Icma.az
close
up
RU
Yan təsirləri ən az olan təzyiq dərmanları müəyyən edilib

Yan təsirləri ən az olan təzyiq dərmanları müəyyən edilib

Icma.az, Oxumeni.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yan təsirləri ən az olan təzyiq dərmanları müəyyən edilib


Yan təsirlərdən qorxmaq, yüksək təzyiqi olan insanların müalicəni dayandırmasının əsas səbəblərindən biri olaraq qalır. Yeni aparılan böyük bir tədqiqat, hansı yüksək təzyiq dərmanlarının xəstələr tərəfindən ən yaxşı qəbul edildiyini və daha az dayandırıldığını göstərib. Oxuməni.az xəbər verir ki, nəticələr “JAMA” jurnalında dərc olunub.
ÜST-ün məlumatına görə, 2024-cü ildə təxminən 1,4 milyard insan yüksək təzyiqdən əziyyət çəkib. Lakin təzyiqi idarə etmək xəstələrin yalnız təxminən beşdə birinə müvəffəq olur. Bunun səbəblərindən biri müalicəyə zəif riayətdir: bir çox insan yan təsirlərdən qorxur və ya terapiyaya başladıqdan qısa müddət sonra dərman qəbulunu dayandırır.
Hansı dərmanların daha yaxşı qəbul edildiyini müəyyən etmək üçün alimlər 159362 nəfərin iştirak etdiyi 716 ikitərəfli, kor, təsadüfi kliniki tədqiqatın nəticələrini təhlil ediblər. Müəlliflər müxtəlif dərman siniflərini və onların kombinasiyalarını müqayisə edərək, xəstələrin qeyri-istənilən reaksiyalar səbəbindən müalicəni nə qədər tez-tez dayandırdıqlarını qiymətləndiriblər.
Angiotensin II reseptor blokerləri (ARB) ən yaxşı qəbul edilən dərmanlar olub. Bu dərmanlar damarları daraldan hormona mane olur, bunun sayəsində damarlar genişlənir və təzyiq aşağı düşür.
Tədqiqat göstərib ki, ARB qəbul edən xəstələr bəzi digər dərmanlar qəbul edən iştirakçılardan daha az yan təsirlər səbəbindən müalicəni dayandırıblar. Üstəlik, terapiyanı dayandırma göstəriciləri plasebo qruplarından belə aşağı olub.
Qəbul edilmə baxımından ən yaxşı kombinasiya ARB-nin kalsium kanal blokerləri (KKB) ilə birləşməsi olub. Ən yaxşı qəbul edilən müalicə sxemlərindən beşində dördü məhz ARB qrupundan olan dərmanları əhatə edib.
Bunun əksinə olaraq, kalsium kanal blokerləri tək dərman kimi istifadə edildikdə daha tez-tez yan təsirlərə səbəb olur və müalicədən imtinaya gətirib çıxarırdı. Müalicənin dayandırılma tezliyinin artması bəzi kombinasiyalarda, məsələn, beta-blokerlərin diuretiklərlə birləşməsində də müşahidə olunub.
Tədqiqatçılar ən çox yayılmış qeyri-istənilən hadisələri – baş ağrısı, başgicəllənmə, ödem və öskürəyi ayrıca təhlil ediblər. Məlum olub ki, kalsium kanal blokerləri istisna olmaqla, əksər qan təzyiqi dərmanları plasebo ilə müqayisədə daha az baş ağrısı ilə əlaqələndirilir. Müəlliflər bunun kalsium kanal blokerlərinin beyin qan damarlarına spesifik təsirləri ilə əlaqəli ola biləcəyini irəli sürürlər.
Tədqiqatçıların fikrincə, nəticələr həkimlərə yalnız dərmanın effektivliyinə deyil, həm də yan təsirlərin ehtimalına əsaslanaraq terapiya seçməyə kömək edəcək. Bu, xüsusilə vacibdir, çünki əvvəlki tədqiqatlara görə, xəstələrin 30%-dən 80%-ə qədəri müalicənin ilk ilində antihipertenziv dərmanları dayandırır.
Almaz Həsənli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 05 İyun 2026 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri