Icma.az
close
up
RU
Yağışda islanır, günün altında yanırıq Bakıda dayanacaq problemi

Yağışda islanır, günün altında yanırıq Bakıda dayanacaq problemi

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakının bir sıra ərazilərində dayanacaq pavilyonları yoxdur. 

Bu səbəbdən vətəndaşlar yağışlı, küləkli, qarlı və qızmar havalarda açıq ərazidə gözləməyə məcbur olurlar. Üstəlik, avtobus üçün dəqiqələrlə gözləmək lazım gəldiyini nəzərə alsaq, xüsusilə səhhətində problemi olan insanlar, yaşlılar və uşaqlar üçün bu vəziyyətin nə qədər əziyyətli olduğunu təsəvvür etmək çətin deyil. Vətəndaşlar da bu vəziyyətdən narazıdırlar. Bu barədə həmsöhbət olduğumuz sərnişinlərdən biri deyir:

“Yayda istidən, qışda soyuqdan əziyyət çəkirik. Yağışda islanırıq, günün altında kölgə tapa bilmirik. Bu vəziyyət illərdir belədir. Soruşanda min cür bəhanə gətirirlər. Heç bilmirik, bunun sonu nə olacaq". 

Məsələni araşdırmağa çalışdıq. Əsas sual da budur: Niyə hələ də bəzi ərazilərdə avtobus dayanacaqları quraşdırılmayıb?

Mövzu ilə bağlı News24.az-a açıqlama verən nəqliyyat üzrə ekspert Yasin Mustafayev bildirib ki, problem yalnız dayanacaqlarla məhdudlaşmır.  Həm piyada zolaqları, həm də səkilərlə bağlı yerlərdə problemlər var: 

“Bu məsələlər mərhələli şəkildə həll olunur. Lakin hansı sürətlə həll edildiyi və nəticələrin qənaətbəxş olub-olmaması mübahisə doğurur. İnsanların rahat şəkildə ictimai nəqliyyatdan istifadə edə bilməsi üçün bu problemlərin aradan qaldırılması vacibdir”.

Ekspert əlavə edib ki, bu cür problemlərin olması nəqliyyatda sıxlığa da səbəb olur:

“Vətəndaşlar yağışlı, qarlı və soyuq havalarda ciddi çətinliklərlə üzləşirlər. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi artıq bu istiqamətdə kompleks tədbirlər planı həyata keçirməyə başlayıb, lakin prosesin sürətləndirilməsi zəruridir”.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) sorğumuza cavab olaraq bildirildi ki, avtobus dayanacaq pavilyonları Dövlət Standartı (AZS 954-2024) və Nazirlər Kabinetinin 73 nömrəli Qərarına əsasən quraşdırılır. 

Avtobus dayanacaq pavilyonları quraşdırılan zaman yol infrastrukturunun vəziyyəti mütləq qaydada nəzərə alınır. Bu istiqamətdə mütəmadi olaraq təhlillər aparılır. Mövcud səki infrastrukturu və əhalinin gediş-gəlişi nəzərə alınaraq ya dayanacaq pavilyonları quraşdırılır, ya da dayanacaq nişanları qoyulur.

Dayanacaq məntəqəsində səkinin eni minimum 3 metrdən az olmayan və gün ərzində 20 sərnişindən çox minib-düşmə həyata keçirilərsə, həmin məntəqədə pavilyonun quraşdırılmasına yol verilir.

Xeyrənsə Piriyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://news24.az
archiveBu xəbər 01 Oktyabr 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see356

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see349

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see342

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see310

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see301

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see300

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see272

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see272

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see264

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see259

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see242

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see239

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see239

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see237

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see233

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see230

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see226

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see224

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see214

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri