Icma.az
close
up
RU
Yalan məlumat yayanlara XƏBƏRDARLIQ Məsuliyyətsizlik cinayətə çevrilə bilər

Yalan məlumat yayanlara XƏBƏRDARLIQ Məsuliyyətsizlik cinayətə çevrilə bilər

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son illər mediada araşdırılmamış, əsassız və böhtan xarakterli məlumatların tirajlanması halları artmaqdadır. Bəzi informasiya resursları fakt yoxlaması aparmadan, şəxslərin nüfuzuna, şərəf və ləyaqətinə toxunan iddiaları ictimailəşdirir. Bu isə bir çox hallarda hüquqi müstəviyə daşınır və media orqanlarının məsuliyyət daşımasına səbəb olur. Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən vəkil Vüsal Cəfərov bildirib ki, belə hallarda həm Mülki, həm də Cinayət Məcəlləsi çərçivəsində tədbirlər görülə bilər:

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən, əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılıbsa və məlumat yayan şəxs onların həqiqətə uyğun olduğunu sübut edə bilmirsə, həmin şəxs bu informasiyanın məhkəmə qaydasında təkzibini tələb edə bilər”, -  deyə vəkil qeyd edib.

Eyni zamanda, həmin Məcəllənin 23.2-ci maddəsinə görə, əgər bu cür məlumatlar media vasitəsilə yayılıbsa, təkzib də eyni media vasitəsilə verilməlidir.

Daha ciddi hallarda isə məsələ cinayət məsuliyyətinə qədər gedib çıxa bilər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində göstərilir:

“Əgər şəxs bilərəkdən yalan məlumat yayırsa və bu məlumat digər şəxsin şərəf və ləyaqətini alçaldırsa, onu nüfuzdan salırsa, bu, “böhtan” cinayətinin tərkib hissəsi sayılır.”

Vüsal Cəfərov diqqətə çatdırıb ki, bu maddəyə əsasən, sözügedən əməllərin cəzası mövcuddur:

“Belə ki, 1000 manatdan 1500 manatadək cərimə, 240 saatdan 480 saatadək ictimai işlər, 1 ilədək islah işləri və ya 6 ayadək azadlıqdan məhrumetmə bu cəza növlərinə daxildir. Şəxsin nüfuzuna qəsd edən və yalan olduğu əvvəlcədən məlum olan məlumatları yaymaq cəmiyyət üçün təhlükəli presedent yaradır və buna görə məsuliyyətin gücləndirilməsi vacibdir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 22 İyun 2025 22:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri