

“İkiqat riskli situasiya”

Geosiyasi situasiyanın ikiqat riskləri qlobal sistemin struktur və funksiyaca ierarxik (pilləvari) olmasından qaynaqlanır. İndiki mərhələdə ikiqat risklilik həm dünya sisteminin geosiyasi funksiyasında özünü göstərən qeyri-müəyyənlikləri və təhdidləri, həm də idarəedən və nizamlayan aktorların yoxluğunu kompleks halda ifadə edir. Nəticədə qlobal geosiyasi mənzərənin strukturu aydın olmur – belə şəraitdə H.Kissincer mənasında nizamdan danışmağa dəyməz.

“İkiqat riskli geosiyasi situasiya” müstəqil milli dövlətlər üçün bütöv vəziyyəti çox mürəkkəbləşdirir. Çünki risklər yalnız inforser olmaq iddiasında və aparıcı olmaq niyyətində olanlara deyil, həm də dünyanın hər bir müstəqil dövlətinə təsir edir. Əslində, müstəqil dövlət dünya sistemindən qaynaqlanan ikiqat geosiyasi risklərlə yanaşı, liderlik iddiasında olanların birbaşa təsirləri ilə üz-üzədir. Bu da şübhəsiz olduqca mürəkkəb vəziyyət əmələ gətirir. İndi bu ümumfəlsəfi və politoloji tezislərin fonunda konkret Azərbaycan məsələsinə baxaq.

Azərbaycan: regional kontekst

Azərbaycanın Cənubi Qafqazın lideri olması avtomatik şəkildə onun müstəqil dövlət kimi funksiyasına yeni çalarlar əlavə edir.Bakı istənilən dəyişkən geosiyasi situasiyada liderliyini adekvat həyata keçirmək kimi ciddi məsuliyyət daşıyır. Burada, şübhəsiz ki, dövlətin fəaliyyəti ilə liderin fəaliyyətinin tam harmoniyası şərtdir. Konkret ifadə etsək – dövlət başçısı inklüziv lider kimi dövlətin regional miqyasda fəaliyyətində həlledici və aparıcı rol oynamalıdır. Lidersiz bunu həyata keçirmək mümkün deyildir. Təcrübə göstərir ki, risklərin, qeyri-müəyyənliklərin və böhranlı durumların üstünlük təşkil etdiyi hər bir tarixi dönəmdə ölkənin taleyi birmənalı olaraq liderin fəaliyyətindən asılı olur. Dövləti mürəkkəb geosiyasi vəziyyətlərdən və tənəzzüldən öncə lider çıxarır. Toplum onun proqramlarını tam yerinə yetirməlidir. Təşəbbüs toplumdan gələ bilməz. Tarixi təcrübə göstərir ki, ən güclü dövlətdə belə öncə lider uğurlu kurs seçməlidir. Onun vasitəsilə öz komandasını və cəmiyyəti səfərbər etməlidirlər. Bütün dövlət orqanları dəqiqliklə liderin proqramlarına əməl etməlidirlər. Bununla inklüziv şəkildə dövlətdə lider-xalq, prezident-cəmiyyət birliyi təmin edilir.

Cəmiyyətdən belə bir liderlik mandatı almış dövlət başçısı regional miqyasda milli maraqlarını təmin edə bilər. Deməli, Azərbaycanın lider kimi regional miqyasda fəaliyyəti Prezidentin ölkə daxilində tam inklüziv xarakterli liderlik statusundan birbaşa asılı olur. Bununla XXI əsrin yeni qlobal çağırışlarının regional miqyasa proyeksiyası müstəqil dövlətlərdə liderlik faktorunu daha da aktuallaşdırır.

Fəlsəfi və politoloji olaraq bu məntiq dövlət başçısının lider kimi vəzifəsi və məsuliyyəi ilə dövlətin ölkə olaraq regional liderliyinin vəzifəsi və məsuliyyəti nisbətinin adekvat elmi dərkini aktuallaşdırır.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:32
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Mart 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əqrəb mövsümü bu hadisənin əsasında çəkilibmiş FOTO

27 Aprel 2025 04:00see205

İstanbulla bağlı DƏHŞƏTLİ PROQNOZ Elə güclü ZƏLZƏLƏ olacaq ki...

26 Aprel 2025 21:57see196

Öz oğluna bıçaqla hücum edən qadın uşaq psixoloqu imiş...

26 Aprel 2025 14:30see150

Gədəbəy, Ağstafa və Tovuzda Uşaq İncəsənət Festivalı 2025 üçün seçim turu keçirilib FOTOLAR

26 Aprel 2025 13:00see142

HƏMAS bəzi şərtlər çərçivəsində məhbus mübadiləsinə hazır olduğunu açıqlayıb

27 Aprel 2025 05:03see136

Gəncədə böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin xatirəsi anılıb

26 Aprel 2025 19:44see135

Hər gün 1 alma almasız qalma

26 Aprel 2025 11:34see128

ADY sədri: “Bakı dairəvi dəmir yolu xəttinin yenidən qurulması planlaşdırılıb” FOTO

28 Aprel 2025 04:16see128

“El Klasiko”dan qalib ayrılan “Barselona” kuboka sahib çıxdı

27 Aprel 2025 03:43see128

İqlimin tənzimlənməsinin başlıca mexanizmlərindən biri sıradan çıxıb TƏHLÜKƏ

27 Aprel 2025 03:33see126

Bakıda nəqliyyat sıxlığının azaldılması üçün tədbirlər görüləcək

26 Aprel 2025 23:35see125

Voloçkova qızının toyunda Puqaçovanın mahnısını ifa edəcək

26 Aprel 2025 19:54see125

Azərbaycanda Qadın XƏYANƏTİ + VİDEO

27 Aprel 2025 04:42see124

“Bavariya” bir addım da çempionluğa yaxınlaşıb

26 Aprel 2025 23:49see121

Aqşin Mürsəlov: İmişli nin heyətində rotasiya və əlavə transferlər gözlənilir

27 Aprel 2025 13:11see121

İsrail Beyrutda Hizbullah hədəflərinə zərbələr endirib

27 Aprel 2025 19:52see120

Həkimlər nə deyir? Əvəz Zeynallı səhhətindən DANIŞDI

26 Aprel 2025 13:36see120

Hələ də güzgüyə baxmıram Fotolar

27 Aprel 2025 00:21see119

Mask gələcəklə bağlı proqnoz verdi

27 Aprel 2025 04:03see118

Seks şop, böyük ağ yataq... Röya ilə Murad Arifin 18+ söhbəti VİDEO

28 Aprel 2025 00:58see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri