Icma.az
close
up
RU
Yaddaşın zəifləməsi və səbəbləri

Yaddaşın zəifləməsi və səbəbləri

Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bəzən insanlar yaddaşının zəiflədiyini hiss edir - informasiyanı uzun müddət ərzində yaddaşında saxlaya bilmir, adi şeyləri unudur və s.

Bunun səbəbləri müxtəlif ola bilər:

- kəllə-beyin travması, insult, beyinin onkoloji xəstəlikləri,

- digər orqan və sistemlərin təsirindən beyinin fəaliyyətində pozulmaların inkiaşafı,

- xarici mənfi faktorların təsiri (yuxunun az olması, stress, beyinin həddən artıq yüklənməsi və s.),

- xroniki intoksikasiyalar (spirtli içkilər, siqaret, narkotiklər, bəzi dərman preparatların uzun müddət ərzində qəbulu, ziyanlı istehsalat və s.),

- beyində yaşla əlaqədar dəyişikliklər.

Kəllə-beyin travması yaddaş pozulmasının əsas səbəblərindən biri sayılır. Ağır travma bəzən amneziyaya səbəb olur - insan travma anını, ondan əvvəl və sonra olan hadisələri xatırlaya bilmir. Bəzən ağır travma nəticəsinə insan yaddaşını tam itirə bilər  (öz adını, kim olduğunu, harada yaşadığını, ailəsini və s. unudur).

Beyin qan dövranının pozulması da yaddaşın pisləşməsinin səbəblərindən biridir. Beyin qanla kifayət qədər təchiz olunmalıdır. Bu beyinin normal fəaliyyəti üçün (və həmçinin yaddaşın yaxşı olması üçün) çox vacibdir. Ateroskleroz xəstəliyi nəticəsində beyin damarlarının daxilində xolesterin yığılır, damarlar daralır, elastikliyini itirir. Bunun nəticəsində beyində qan dövranı pozulur. Bu isə öz növbəsində beyinin fəaliyyətinə (yaddaş, diqqət, təfəkkür) mənfi təsir edir. Adətən ateroskleroz yaşlı insanlarda inkişaf edir. Lakin hal hazırda həkimlər aterosklerozun xeyli "cavanlaşmasını" müşahidə edirlər.

Şəkərli diabet xəstəliyinin ağır fəsadlarından biri damarların zədələnməsidir - angiopatiya. Bu pozulma zamanı damarların divarları qalınlaşır, kiçik damarlar bağlanır. Nəticədə orqanizmdə (o cümlədən, baş beyində) qan dövranı pozulur.

Meningit (beyin qişalarının iltihabı) və ensefalit (beyin maddəsinin iltihabı) beyinin fəaliyyətinə mənfi təsir edir. Xoşbəxtlikdən, həkimə vaxtında müraciət etdikdə, bu xəstəliklər yaxşı müalicə olunur.

Təəssüf ki, bunu beyinin degenerativ xəstəliklərinə aid etmək mümkün deyil.  Belə xəstəliklərin arasında ən tanınmışı - Alsheimer xəstəliyidir. Bu xəstəlikdən əziyyət çəkən insanlarda yaddaş və təfəkkür daim azalır və nəticədə insan yaddaşını tam itirir, özü özünə qulluq edə bilmir. Əksər hallarda bu xəstəlik 70-80 yaşlı insanlarda inkişaf edir. Xəstəlik tədricən və gizli inkişaf edir və onun ilk simptomlarından biri məhz yaddaşın və diqqətin azalması olur. Müalicə olunmadıqda xəstənin vəziyyəti ağırlaşır - o, yaxınlarını tanımır, öz adını, kim olduğunu unudur, çölə çıxanda evə yol tapa bilmir və itir. Belə hesab olunur ki, bu xəstəlik irsən ötürülə bilər. Alsheimer xəstəliyi müalicə olunmur, lakin müalicə xəstəliyin erkən mərhələlərində başladıqda, xəstəliyin daha yüngül keçməsinə nail olmaq mümkündür.

Yaddaşın zəifləməsi hipotireozla (qalxanvari vəzi xəstəliyi) bağlı ola bilər. Bu zaman xəstədə həmçinin bədən çəkisinin "səbəbsiz" artması, depressiya, ödemlər, əzələ zəifliyi, əsəbilik və s. kimi simptomlar inkişaf edir.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 03:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri