Icma.az
close
up
RU
Yalan cəmiyyətdə kütləvi etimadsızlığa səbəb olur

Yalan cəmiyyətdə kütləvi etimadsızlığa səbəb olur

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Bütün dövrlərdə yalan cəmiyyətdə insani münasibətlərə ciddi zərbələr vurmuşdur. Bunun çox səbəbləri vardır". Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.

O bildirib ki, bu səbəblər həm fərdi, həm də ümumi səviyyədə ciddi fəsadlar törədə bilər: "Bəs hansı təsirləri göstərmək mümkündür?! Yalanın vurduğu mənəvi-psixoloji, ictimai-sosial zərbələr aşağıdakı əsas sahələrdə özünü göstərir: “Yalan istər ailə də, istər dostluq da, istərsə də digər münasibətlərdə etibarı zəiflədir”.

Sözsüz, istənilən səviyyədə (siyasi, mədəni, sosial, mənəvi, dini, elmi və b.) yalan danışmaq cəmiyyətdə etibarı zəiflədir. İnsanlar bir-birlərinə etibar etmirlər və beləliklə sağlam əlaqələrin qurulması çətinləşir. Bu amillər həm fərdi, həm də işgüzar və ictimai əlaqələrə mənfi təsir edir.

İnsanlar yalandan cəmiyyətdə müxtəlif səbəblərdən dolayı vaxtaşırı istifadə edirlər. Yalan, doğru olanın üstünü örtmək və ya həqiqəti yalnış göstərmək üçün istifadə olunur ki, bu da ədalətin öz yerini tutmasına mane olur. Əsasən də, məhkəmə və hüquq sistemində yalan ifadələr, şahidliklər ədalətsiz qərarların verilməsinə səbəb olur.

Yalan ailə münasibətlərini və cəmiyyətdə digər insani dəyərləri zədələyir. Cəmiyyətin təməli olan ailələrdə arasında yalanın mövcud olması boşanmaların sayının artmasına da ciddi təsir göstərən amillərdən hesab olunur və real həyatda da bunu aydın görmək mümkündür.

Şəxsin iş məkanında kollektiv arasında, rəhbərliyə yalan söyləməsi o məkanda işlərin gedişatını ləngitməklə yanaşı, yalan söyləyən fərdin də ciddi karyera qurmasının qarşısında səddə çevrilir.

Təəssüflər olsun ki, bəşəriyyətin hər dönəmində yalan cəmiyyətlərdə geniş vüsət alıb, indi isə daha da genişlənməkdədir. Belə hallar kütləviləşdikcə, həm fərdlər arasında, həm də idarəetmə strukturlarında ciddi fəsadlara səbəb ola bilər.

Yalan danışan insanlar Allah qarşısında günah yüküylə yüklənirlər. Mənəvi və psixoloji bir yük daşıyırlar.

Yalan danışan, adətən, üz rəngi dəyişir, üz mimikalarından özünün yalan danışdığını biruzə vermiş olur. Bu da yalanı dinləyən şəxsdə travmatik və psixoloji təsir qoya bilir. Cəmiyyətdə isə xaosa, kütləvi etimadsızlığa səbəb olur.

Cəmiyyətdə söylənilən yalanların qarşısını qismən almaq üçün həqiqətə dəyər vermək və doğru danışmağı təşviq etmək gərəkdir.

Bundan əlavə, zəmanəmizdə saxtakarlığın və yalanın baş aldığı bir vaxtda təhsil və maarifləndirmə vasitəsilə dürüstlüyün önəmini vurğulamaq vacibdir.

Uşaqlara kiçik yaşlarından Allahın onları gördüyün, dürüstlük və doğru danışma dəyərlərini öyrətmək, yalanın çirkin bir əməl olduğunu aşılamaq lazımdır. İnsani münasibətlər halalın ağır nəticələri, fəsadları barədə psixoloqlar, sosiloqlar, ziyalılar mediada, KİV-də, sosial şəbəkələrdə sağlam fikir mübadilələri aparmalı, bu barədə çıxışlar etməli, yeni-yeni maarifləndirici yazılar yazmalıdırlar.

Dahi şairimiz Nizami Gəncəvi yalan barədə aşağıdakı beytlərdə belə söyləmişdir:

Yalan sözlər sənə dost olmaz, inan,

Dost üzünə yalan söz olmaz, inan.

Başqa bir nümunə:

Dünyada ən ağır yükdür yalan,

Yalandan uzaq dur, əyilmə inan.

Yalan bütün səmavi kitablarda da birmənalı olaraq çirkin bir əməl kimi göstərilmiş və ciddi günahlar arasında adı keçməkdədir".

"Bir hədisdə İslam peyğəmbəri belə buyurmuşdur: “Qul, yalan söyləməyə və yalan söyləmə niyyətini daşımağa davam edərsə, bir an gələr ki, qəlbində qara bir nöqtə görünür; sonra bu nöqtə böyüyür və qəlbinin tamamı qap-qara olur. Sonunda, Allah qatında yalançılardan yazılır.”

(İbrahim Canan, Hədis Ensiklopediyası, C. 14, səh. 363)

Uca Allah yalan barədə Qurani-Kərimdə “Yalan söz­­lərdən də çəkinin,” (əl-Həcc surəsi, 30) — deyə buyurmuşdur.

Bir sözlə, cəmiyyətdə yalanın qarşısının qismən də olsa, alınması üçün insanlarımıza unudulmuş və son zamanlar laqeyd yanaşılmaqda olan milli və dini dəyərlərimizi aşılamaq günümüzün əsas vacib missiyalarından biridir" - deyə o, əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 Dekabr 2024 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see329

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see326

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see319

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see287

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see282

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see277

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see273

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see267

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see263

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see255

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see242

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see232

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see232

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see229

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see223

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see221

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see218

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see214

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see211

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri