Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Yadlar Azərbaycanın qədim irsinə sahib çıxa bilməzlər

Yadlar Azərbaycanın qədim irsinə sahib çıxa bilməzlər

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzura səfərləri geniş ictimayyətdə olduğu kimi, paytaxtın Nəsimi rayonunun ağsaqqallarında da məmnunluq doğurur.

Bu səfər diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə sayca 22-ci səfəri idi. Səfər çərçivəsində diplomatlar ərazilərə baxış keçirib, “İstisu” mineral sudoldurma zavodunda olub, Kəlbəcər şəhərində keçirilən Bal Festivalında iştirak edib və ərazidəki abidələrlə tanış olublar.

Diplomatların Ağdərə rayonu ərazisində yerləşən Gəncəsər Monastır Kompleksinə və Kəlbəcər rayonunun Vəng kəndində yerləşən Xudavəng Monastır Kompleksinə səfəri də xüsusi diqqət çəkdi. Qonaqları müşayiət edən Prezidentin köməkçisi Hikmət Hacıyev bu komplekslərin Azərbaycan xalqına, bu torpaqlarda mövcud olmuş Alban dövlətinə məxsus tarixi və dini abidələr olması barədə ətraflı məlumat verdi.

Erməni işğalı dövründə bu tarixi abidələrin də saxtalaşdırılmasına cəhd göstərilmişdi. Lakin tarixi sənədlər və daş kitabələr bu abidələrin Azərbaycan ərazisində mövcud olmuş qədim Alban dövləti tərəfindən yaradıldığını göstərir və onların erməni kilsələrinə aidiyyəti olmadığını təsdiqləyir. Bu baxımdan xarici diplomatların həmin abidələri yerində görməsi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Təəssüflər olsun ki, Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərləri Ermənistanda çox mənfi reaksiya ilə qarşılanıb, qonşu dövlərin mətbuatı səfərlə bağlı hayasız iddialar səsləndiriblər. Bu səfərlə bağlı Ermənistan cəmiyyətinin reaksiyası gülməli olduğu qədər də, qəbuledilməzdir. Qarabağ Azərbaycanın suveren ərazisidir. Belə reaksiya Ermənistanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıması ilə ziddiyyət təşkil edir. Bu, həm də Azərbaycanın daxili işlərinə kobud müdaxilədir.

Hakimiyyətdə olduqları zaman dövlət resurslarını mənimsəyən, ölkəni fəlakətə sürükləyən müharibə caniləri, məhkəmə və istintaq proseslərini ləngitmək üçün özlərini "xəstəliyə" vuranlar və bunların müdafiəsi üçün min oyundan çıxan revanşist qüvvələr “ötən günləri qaytaraydılar” havası ilə həyasız iddialar ortaya qoyurlar. Bu gün Ermənistan daxilində revanşist qüvvələr hələ də qalmaqdadır.

Lakin onlar təkcə müxalifətdə deyil, həm də iqtidar düşərgəsindədirlər. Bu da erməni mətbuatında yayılan məlumatların və aparılan qarayaxma kampaniyasının arxasında məhz Ermənistan hakimiyyətinin özünün durduğunu sübut edir. Özlərini gümrah və güclü göstərən revanşist liderlərin törətdikləri cinayətlərə görə ədalət qarşısında cavab vermək vaxtı çatanda dərhal xəstəlik maskası arxasında gizlənməyə çalışmaları onların hansı xislətdə olduqlarını açıq-aydın göstərir.

Nəsimi rayon ziyalılarının fikri belədir ki, revanşist dairələrlə mübarizənin miqyası ölkənin daxili ilə məhdudlaşmamalıdır. Paşinyan hökuməti zərərli təfəkkürü körükləyən və daxili siyasətə müdaxilə etməyə çalışan erməni diasporunu da hədəf almalıdır. Çünki baş nazir özü də etiraf edir ki, erməni lobbisi kənar dövlətlərin əlində təsir vasitəsinə çevrilib və xalq diasporun başqa ölkələrə bağlı olduğunu bilmr. "Bu səhifəni bağlamalıyıq", - deyən baş nazir köhnə sistemin qalığı saydığı diasporu və xaricdən gələn radikal təsirləri neytrallaşdırmaqda qərarlı olmalıdır.

İrəvan hökuməti anlamalıdır ki, revanşist qüvvələrin sıradan çıxarılması istiqamətində atılan addımlar yalnız ölkə daxilində qanunun aliliyini təmin etmək baxımından deyil, eyni zamanda, Ermənistan xalqı, dövlətçiliyi və bütün Cənubi Qafqaz regionu üçün əhəmiyyət kəsb edir. Çünki revanşist qüvvələrin və radikal dairələrin siyasi səhnədən silinməsi Ermənistanın inkişafına mane olan buxovların qırılması, cəmiyyətin normal mühitə qovuşması deməkdir.

Başlıca məqam odur ki, revanşizmin və müharibə ritorikasının zərərsizləşdirilməsi Cənubi Qafqazda dayanıqlı sülhün və regional təhlükəsizliyin bərqərar olması üçün əlverişli zəmin yaradır. Erməni toplumunu illər boyu xəyali düşmən obrazları və fəlakətli macəralarla aldadan qüvvələrin siyasi səhnədən birdəfəlik kənarlaşdırılması həm də region dövlətləri arasında dinc- yanaşı yaşama və əməkdaşlıq imkanlarını artırır. Bu mənada Paşinyan hökumətinin nümayiş etdirdiyi qətiyyətli mövqe revanşizmin kökünün kəsilməsi baxımından önəmlidir.

Digər tərəfdən, revanşist ideologiyanın yaşamasını təmin edən əsas amillərdən biri köhnə rejimin illər boyu mənimsədiyi qanunsuz kapitaldır. Paşinyan hökuməti revanşizmin maliyyə damarlarını kəsmək istiqamətində də ciddi addımlar atmalıdır. Onlarla mübarizə yalnız köhnə fiqurların neytrallaşdırılması ilə bitmir. Erməni cəmiyyətini illər boyu aşılanan revanşist və şovinist psixologiyadan təmizləmək çox zəruridir. Paşinyanın bəyanatları və revanşist rəhbərləri ifşa etməsi "qəhrəman" cildinə girmiş müharibə canilərinin əsl simasını göstərir.

Bu proses daxili informasiya məkanının və siyasi mühitin təmizlənməsini də tələb edir. Paşinyan hökuməti daxildə sülh prosesinin əleyhinə işləyən, media və sosial şəbəkələrdə manipulyasiya edənlər, hətta müəyyən siyasi dairələrdə regionda yenidən qeyri-müəyyənlik və sabitsizlik yaratmağa xidmət edən ziddiyyətli açıqlamalar səsləndirənlərə qarşı da adekvat addımlar atmalıdır. Cəmiyyətdə qorxu və nifrət toxumu səpənlərin, sülh danışıqlarını pozmağa yönəlmiş dezinformasiya yayanların qarşısının alınması və revanşist ideologiyanın informasiya qolunun tamamilə kəsilməsi mütləqdir.

Paşinyan hökuməti cəmiyyətə özünü Qarabağ məsələsinə Ermənistanın əvvəlki hakimiyyətlərdən fərqli yanaşan, Azərbaycanın ərazi bütövlüyünü qəbul edən və ölkəni sülhə aparan siyasi qüvvə kimi təqdim edir. Lakin Qarabağla bağlı hər hansı hadisədən sonra hakimiyyət daxilindən və müxtəlif siyasi dairələrdən eyni reaksiyaların gəlməsi bu iddiaların praktik müstəvidə nə dərəcədə reallaşdığına dair sual yaradır.

Bütün bunları Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura, istər indiki, istərsə də bundan əvvəlki səfərlərində hiss etməmiş olmazlar. Sülh yalnız sənəddə qarşı tərəfin ərazi bütövlüyünü tanımaq demək deyil, bu, həmin dövlətin öz ərazisi üzərində suveren hüquqlarını tanımağı da tələb edir. Əks halda, ərazi bütövlüyünün tanınması barədə bəyanatlar formal xarakter daşıyır.

Bu baxımdan mühüm məsələlərdən biri də sülhün hüquqi və konstitusion əsaslarının yaradılmasıdır. Bakının tamamilə haqlı və əsaslı tələblərindən biri olan Ermənistan konstitusiyasından Azərbaycan ərazilərinə iddiaları özündə əks etdirən müddəaların tamamilə çıxarılması və referendumun keçirilməsi məsələsi Paşinyanın daxili revanşizmlə mübarizəsinin həqiqi sınağına çevrilə bilər.

Konstitusiyada nəzərdə tutulan dəyişikliklər, eyni zamanda, keçmiş rejimlərin miras qoyduğu təhlükəli hüquqi manipulyasiyalara birdəfəlik son qoyulması deməkdir. Referendum yolu ilə bu iddiaların ağzına qıfıl vurulması revanşistlərin "böyük Ermənistan" xülyasını məhv edəcək ən böyük hüquqi zərbədir. Revanşistlərin sıradan çıxarılması Ermənistanı təcriddən xilas edərək bu ölkəni regionun iqtisadi layihələrinə qoşulmağa və qonşuları ilə normal münasibətlər qurmağa sövq edən başlıca faktordur.

Sülh müqaviləsinin imzalanması üçün keçmiş hakimiyyətin ideoloji platforması olan revanşizmin və müharibə ritorikasının qanunvericilikdə və dövlət institutu səviyyəsində kökündən kəsilməsi labüddür. İrəvanın regional reallıqları qəbul edərək praktiki addımlar atması revanşist dairələrin siyasi manevr imkanlarını tamamilə məhdudlaşdıracaq.

Qərbdəki qərəzli mərkəzlərin və revanşistlərə arxalanan erməni lobbisinin Azərbaycan əleyhinə yönəlmiş təxribat təşəbbüsləri, qarayaxma kampaniyaları daxili auditoriyaya hesablanmış ucuz şoudan başqa bir şey deyil. Azərbaycan milli maraqlarını müdafiə etməyə qadir olan, regionun iqtisadi və hərbi baxımdan ən qüdrətli dövlətidir.

Cənubi Qafqazın gələcəyini erməni diaspor qrupları və ya diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri zamanı bəzi erməni “başbilənlərin” ağzına gələni yazması, radioda və televiziyada danışması deyil, bölgədə sülh, əməkdaşlıq, quruculuq və inkişaf tərəfdarı olan güclü Azərbaycan dövləti müəyyən edir.

Təxribatçı meyillər, atmacalı sözlər, aksiyalar diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərindən aldığı təəssürata, habelə Azərbaycanın haqlı və strateji xəttinə zərrə qədər də olsa, təsir göstərə bilməz. Bütün bu cəhdlər hər dəfə olduğu kimi, yenə də tam uğursuzluqla nəticələnəcək.

Vaqif ŞADLINSKİ,
Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Sentyabr 2026 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see613

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see544

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see416

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see329

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see291

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see287

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see285

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see273

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see270

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see250

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see230

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see221

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see220

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see217

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see212

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see204

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see197

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see190

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see189

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri