Icma.az
close
up
RU
Yamal “pozulur” İtirə itirə gedir...

Yamal “pozulur” İtirə itirə gedir...

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Lamin Yamal dünyadakı ən gənc istedadlı futbolçulardan biri olmaqla yanaşı, həm də hələ formalaşmamış bir yeniyetmədir. Onun texniki bacarıqları danılmazdır, amma futbol yalnız driblinqlə, sprintlə və statistikayla ölçülmür. Futbolçu eyni zamanda bir simvol, bir şəxsiyyət, bir məsuliyyət daşıyıcısıdır. Yamal isə, əfsus ki, bu məsuliyyəti daşımaq yerinə, onu əyləncəyə, diqqət cəlb etməyə və sosial medianın xoşuna gəlməyə dəyişməkdədir.

Onun anası yaşında modellə eşq yaşaması, son bir ildə beş-altı qadınla “sevgi-sevgi oynaması” təkcə əxlaq və cəmiyyət normalarına zidd deyil, bu, eyni zamanda onun futbolçu kimi gələcəyinə zərbədir. Nə qədər “şəxsi həyat” desək də, bu həyat artıq minlərlə gəncin gözündə örnək olmuş bir şəxsin həyatıdır. Yəni şəxsi olmaqdan çıxıb ictimaiyə çevrilib. Bu mövqedə məsuliyyətsizlik yalnız özünü deyil, gələcək nəslin ideal obrazını da zəhərləyir.

Gənc futbolçular üçün ən təhlükəli xəstəlik şöhrətin zəhərini bal kimi dadmaqdır. Yamal bu əməlləri ilə göstərir ki, onun futbolçu kimi texniki bacarıqları ilə gənc kimi psixoloji dayanıqlığı arasında dərin bir uçurum var. Bir istedadlı futbolçunun ən mühüm silahı – təvazökarlıq, özünü dərk etmək və diqqətini yayındıracaq dəbdəbələrdən uzaq durmaqdır. O isə bu “silahları” elə ilk pillədəcə itirə-itirə gedir.

Bu yaşda və bu statusda olan bir futbolçu üçün bir qadınla münasibət qurmaq eybəcər hal deyil, lakin bu münasibətlərin necə, harada və hansı mesajla qurulduğu əsas məqamlardır. Yamal isə ictimaiyyətin və medianın nəzərində öz peşəsinə hörmət etməyən, düşüncəsiz və tərbiyəsiz bir oğlan obrazı yaradır.

Ondan yeni Messi və Ronaldo olmasını gözləyənlər isə məyus olmağa məhkumdurlar. Messi 17 yaşında klubda və millidə yalnız oyunu ilə adından söz etdirirdi – şəxsi həyatı gündəmə gəlmirdi. Çünki məsuliyyət anlayışı var idi. Ronaldo “Mançester Yunayted”dəki ilk günlərində belə nizam-intizamla məşq edir, hətta komanda yoldaşlarını da peşəkarlığa məcbur edirdi. Onlar gündəlik həyatlarını – qidalanmalarından tutmuş yatdıqlarıı vaxta qədər – karyeralarına tabe ediblər.

Bəs Yamal nə edir? Ulduzluğa doğru irəliləmək əvəzinə, ulduz pozaları verir. 17 yaşında olsa da, sosial mediada “yetkin kişi” rolu oynayır. Bu qədər erkən məşhurlaşan, lakin hələ şəxsiyyət baxımından formalaşmayan bir gəncin Messi və Ronaldo ilə eyni cərgəyə qoyulması absurddur. O, hələ ki, istedadlı amma düşüncəsiz bir uşaqdır. Ondan ən yaxşı halda Mario Balotelli olar: istedadlı, lakin davranışları ilə özünü məhv edən bir futbolçu.

Əsl ulduz olmaq istəyirsə, o, ilk növbədə “böyüməyi” öyrənməlidir. Əhəmiyyətsiz şeylərlə gündəm yaratmamalı, diqqətini futbola, məhz futbola verməli, çalışmalıdır. Belə olan halda əfsanəvi futbolçu ola bilər. Əks təqdirdə, şöhrəti qar topası kimi böyüyəcək, böyüyəcək…və tezliklə həmin topa əriyib yox olacaq.

Mənbə: futbolpress.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://olke.az
archiveBu xəbər 26 İyun 2025 19:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see288

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see283

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see279

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see267

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see266

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see250

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see244

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see240

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see220

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see207

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see201

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see200

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see199

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see197

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see195

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see191

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see180

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see178

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see176

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri