Icma.az
close
up
RU
Yağışdan zərər görənlərin sayı açıqlandı MƏBLƏĞ

Yağışdan zərər görənlərin sayı açıqlandı MƏBLƏĞ

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Məlum olduğu kimi, 4-6 aprel 2026-cı il tarixlərdə ölkə ərazisində qeydə alınan intensiv yağışlar nəticəsində paytaxt Bakı da daxil olmaqla respublikamızın bir çox bölgəsində müxtəlif səpkili hadisələr baş verib.

Azərbaycan Sığortaçılar Assosiasiyasının yerli sığorta bazarı iştirakçılarından aldığı bu günə olan son dəqiq məlumatlara görə, 4-6 aprel 2026-cı il tarixlərdə baş vermiş sığorta hadisələri ilə bağlı 5 qeyri-həyat sığorta şirkətinə ümumilikdə 620 sığortalı müraciəti daxil olub.

Bu barədə “Cebheinfo.az”-a  Azərbaycan Sığortaçılar Assosiasiyasından məlumat daxil olub. 

Qeyd edilib ki, bu müraciətlərin 417-si “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü, 75-i “Kasko” (“Avtonəqliyyat vasitələrinin sığortası”) sığorta növü, 103-ü “Daşınmaz əmlakın icbari sığortası” növü, 25-i isə “Əmlakın yanğından və digər risklərdən sığortası” növü üzrə baş vermiş sığorta hadisələri ilə bağlı olub.

Məlumatlara görə, qiymətləndirilmiş 442 sığorta hadisəsi üzrə ehtimal olunan zərər məbləği 311 min 720 manat həcmində müəyyənləşdirilib. Qalan 178 hadisə üzrə isə zərər qiymətləndirməsi prosesi davam edir.

Hazırda daxil olmuş bütün müraciətlərə dair hadisələr tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir və sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə sığorta tənzimlənməsinin həyata keçirilməsi nəzərdə tutulur.

Bütün hadisələr üzrə qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra ümumi zərər məbləği həcminin 500 min manatı ötəcəyi proqnozlaşdırılır.

Qeyd etmək istəyirik ki, hesabat dövrü ərzində sığorta şirkətlərinə daxil olmuş müraciətlər üzrə hadisələrin 71 %-i paytaxt Bakıda, 29 %-i isə respublikamızın digər bölgələrində (xüsusilə Abşeron ərazisində) qeydə alınıb.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: Yağışdan zərər Azərbaycan Sığortaçılar Assosiasiyası

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Aprel 2026 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri