Icma.az
close
up
RU
Ya bacarıqsızlıqlarını qəbul etməlidirlər, ya da... So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Ya bacarıqsızlıqlarını qəbul etməlidirlər, ya da... So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Fazil Mustafa, millət vəkili:

- Romaya konfransa yola düşərkən ənənə üzrə yolda, oteldə oxumağa bir kitab götürməliydim. Dostum professor Nuru Bayramov zəng etdi ki, sizə bu kitabı hədiyyə edirəm. Kitabı buraxdığı yerdən aldım və düşündüm ki, seçim özlüyündən alındı. Kitabın nəşri barədə bilgim vardı və ilk rastıma çıxdığında almağı düşünürdüm. Sosial şəbəkədən hörmətli İbrahim Nəbioğlunu izləyirəm və elmin populyarlaşması istiqamətində yazılarını diqqətlə oxuyuram. Kütləvi savadsızlığın baş alıb getdiyi bu məmləkətdə bu missiyanı üzərinə götürən az saylı ziyalılardan biri olduğuna görə həm çalışmalarını təqdir edir, həm də bilmədiklərimi öyrənməyə çalışıram. Baxmayaraq ki, kitabın şrifti çox balaca seçilib və feysbukdan bir çox məqalələri oxumuşam, bu cür sistemli şəkildə oxumaqdan da zövq aldım. Bu cür kitabları bəlkə də 40 il öncə oxusaydıq, fərqli bir ixtisas da seçə bilərdik. Çox faydalı bilgilər və mesajlar var, dili oxunaqlıdır, izahlar terminoloji anlayışları qavramaqda kömək edir. İbrahim bəyi təbrik edirəm, faydalı işlərinin davamını arzulayıram. Tövsiyə edirəm ki, hansı ixtisas sahibi olursanız olun, oxusanız, bu kitabdan çox maraqlı bilgilər alacaqsınız. Bu paylaşımı da Romadan İstanbula dönüşdə göyün yeddinci qatından edirəm.

Aslan İsmayılov, hüquqşünas:

- Dünyada istənilən müharibənin əleyhinəyəm. İranda baş verən faciəni isə özümünkü kimi qəbul edirəm, çünki orada ziyan çəkənlər həm də bizim bacı-qardaşlarımızdır. Bununla belə, bu gün Azərbaycanda yaşayıb az qala bizi İsrailə qarşı cihada çağıran vətəndaşlarımızın mövqeyini qətiyyətlə pisləyirəm. Müharibənin ilk günlərindən fikrimi bildirmişdim ki, bu müharibənin qəti əleyhinə olsaq da, tərəf tutmaqdan qaçmalıyıq.

Bu gün də mənə və mənim kimi fikirdə olanlara hücum çəkənlərə bir daha xatırladıram ki, İran rejimi ömür boyu bizə düşmən olub və olmaqda da davam edir. Son illərdə, xüsusilə Qarabağ savaşı gedən zaman İranın bizə açıq düşmən mövqeyində olduğunu və hərtərəfli Ermənistana köməklik göstərməsini kənara qoyub bu günlərdə sərgilədiklərini çatdırıram. Hamımız bu günlər Azərbaycan dövlətinin müxtəlif yollarla ard-arda 2 dəfə İsrailə müraciət edib müharibənin əleyhinə olduğunu, xüsusən azərbaycanlılar yaşayan məkanların bombalanmasının yolverilməzliyini bildirib. Bu barədə İran mətbuatı bir kəlmə deməyib, əvəzində İran TV-lərindən guya İsrail təyyarələrinə yanacaq verir, Azərbaycan mətbuatı hərtərəfli İsrailin tərəfini tutur və sair kimi yalanları tirajlayıb Azərbaycan əleyhinə təbliğat aparırlar.

İlqar Əlfioğlu, yazıçı:

- 93-də köhnə Azərbaycan kinolarını Tehran kinofestivalına aparmışdım, xüsusi baxış çərçivəsində göstərəcəkdim...

Bütün şedevrlərimiz orda idi.

Yeddi gün, hər günə bir film göstərdilər. Zaldakıların necə sarsıldıqalarını heç cür təsəvvür edə bilməzsiniz...

Mənə böyük kino mədəniyyətinin nümayəndəsi kimi həsrətlə baxırdılar...

Fikirləşdim ki, yəqin kinoya baxanda, ekranda özlərini, ata-analarını, balalarını gördüklərindən belə riqqətlənirlər...

İki gün İranın vitse-prezidenti professor Həbibi də ailəsi, uşaqlarıyla baxışımıza gəldi, soruşdum, hardan eşitmisiniz, dedi ki, İrşad nazirliyinə səs yayılıb, mən də fikirləşdim, xanevadəmə (ailəmə) də maraqlı olar, qoy özümüzü yaxçi tanısınlar...

93-2025... Nə qədər keçib? 32 il, amma onların kinosu hardadı, bizimki harda...

Fikirləşirəm: aramızda gediş-gəlişin açılması yaxşı ki, vaxtında oldu, əlaqələr yarandı, qaynayıb qarışdıq...

İnanın ki, hicran onca il də çox çəksəydi, tam yadlaşacaqdıq və ruhumuzun doğma parçasını itirmək genetik kodumuzda dəyişikliklərə səbəb olacaq, bizi kökdən birdəfəlik qoparacaqdı. Yaxşı ki, olmadı...

Sizə bir sirr açım: əsl xalq ordadı, burdakılar sovet dövründə daha müasir təlim-tərbiyə alsaq da, elə bil, kökdən yavaş-yavaş qopur, uzaqlaşırdıq...

İndi İranda ağır müharibə gedir. Bir pis xəbər alanda, gözümün qarşısında bilirsiniz nə canlanır?

Bizimkilər düşmənlə şıdırğı döyüşəndə, Araz kənarına yığışıb, göz yaşı axıda-axıda, bir ağızdan "Qərəbağ! Qərəbağ! Qərəbağ!" hayqırmaları...

O göz yaşları, cığırmaqdan batmış o xırıltılı səslər yəqin heç vaxt yadımdan çıxmayacaq, heyvan deyiləm axı...

Asif Nərimanlı, jurnalist:

- İranın Azərbaycana qarşı təbliğatında əsas rupor olan "Səhər" kanalı İsrailin hücumlarına görə Bakını ittiham edib: İsrailin Azərbaycanda hərbi bazalarının olduğunu, İranda casus fəaliyyətinin buradan aparıldığını, eləcə də Muğanda hərbi obyektlərin və Təbrizin bombalanmasının bu bazadan həyata keçirildiyini iddia edirlər.

İran İsraillə müharibədə həmişə olduğu kimi, yenə "sionistləri" Araz sahillərində axtarır. Daha öncə İsrail Suriyada İranın mövqelərini bombalayanda, Dəməşqdəki konsulluq binasını yerlə-bir edəndə, dronları TIR-larla İrana daşıyıb, xüsusi əməliyyat keçirəndə də eyni "axtarışlar" aparılmışdı, indi də eyni taktikaya əl atırlar. Çünki kiçik İsrail qarşısında çıxılmaz vəziyyətinə düşən İran hakimiyyəti məğlubiyyətə bəhanə tapmalıdır. İndiyə qədər İranın qüdrətindən, İsraili bir gecədə Yer üzündən siləcəklərindən danışan rejim bir gecədə "ova" çevrildi.

Kiçik İsrail 2000 kilometr uzaqlıqdan gəlir, bir gecədə İranın bütün hərbi rəhbərliyini sıradan çıxarır, hava məkanını nəzarətə götürür, raketlərini, nüvə obyektlərini, nüvə alimlərini, bir sözlə, hərbi potensialını yerlə-bir edir. Və bütün bunlar baş verərkən, İranın hərbi rəhbərliyi - generalları yatırdılar, elə yatdıqları yerdə öldürüldülər.

46 ildir İranın böyük "qüdrəti"ndən danışan, İsraili bir zərbə ilə Yer üzündən silə biləcəyini deyən İran rejimi üçün dəhşətli mənzərədir.

İsrailin bir gecədə İranı necə iflic edə bildiyi də artıq sirr deyil.

İsrail uzun illər ərzində İranda geniş casus şəbəkəsi qura bilib: bu şəbəkə ölkənin ən aşağı səviyyəsindən tutmuş, ən yuxarı səviyyəsinə qədər hər yeri əhatə edir. Hələ Həmas lideri İsmayıl Haniyə İranda inaqurasiya mərasimində iştirakı zamanı qaldığı oteldə nöqtə atışı ilə öldürüləndə İsrailin bu ölkədə təsir imkanlarının hansı səviyyədə olduğu ortaya çıxmışdı. Eyni ssenari İranın hərbi rəhbərliyinə qarşı də tətbiq olundu. Baş Qərargah rəisi, SEPAH komandanı və digər generallar nöqtə atışı ilə Haniyənin taleyini yaşadı.

İranın hərbi və nüvə obyektlərini, ümumilikdə müdafiə sənayesini sıradan çıxaran zərbələrin böyük hissəsi başqa yerdən yox, məhz ölkənin daxilindən endirilib, daha öncə baş verdiyi kimi. İsrail dronlarını istehsal edən müəssisələrin aşkarlanması, PUA daşıyan TIR-ların saxlanılması, casusların tutulması bütün bunların İranın özü tərəfindən etiraf edilməsi deməkdir.

İndi İran rejimi baş verənlərə görə ya öz bacarıqsızlıqlarını qəbul etməlidir, ya da...

Rejim öz zəifliyini ört-basdır etmək üçün ikincini - yeni düşmən obrazının yaradılmasını seçir. Azərbaycana qarşı irəli sürülən ittihamlar da məhz bundan qaynaqlanır. Bu ittihamların "Səhər" kanalı tərəfindən irəli sürülməsi isə sifarişin İran rəhbərliyi tərəfindən verildiyi və qarşıdakı günlərdə geniş kampaniyaya çevrilə biləcəyi ehtimalını önə çıxarır.

Səadət Məmmədova, jurnalist:

- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutuna hər dəfə gedəndə yaxşı mənada təəccüblənirəm və təsirlənirəm. Çox zəngin mənəvi aurası və ziyalı mühiti var. Xurafatdan uzaq, cəhalətə qarşı dayanan bir elm ocağıdır. İctimai Şura üzvü olaraq bu gün 2024/2025-ci tədris ili üzrə "Məzun günü"ndə iştirak etdim. Diskotekaya çevrilən məzun günlərindən tam fərqli bir tədbir hazırlanmışdl. I kurs tələbəsi Elvin açılışda QURAN tilavəti etdi, o qədər ürəkdən oxudu ki, mən heç vaxt belə bir qiraətə rast gəlməmişdim. Tələbələrin ifasında İlahi - Nəsiminin "Allah" qəzəli ifası çox orijinal alınmışdı.

İnstitutun nəzdindəki "İslam incəsənəti" dərnəyinin tələbə üzvlərinin xəttatlıq, təzhib janrında əsərləri çox valehedici idi.

3 məzun çıxış etdi - hamızı zəki və nurlu. Allah hamısının yolunu işıqlı, elmini və ömrünü bərəkətli eləsin.

Salam olsun və uğur olsun doğru yolun yolçularına!

Nigar Sabirqızı, jurnalist:

- Putin Peterburqda çıxışında deyib ki, rus əsgərinin ayaq basdığı yer bizimdir. Əvvəla, Putin bununla Rusiyanın işğalçı olduğunu etiraf etmiş olub. Putin bunu Rusiya-Ukrayna müharibəsi kontekstində deyib. Amma bu sözlərlə hər yeri Rusiya etmək xəyallarını ortaya qoyub. Məncə, yaddaşını yeniləməyə ehtiyacı var. Rus əsgərinin ayağı Qarabağa da dəymişdi. İndi ayaq izlərinin tozu da qalmayıb.

Elxan Şahinoğlu, politoloq:

- İranın xarici işlər naziri Abbas Araqçı elə "ABŞ İrana xəyanət etdi" deyir ki, sanki söhbət Tehranın tərəfdaşından gedir. İranda islam inqilabından bu yana rejimin təhriki ilə İran şəhərlərinin küçələrində "Amerikaya ölüm", "Amerika böyük şeytandır" şüarları səslənib. Üstündən uzun onilliklər keçsə də, Vaşinqtonda İrandakı radikalların ABŞ-ın Tehrandakı səflriliyinə hücumu və amerikalı diplomatların uzun müddət girov saxlanılmasını da unutmayıblar. 1983-cü ildə Livanın paytaxtı Beyrutda ABŞ hərbi bazasının partladılması nəticəsində 250-yə yaxın amerikalı hərbçi həlak oldu. Partlayışın arxasında İranın izinin olduğuna dair şübhələr var idi. Əlbəttə, ABŞ-ın İrana qarşı başlatdığı hərbi əməliyyat uranın zənginləşdirilməsinin qarşısının alınmasıyla əlaqəlidir, ancaq Vaşinqtonda İrandakı mühafizəkar rejimin Amerika əleyhinə siyasətini də unutmayıblar. Rejim İran vətəndaşlarına "Amerika heç zaman İrana hücum etməz" fikrini təlqin etmişdi. Halbuki ABŞ İkinci Dünya Müharibəsindən sonra müxtəif qitələrdə və ölkələrdə müharibələr aparıb, İran nə ilkdir, nə də sonuncu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://525.az
archiveBu xəbər 24 İyun 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see292

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see176

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

21 Sentyabr 2025 13:04see156

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see151

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see150

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see143

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see140

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see139

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see136

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see129

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see126

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see124

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see124

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see123

Rusiya Çindən pivə idxalını iki dəfədən çox artırıb...

21 Sentyabr 2025 23:19see123

Qurban Qurbanov: Bunlar işimizi bir az da asanlaşdırdı

21 Sentyabr 2025 19:28see122

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see121

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see120

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see118

Sadettin Saran “Fənərbaxça”nın yeni prezideni seçilib

21 Sentyabr 2025 21:33see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri