Icma.az
close
up
RU
Yaddan çıxmış sənətkarlar Nuruşbala kimi tanındı, fəxri adı olmadı FOTOLAR

Yaddan çıxmış sənətkarlar Nuruşbala kimi tanındı, fəxri adı olmadı FOTOLAR

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

O, qədri bilinməyən, potensialından tam istifadə edilməyən istedadlı aktyorlardan biri idi. Yazılı mənbələrdə haqqında məlumat çox azdır.
Aktyor Nadir Əsgərov... Bəlkə də bu ad-soyad çoxlarına heç nə demir... Amma rollarına tamaşa edəndə, söhbətin hansı aktyordan getdiyi dərhal anlaşılır. Onun bəzi filmlərdə canlandırdığı epizodik rolları yaşlı tamaşaçılar yəqin ki, unutmayıb.
Modern.az saytının “Yaddan çıxmış sənətkarlar” layihəsi bu dəfə aktyor Nadir Əsgərovu sizə xatırladır.
Əslən Xaçmaz rayonunun Qaraçı kəndinən olan Nadir Əsgərov 1936-cı ildə dünyaya gəlib. O, 60 illik ömrünün 40 ilini kino sənətinə həsr edib. Amma bir çox həmkarları ilə müqayisədə əziyyəti layiqincə qiymətləndirilməyib. Heç bir fəxri ada layiq görülməyib…

Nadir Əsgərov epizodik rollar ifa etsə də, özünəməxsus oyun tərzi ilə seçilirdi. Aktyor səhnədəki özünəxas hərəkətləri, səsi, mimikası və bədən dili ilə özünü auditoriyaya qəbul etdirə bilmişdi.
Nadir Əsgərov bir sıra filmlərdə çıxış edib. Nədənsə rejissorlar ona epizodik rolları həvalə ediblər.
“Uşaqlığın son gecəsi”ndə məhəllə sakini, “Yeddi oğil istərəm”də Keçəl, “Var olun, qızlar”da qarpızsatan, “Xatirələr sahili”ndə aşpaz, “Rəqiblər”də pivə içən Nadir, “Alma almaya bənzər”də Mürvət, “Şir evdən getdi”də yanğınsöndürən, “Evlənmək istəyirəm”də balabançalan, “Dəvətnamə”də çayçı və s...
Nadir Əsgərovu yaddaşlara həkk edən obrazlarından biri də"Nuruşbala" olub. Çoxları elə onu Nuruşbala kimi tanıyır, nəinki öz adı ilə... Bu obraz onun ən tanınan və sevilən rollarından biri idi. Nadir Əsgərov bu rolu elə ustalıqla ifa edib ki, Nuruşbala obrazı uzun illər boyunca tamaşaçıların yaddaşında qalıb.
Sənət yoldaşları onu “epizodik rolların mahir ifaçısı” adlandırırdılar.
Nadir Əsgərovun nəslini iki övladı davam etdirir.
Oğlu Mübariz Əsgərov:
“Düzdür, atama fəxri ad verilmədi, ancaq o, ən gözəl qiyməti tamaşaçılardan aldı. Bu gün atamı xatırlayan insanların onun haqqında dediyi gözəl sözləri eşitmək məni bir övlad kimi kövrəldir”.
Nadir Əsgərov 60 il yaşadı. 1996-cı ilin bu ayında - 23 apreldə həyatla əbədi vidalaşdı.
Qızı Mahirə Əsgərova:
“Canım atam çox sevdiyi bir bahar səhərində bizi yalnız qoyub bu dünyadan köçdü. Onun yoxluğunu necə anladım, heç bilmirəm. O gözəl gülən və güldürən çöhrəsi bir an belə yadımdan çıxa bilməz. Tək təsəllim atamın incəsənətimizə və xalqımıza verdiyi töhfələr, filmlərdəki yaddaqalan, daim sevilən obrazları və sənətdə sevilən tələbələridir”.
Qeyd edək ki, aktyor Nadir Əsgərov həm də pedaqoji fəaliyyətlə məşğul olub, Mədəni Maarif Texnikumunda dərs deyib.






Ə.Qafarlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Aprel 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see173

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see154

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see154

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see140

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see138

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri