Icma.az
close
up
RU
Yağış altında Melburn derbisi AVSTRALİYADAN FOTO

Yağış altında Melburn derbisi AVSTRALİYADAN FOTO

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Avstraliyada futbol mövsümü getdikcə daha maraqlı xarakter alır. Artıq ölkə çempionatı olan A Liqasının ikinci turunda azarkeşlər mövsümün ən çox gözlənilən qarşılaşmalarından birinə - Melburn derbisinə şahidlik ediblər.

AAMI Park stadionunda “Melburn Viktori” və “Melburn Siti” üz-üzə gəliblər.

Oyunu tribunadan İdman.Biz-in müxbiri də izləyib.

Avstraliyada özünəməxsus azarkeşlik mədəniyyəti mövcuddur. İdman növündən asılı olmayaraq, stadiona getmək burada çox vaxt ailəvi tədbirə çevrilir. Bu dəfə də belə oldu. AAMI Park stadionunun yerləşdiyi Riçmond rayonuna Melburnun müxtəlif guşələrindən futbolsevərlər axışırdılar. Bu da təsadüfi deyildi. Axı şəhərin iki əsas klubunun qarşılaşması Avstraliya futbol mövsümünün ən diqqətçəkən oyunlarından biridir.

Ötən mövsüm “Melburn Viktori”nin liderlərindən biri məşhur ispaniyalı Xuan Mata idi. Dünya və Avropa çempionu olan futbolçu nəinki yarımmüdafiədə komandasının oyununu idarə edir, həm də hücumlarda fəal iştirak edərək məhsuldar çıxışı ilə seçilirdi. Buna görə də yeni mövsüm ərəfəsində azarkeşləri düşündürən əsas suallardan biri komandanın onsuz necə təsir bağışlayacağı idi.

İspaniyalı futbolçu özü də keçmiş klubunu diqqətdən kənarda qoymayıb. Derbi ərəfəsində o, “Viktori”nin məşqlərindən birinə baş çəkərək sabiq komanda yoldaşlarına dəstək olub.

“Melburn Siti” isə heyətini yeniləmək mərhələsindən keçir. Derbi komandanın yeni mövsümə nə dərəcədə hazır olduğunu göstərən ciddi sınaq olmalı idi. Üstəlik, rəqiblərin əvvəlki iki görüşündə qələbə “Viktori”nin tərəfində olmuşdu.

AAMI Parkın qapıları matçın başlanmasına saat yarım qalmış açıldı və tribunalar tədricən dolmağa başladı. Təxminən 30 min tamaşaçı tutumuna malik stadion getdikcə canlanırdı. Azarkeşlər yerlərini tutur, söhbətləşir, şəkillər çəkdirir və şəhərin əsas futbol hadisələrindən birinə hazırlaşırdılar.

Oyunöncəsi proqram da kifayət qədər zəngin idi. Televiziya kameralarının obyektivinə Xuan Mata da düşdü. O, “Melburn Viktori” azarkeşlərini salamladı və qısa müsahibə verdi.

Ardınca isə oyunun özü başladı.

Meydan sahibləri ilk dəqiqələrdən rəqiblərinə nisbətən daha inamlı görünürdülər. Artıq 7-ci dəqiqədə “Melburn Viktori”nin sürətli hücumu Kiqan Yelaçiçin dəqiq zərbəsi ilə nəticələndi – 1:0.

Erkən qol meydan sahiblərinə əlavə inam verdi. «Viktori» oyunun gedişinə daha çox nəzarət edir, təhlükəli vəziyyətlər yaradır və ümumilikdə daha yaxşı təsir bağışlayırdı. Bununla belə, “Melburn Siti” də hücum imkanları tapır və bir neçə dəfə rəqib azarkeşləri həyəcanlandırırdı.

Meydanda qarşılaşma nisbətən sakit tempdə davam edirdi. Tribunalar haqqında isə bunu demək mümkün deyildi. Azarkeşlər komandalarını fəal şəkildə dəstəkləyir, müxtəlif şüarlar səsləndirir, bayraqlar və klub atributları yelləyirdilər.

Bununla yanaşı, stadionda ailəvi və mehriban atmosfer hökm sürürdü. Bəziləri meydandakı hər epizoda böyük həyəcanla reaksiya verir, digərləri isə sadəcə istirahət etmək, pivə içmək və dostları ilə xoş axşam keçirmək üçün gəlmişdilər. Avstraliya idman mədəniyyətinin əsas xüsusiyyətlərindən biri də, yəqin ki, məhz budur: stadion burada təkcə idman rəqabətinin yaşandığı məkan deyil, həm də insanların ünsiyyət qurduğu və asudə vaxt keçirdiyi bir yerdir.

Fasilədən sonra təşəbbüs tədricən “Melburn Siti”nin tərəfinə keçdi. Qonaqlar daha fəal oynamağa başladılar və çox keçmədən hesabı bərabərləşdirdilər – 1:1.

Bundan sonra komandalar qarşılıqlı hücumlar təşkil etsələr də, tərəflərdən heç biri nəzərəçarpacaq üstünlük qazana bilmədi. Oyunun tempi yenə də yüksək deyildi. Final fitinə yaxınlaşdıqca heç-heçənin meydanda baş verənləri kifayət qədər obyektiv əks etdirdiyi daha aydın görünürdü.

Melburn derbisinin ayrıca iştirakçısı isə hava şəraiti idi. Qarşılaşma demək olar ki, bütünlüklə yağış altında keçdi. Yağış arabir qısa müddətə dayansa da, yenidən başlayırdı. Lakin bu, yerli azarkeşlərə ciddi maneə yaratmadı. Havanın temperaturu 20 dərəcəyə yaxın idi ki, bu da futbol axşamı üçün kifayət qədər əlverişli şərait sayılırdı.

Nəticədə rəqiblər meydandan sülhlə ayrıldılar – 1:1.

Amma Melburn derbisi yaddaşlarda təkcə hesabla qalmadı. Rəngarəng tribunalar, ailəvi atmosfer, futbol ənənələri və avstraliyalıların idmana özünəməxsus münasibəti bu axşamı həqiqətən maraqlı etdi.

AAMI Parka futbol həyəcanı yaşamaq və xoş atmosferdən zövq almaq üçün gələnlər çətin ki, məyus olmuş olsunlar. Heç-heçə isə bu qarşılaşmanın kifayət qədər qanunauyğun nəticəsi idi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 24 Oktyabr 2026 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see341

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see334

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see329

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see326

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see312

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see308

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see304

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see299

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see288

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see287

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see275

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see261

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see257

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see232

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see232

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see229

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see224

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see211

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri