Yakutiya müharibə İştirakçılarına ödənişləri dayandırdı pul yoxdur
Tribuna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yakutiya hakimiyyəti büdcə kəsiri səbəbindən “xüsusi əməliyyat” iştirakçılarına ödənişləri müvəqqəti olaraq dayandırıb.
Yakutiyanın maliyyə naziri İvan Alekseyev bu barədə “NVK Saxa” televiziya kanalındakı “İnniki Kuenne” verilişində məlumat verib. O, regionun maliyyələşdirmə çatışmazlığı ilə üzləşdiyini və buna görə də ödənişlərin dayandırıldığını bildirib. Lakin rəsmi şəxs lazımi vəsaitin artıq tapıldığını və yaxın günlərdə ödənişlərin bərpası üçün əmr imzalanacağını deyib.
Alekseyev qeyd edib ki, ödəniş alanların dəqiq sayını əvvəlcədən müəyyən etmək mümkün deyil və bu da büdcə planlaşdırmasını çətinləşdirir. Dondurulmuş konkret ödənişlər göstərilməyib. Regional büdcədə müqavilə imzalandıqda, xəsarət aldıqda və hərbçinin ölümü halında birdəfəlik ödənişlər nəzərdə tutulub.
Qeyd edək ki, bundan əvvəl Tatarıstanda da eyni durum yaranıb və respublikanın rəhbəri Rüstəm Minnixanov RF Müdafiə Nazirliyinə müraciət edərək səfərbərlik zamanı Rusiyanın iri şəhərlərini unutmamağı, xüsusi əməliyyata varlı regionların kişilərinin cəlb etmək tövsiyəsi vermşdi.
Baxış sayı:68
Bu xəbər 22 Noyabr 2025 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















