Icma.az
close
up
RU
Dörd şəhərin mübarək günü

Dörd şəhərin mübarək günü

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın müasir tarixinin ən əlamətdar hadisələrdən biri də 20 sentyabrın Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunmasıdır. Prezident cənab İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli sərəncamına əsasən bu günün təsis edilməsi, Azərbaycan xalqının otuz ildən çox yaşadığı həsrətin sonu, milli qürur və qələbə rəmzi kimi mühüm tarixi hadisədir.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan parlaq qələbə, işğal altındakı torpaqlarımızın azad edilməsinə və tarixi ədalətin bərpasına gətirib çıxardı. 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldıldı.

Dövlət başçısı həmin gün çıxışında qeyd edirdi: “Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm... Azərbaycan xalqı uzun illərdir bu günü gözləyirdi və şükürlər olsun ki, biz bu tarixi anı birlikdə yaşadıq”.

Bu hadisə yalnız dövlətçilik tariximizin deyil, eyni zamanda bütün regionun gələcək inkişafının təməl daşlarından biridir. Xankəndi və işğaldan azad edilmiş digər şəhərlərin yenidən qurulması Qarabağın sosial-iqtisadi, mədəni və siyasi həyatının canlanmasına böyük töhfə verir.

Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma proqramı həyata keçirir. Bu istiqamətdə görülən işlər həm strateji, həm də sosial əhəmiyyət kəsb edir. 2023-cü ilin noyabrında Prezident cənab İlham Əliyevin sərəncamı ilə Xankəndidə Qarabağ Universitetinin yaradılması bölgədə yüksəkixtisaslı kadrların hazırlanması üçün mühüm addımdır. Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması, tarixi-coğrafi ədalətin bərpası baxımından xüsusi önəm daşıyır.

İşğaldan azad olunmuş şəhərlərdə müasir infrastrukturun qurulması, yolların, məktəblərin, səhiyyə müəssisələrinin və idman obyektlərinin istifadəyə verilməsi Qarabağın gələcək inkişafını təmin edən vacib faktorlardandır. Xankəndidə Konqres Mərkəzinin, yeni otellərin, Zəfər parkının və digər mühüm obyektlərin açılışı Azərbaycanın güclü iradəsinin və sistemli inkişaf strategiyasının göstəricisidir.

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə yalnız coğrafi məkan deyil, həm də Azərbaycan xalqının tarixində mühüm mədəniyyət ocaqlarıdır. Xocalı soyqırımının xatirəsinin əbədiləşdirilməsi məqsədilə memorial kompleksinin təməlqoyma mərasimi, həm tarixi ədalətin bərpasına xidmət edir, həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verir.

Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bu torpaqlara səfərləri, müxtəlif sosial layihələrin açılışında iştirakı həm dövlətin diqqətini, həm də xalqın mənəvi birliyini ifadə edir. Xocalı, Xocavənd və Ağdərədə həyata keçirilən tədbirlər bölgənin Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsi olduğunun əyani sübutudur.

Qarabağın işğaldan azad olunması və həmin ərazilərdə bərpa işlərinin aparılması yalnız Azərbaycanın milli maraqlarına deyil, həm də regional sabitlik və təhlükəsizliyə xidmət edir. 2025-ci ildə Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün keçirilməsi, Qarabağın beynəlxalq əhəmiyyətini bir daha nümayiş etdirmişdir. Bu, həm də Azərbaycanın regionda lider dövlət kimi mövqeyini möhkəmləndirən mühüm amildir.

Azərbaycanın həyata keçirdiyi bərpa siyasəti, qonşu ölkələrlə əməkdaşlığın inkişafı və yeni nəqliyyat-logistika layihələri Qarabağın beynəlxalq iqtisadi məkanla inteqrasiyasına şərait yaradır.

20 sentyabrın Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi təsis edilməsi, Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi olmuşdur. Bu gün, təkcə hərbi qələbənin deyil, həm də bərpa, inkişaf və milli birliyin simvoludur. Azərbaycan xalqı bu torpaqlarda həyatın bərpası ilə dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, milli kimliyin qorunmasına və gələcək nəsillərə güclü dövlət mirasının ötürülməsinə nail olur.

Əldə olunan Zəfər və görülən quruculuq işləri göstərir ki, Azərbaycan dövləti öz güclü iradəsi, iqtisadi potensialı və milli həmrəyliyi ilə həm tarixini, həm də gələcəyini formalaşdırmaqdadır.

Ayna Novruzova

Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin Binəqədi rayon şöbəsinin sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Sentyabr 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see405

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see401

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see393

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see268

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see266

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see245

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see224

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see220

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see204

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see193

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see190

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see189

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see188

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see181

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see180

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see179

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see174

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see174

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri