Icma.az
close
up
RU
Yaddaş

Yaddaş

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qlobal siyasi düzənin yaddaşı yoxdur. Yaradılan yeni münasibətlər fonu da yaddaşsızdır. Əgər gələcək kimi vəd edilən bu “süni ərəfə” mövcud sivilizasiyanın daha yüksək bir mərtəbəyə keçididirsə, onun qaydaları, fikrimcə, təbii şəkildə formalaşmalıydı.Təkərin icadı, atın əhliləşməsi, neftin sənayeləşməsi dövrü və digər bu tip təbii ərəfələr kimi. 

Bu gün ən yeni insan sivilizasiyası  süni texnolojularla tamam fərqli bir zehniyyətə  uyğunlaşdırılır. Dərk etmə, adekvat qiymət vermə, qarşındakı predmeti düzgün anlama amilləri artıq atipikdir. Bu gün sürətli informasiya axınınında düşüncəsiz və yaddaşsız insan tipi, dövlətlər və xaqlararası yeni münasibət məcmuələri, yeni davranış və əxlaq normaları yaradılır.

Dünya dəyişir, gözümüzün önündə yenidən şəkillənir. Yeni “əxlaq müstəvisi” olacaq paralel “dünya” düşünülür. Hazırda baş verən və bir neçə il ərzində baş verəcək  siyasi  böhranlarından sonra siyasi və iqtisadi baxımdan real dünyada daha çox virtual  düzənlə şəkillənəcək fərqli yaşam modeli formalaşacaq. Yeni hərbi birliklər, bloklar, ekosiyasi qruplar yaranacaq. 

Adətən, ölkələrin qarşısında yeni siyasi hədəfləri yaradan və hədəfləyən amil millətlərin öz dövlətlərinə verdikləri sosial sifarişlər olur. Bu sifarişlərin ruhani komponentləri isə milli mədəniyyətlərin mətbəxlərində cilalanır.  

Azərbaycanlı zehniyyətinə son illər edilən müxtəlif təklif və çağırışların qarşısında əbədi olaraq dəyişməz qalan və bizi daim bir millət olaraq ayaqda saxlayan ən sokral  ruhsal məqam milli mədəniyyətimizdir. Bu gün biz mədəni halədə ancaq milli mədəniyytəmizə söykənərək, yaddaş ərazimizə edilən yad və  ekspansiv basqılara sinə gərə bilərilk.

Törə əxlaqı ilə formalaımış ənənəvi milli mədəniyyətimiz bu gün üzsüz “Joker mədəniyyəti” ekspansiyası ilə açıq savaşdadır.

Bu gün 7 yaşlı “Dijital nəvə” 70  yaşlı “Atipik zehniyyətli” milli yaddaşa sahib olan babasını təklif edilmiş elektron dünyada tamam fərqli dəyər və zehniyyətlə “idarə edir”. Bu gün ağsaqqal institutu, əsrlərlə formalaşmış ailə modeli, ənənə və əxlaq kimi minillik təfəkkür sistemi cəmiyyətdə arxaizmdir. “Atipik zehniyyətli” baba arxetipi cəmiyyətdə dominantlıq edən süni reallıqda mifik nağıl obrazından savayı bir obraz deyil. İnsanlıq bu dövrə qədər heç zaman ənənəvi əxlaq normalarının, oturuşmuş milli dəyərlərin, milli institutların bir nəsil aralığında dəyişdiyini yaşamamışdı. Dünya öz əbədi yaddaşını heç zaman bu qədər sona qədər “delete” etməmişdi.   

Bu reallıq öz-özünəmi yarandı? 

Belə sürətli dəyişmə mexanizmi təbii şəkildə baş verən evolyusiya prosesidirmi, təbii seçimdirmi? 

Artıq “Babalar” dünyaya doğrudanmı lazım deyillər? Bu verdikti kimlər verir? Milli yaddaşı, min illik tarixi xatirələri, adət və ənənələri bu gün kimlər və niyə bizə unutdurur? Kimlər   “Köhnəmi və təzəmi” etik dilemmasını qarşımızda sual kimi qoyur? “Texnointibah günün tələbidir” tezisini bu gün kimlər müəyyən etdi?

 Kimlər yeni dünya modelini bu tezisə uyğun dəyişir? Azərbaycan mədəniyyəti bu gün həmin bu süni texnointibah nağılı arealında milli dəyər olaraq bizi qoruya bilirmi? Bu gün yaradılan musiqimiz, ədəbiyyatımız hansı qaynaqlardan bəhrələnir? Rəngkarlığımız milli dəyər olan Abşeron rəsm məktəbini qoruyub saxlaya bilibmi? Xalçaçılıq necə? Bu məktəbin davamı varmı? Qacar məktəbi rəsm yönü, siyahi-qələm nəqqaşlığı və ya qrafik tərzi, Sultan Məhəmməd miniatür məktəbi bu gün şərti olaraq yeni sənət xətti kimi müasirləşərək bəşər mədəniyətini zənginləşdirməyə qadirdirmi? Ya əksinə, bizə təlqin edilmiş yeni “sənət şərtilikləri” artıq milli mədəniyyət çeşidləridir? 

Biz dəyişmişik? Biz dəyişmişik.

Biz istədik–istəmədik, dünyanın “qloballaşma nağılının” qulağı və gözü olan sosial şəbəkələrin bir parçasına çevrilmişik. Biz bu yeni nağılda yaddaşsız istifadəçilərik. Yenidən yaradılırıq. Bizə yeni miflər, yeni tarix və yeni yaddaş sırınır. 

Psevdomədəniyyət – sosial şəbəkələr kütlə intellekti və eqosu ilə süslənən fərqli düşüncəyə malik irreal mühitdir. Bir mühit real həyatda yoxdursa, onun sabahı ola bilərmi? Olarsa, bu sabah necə şəkillənər? Yeni insan növü olan “şəbəkə insanı” tipi harda yaşayacaq? Hansı mədəniyyətdən qaynaqlanacaq? Hansı əxlaqa sahib olacaq? Onun mənəvi dəyərləri olacaqmı?   

Milli mədəniyyətmiz bu gün paraleldə saxta və çox sürətlə bizi dəyişdirən “fikir axını” mexanzimindən insanımızı qoruyurmu? 

Biz bu saxta və sürətli beyin axınından milli mədəniyyətimizi qoruya bilirikmi?

Sosial şəbəkələrdə milli yaddaş yoxdur, ancaq sosial yaddaş var. Şəbəkələrdə istifadəçilər sürətlə dəyişən münasibətlər fonunda və informasiya axarlılığında formalaşdırılır. Şəbəkələrdə ancaq bu gün var, sabah yoxdur. Təklif olunan yeni reallıqda yaddaş da yoxdur. 

Bununla belə, bu gün mobil şəbəkələr insan əzası qədər aktualdır. Onsuz heç bir insan fərd olaraq öz sınırında mövcud deyil. Deməli, bu gün mən sizə artıq yeni və milli baxımdan atipik insandan danışıram. Və bu insanın dini, milli, etnik, ən başlıcası, zehni mənsubuiyyəti onu yetişdirmiş minillik milli eqrodağdan qaynaqlanmır.  

Bu isə o deməkdir ki, cənablar, çox yox, bir nəsildən sonra bu gün atalarını anlamayan uşaqlar sabah həmin sürətlə öz balalarını da anlamayacaqlar. Balalar da, eləcə, öz atalarını anlamayacaqlar. Və onların qayğısına bizim qaldığımız qədər qalmayacaqlar. O, balalar da zamanında öz balalarını beləcə unudacaqlar. Və sonda insan ancaq öz eqosu ilə Tanrı qarşısında təkbaşına qalacaq. Artıq milli yaddaşdan qaynaqlanan ataların uşaqlarına, uşaqların atalarına və sonra da öz balalarına olan insaflı və sevgi dolu  münasibətlər məcmuəsi tamamilə yox olacaq. Və insan ancaq özü-özü üçün, təkbaşına yaşayaraq absolyutla tamam yeni münasibətlər quracaq. Bu tip düşüncə əlbəttə ki, yeni dinlərin, yeni mədəniyəytlərin və idarəçilik modellərinin yaranmasına  səbəb olacaq. Milli yaddaş və milli mədəniyyətlər silinəcək. İnsanlıq tamam fərqli bir tərzdə mövcud olacaq və özünü ifadə edəcək. 

Bəşəriyyət bu cür yaşamaqdan irəli gedəcəkmi? Ənənəvi tanrısını tanıyacaqmı? Mən bu suallara cavab verməyəcəm. Bununla bərabər, dəyişmənin artıq real proses olduğunu da bilirəm. Biz öz xilasımız naminə milli mədəniyyətimizi təbliğ etməliyik ki, yaddaşımız və gələcəyimiz əbədi mövcud olsun. 

Azərbaycan mentallığı min illərlə formalaşmış ənənəvi milli-mədəni dəyərlər sistemində, hiss edərək yaratdığı, yaşam təcrübəsinə söykənərək dərk etdiyi min illik milli ənənədə əbədi olaraq yaşamaq fikrindədirsə, bu yeni və gözlə görünməyən dağıdıcı ekspansiyanın qarşısını ondan da güclü bir mövcudolma  mexanizmi yaratmaqla kəsə bilər. Bu isə artıq milli azadlıq və milli-mədəni ərazilərimizin sərhədlərinin qorunması məsələsidir.

Biz bu gün öz meydançamızda oynamırıq. Rəqibin meydançasındayıq. Sosial şəbəkələr və digər bu tip texnosahədəki  “nouxaualar” ilk baxışdan bizə texniki tərəqqinin bir parçası kimi təqdim edilir. Bu, həqiqətən də belədir. Biz bu tip yeni texniki zehniyyəti qədim Oğuz ellərində görməmişdik. Və özümüz də yaratmadıq...

Uşaqlarmız bu şərti yenilikləri idarə edə bilsinlər deyə, xaricdə təhsil alırlar. Əlbəttə ki, zəki uşaq millətin sərvətidir. Buna ancaq sevinmək lazımdır. Bəs, görəsən, bizə bu yeni texnosahədə öz uşaqlarımızın əliylə öyrədilən və təlqin edilən nədir? Bax, Qəribi də burda ağlamaq tutur.

Nədən biz musiqidə Üzeyir bəyi deyil, digər “mister bəyləri” bir milli dəyər olaraq gündəmə gətiririk? Bunu bizim yerimizə öz ərazimizdə kimlər müəyyən  edir? Bizim zövqümüzü kimlər təyin edir?

(ardı var) 

Orxan FİKRƏTOĞLU, 
Əməkdar incəsənət xadimi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Yanvar 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Burada uşaqlar hər gün Kürü qayıqla keçib məktəbə gedirlər Video

10 May 2026 23:58see204

Müğənnilərin TOY QİYMƏTLƏRİ 3500 20000 AZN SİYAHI

10 May 2026 07:02see196

Prezident şirkət direktoruna yüksək vəzifə verdi

11 May 2026 04:53see194

Yeni veliosped və skuter zolaqları birləşdirilir VİDEO

10 May 2026 04:54see190

Tramp: İran 20 ilə bərpa edəcək

11 May 2026 02:13see186

Cüdoçularımızdan 9 medallı NƏTİCƏ

11 May 2026 02:06see186

Suraxanıda yeniyetmə xilas edildi FHN məlumat yayıb

11 May 2026 02:20see181

Qərib Azər yenidən efirə qayıdır VİDEO

11 May 2026 04:15see179

Müşahidə adı ilə geosiyasi oyunlar: “Revanşist çağırışlar sülhü riskə atır” Siyasi ekspert

10 May 2026 17:37see176

Zemfira Meftahətdinova: Azərbaycanın Olimpiya uğurları Ulu Öndərin qoyduğu möhkəm təməlin nəticəsidir

10 May 2026 15:59see170

“Sabah” “Sent Patriks”: neçə bilet satılıb?

11 May 2026 01:11see169

Prezidentdən revanşist dairələrə XƏBƏRDARLIQ

10 May 2026 18:14see159

Qisas əməliyyatının nəticəsi Hər yer erməni meyitləri ilə doludur VİDEO

11 May 2026 04:48see159

Zəngilanın strateji mövqeyi onun mühüm nəqliyyat logistika mərkəzinə çevriləcəyini göstərir ŞƏRH

11 May 2026 01:08see157

Trampı Çin səfərində ABŞ şirkətlərinin nümayəndələri müşayiət edəcək

10 May 2026 23:24see156

Ermənistan Aİ yə üzvlüklə bağlı referendum keçirməlidir Putin

10 May 2026 11:27see154

Həkimlər insult əlamətlərini aşkar ediblər...

10 May 2026 21:23see153

Bank işçiləri ilə bağlı qərar: İmtahanlara cəlb olunacaqlar

11 May 2026 11:20see153

Hemilton yaxın vaxtlarda karyerasını bitirə bilər

11 May 2026 03:19see150

Araşdırma: Süni intellekt söhbət tarixçənizdən şəxsiyyətinizi təxmin edə bilir

11 May 2026 03:04see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri