Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Ermənistan siyasi iqtisadi böhrandan Azərbaycanın şərtlərini qəbul etməklə çıxa bilər

Ermənistan siyasi iqtisadi böhrandan Azərbaycanın şərtlərini qəbul etməklə çıxa bilər

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

“Ermənistanda indiyədək konstitusiyaya dəyişiklik üzrə keçirilən referendumların heç biri xalqın iradəsini əks etdirməyib”. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. Paşinyan bildirib ki, Ermənistan cəmiyyəti ilə qanunçuluq arasındakı uçurum məhz bununla əlaqədardır.

Milli Məclisin deputatı Vüqar İskəndərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanın Vətən müharibəsindəki qələbəsi və bir günlük lokal antiterror tədbirləri vasitəsilə öz dövlət suverenliyini tam bərpa etməsi, artıq Cənubi Qafqaz bölgəsində, həm də Azərbaycanın liderliyi ilə yeni dizayn verilməsi və ümumiyyətlə siyasi xartiyanın yenilənməsi prosesi davam edir.

Vüqar İskəndərov

“Ölkəmiz qalib olmasına baxmayaraq, böyük şanlı qələbə qazanmasından sonra Ermənistana sülh əslində iki ölkə arasında dövlətlərarası sülh müqaviləsinin imzalanması üçün şərtlər irəli sürdü. Artıq bu məsələdən beş ilə yaxın vaxt keçməsinə baxmayaraq, Ermənistan bu və ya digər vasitələrlə sülh müqaviləsi imzalanmasından yayınır və artıq bu proses elə bir həddə gəlib çatıb ki, Ermənistan Azərbaycan tərəfindən qoyulan şərtlərə əməl etməkdən başqa çarəsinin qalmadığının fərqindədir. Nikol Paşinyan yaxşı anlayır ki, Azərbaycanın irəli sürdüyü şərtlər reallığı əks etdirir, həm beynəlxalq hüquqla, həm milli qanunvericiliklə bu şərtlər qeyd şərtsiz qəbul edilməlidir. İki həll olunmamış məsələnin iki bəndin Ermənistan konstitusiyasının dəyişilməsi və “Minsk” qrupunun ikitərəfli olaraq buraxılması şərtləri hələlik həll olunmadan qalır.

Nikol Paşinyanın öz çıxışında “Ermənistan konstitusiyası xalqın iradəsini əks etdirmir” fikri əslinə qalsa, doğrudur, yəni Paşinyan bununla həm öz sələflərinin despot olduğunu və onların hakimiyyəti dövründə Ermənistanın müstəqil olmadığını bildirir, həm də Azərbaycanın irəli sürdüyü şərtlərin qəbul edilməsi üçün zəmin hazırlamağa davam edir.

Burada başqa bir məqam da var. Həm də Paşinyan başqa bir yükdən azad olunmalıdır. Bu da revanşizm qatı millətçilik, digər xalqlara olan nifrət, əsasən də Azərbaycan və Türkiyəyə olan xalqın münasibəti və bütün bu məsələlər Ermənistan cəmiyyətini uzun müddətdir ki, zəhərləyib və bu proses bu gün davam etməkdədir. Keçirilən rəy sorğularında təhlükəli məqam budur ki, əsasında orta və yaşlı nəsil hələ də Azərbaycana və Türkiyəyə nifrətini gizlətmir. Ermənistanda kifayət qədər radikal millətçi təşkilatların partiyaları mövcuddur. Onlar hələ də bu buxovdan xilas olmaq əvəzinə, mənasız revanşist hisslərlə yaşamağa davam edirlər”-deyən Vüqar İskəndərov qeyd edib ki, bu gün Paşinyan hakimiyyəti bu məsələni də həll etməlidir.

Deputat vurğulayıb ki, Ermənistan cəmiyyəti sözün əsl mənasında beynəlxalq aləmdən asılı vəziyyətdədir.

Vüqar İskəndərovun fikrincə, bu cəmiyyət elə Paşinyanın özünün dediyi kimi, indiyə qədər müstəqil olmayıb, digər böyük dövlətlərin əlində alət kimi istifadə olunub və torpaq iddialarında olub, digər dövlətin torpaqlarını işğal edib, terrorçuluq törədib.

Deputat hesab edir ki, bu proses belə davam edə bilməz, çünki dünya sürətlə dəyişir.

“Yeni siyasi mənzərə fonunda Ermənistan hələ də dərin quyuya düşmüş vəziyyətdədir. Bu vəziyyətdən çıxmağın yeganə yolu konstitusiyaya dəyişikliklərin hazırlanması, Konstitusiyada digər dövlətlərin ərazilərinə iddiaların olmaması və bir ölkənin inkişaf etdirilməsi üçün vacib olan qanunların orada əks olunmasıdır ki, bu gün Ermənistanın faktiki konstitusiyası bunları özündə əks etdirmir.

İkinci məsələ də Minsk qrupunun ləğv edilməsidir ki, artıq bu qurum faktiki mövcud deyil. Ehtiyac da yoxdur. Artıq bu konflikt bitib. Müharibə səhifəsi qapanıb. Öz gücünə, öz ali baş komandanının qətiyyətinə, daxili siyasi birliyinə, ordusunun şücaətinə və xalqın birliyinə əsaslanan strategiya ilə  bu böyük problem öz həllini tapıb. Bu problemi illər əvvəl həll etməli olan “Minsk” qrupu artıq "təqaüd"ə göndərilib. Artıq real olaraq, onun ləğv olunmasını Ermənistan hakimiyyəti vaxt itirmədən həll etməlidir”-deyən deputatın fikrincə, Paşinyan artıq anlayır ki, indiyə qədər Ermənistanın gəldiyi yol yanlışdır və xəyali Ermənistan qurmaq arzusu uğunda mübarizə aparılması yalnız Ermənistanı uçuruma sürükləyir.

“Yeni çağırışlar, yeni dəyərlər var və bu çağırışlara bugünkü Ermənistan Konstitusiyası, Ermənistan qanunları tam cavab vermir. Xalqın böyük əksəriyyəti hələ də revanşist ideologiyasının məngənəsində boğulmaqdadır. Cəmiyyət bütün bunlardan azad olmalı, hadisələrə real baxmalı və xəyali Ermənistandan real Ermənistana keçid etməlidir”-deyən deputat qeyd edib ki, bütün bu məsələlər bu gün Paşinyan komandasının qarşısında duran məsələlərdir və Paşinyan bunu həll etməlidir ki, Ermənistanı düşdüyü bu ağır böhrandan çıxara bilsin.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 Aprel 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see283

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see276

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see225

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see215

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see211

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see206

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see198

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see197

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see190

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see185

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see180

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see176

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see172

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see155

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see153

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see153

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see151

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see150

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see143

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri