Icma.az
close
up
RU
Yanacaq çəninə benzinin sürətlə doldurulması itkiyə səbəb olur? AÇIQLAMA

Yanacaq çəninə benzinin sürətlə doldurulması itkiyə səbəb olur? AÇIQLAMA

Icma.az bildirir, Pravda.az saytına əsaslanaraq.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban yanacaqdoldurma məntəqələrində yanacaq çəninə benzinin sürətlə doldurulduğu zaman köpük yaranması, bunun litrdə itkiyə səbəb olması ilə bağlı fikirlərə aydınlıq gətirib.

 
İ.Şaban Pravda.az-a açıqlamasında deyib ki, hər istehkakçının məsələyə öz yanaşması var.

 


“Çoxusu da, necə deyərlər, çox şeyi öz arşını ilə ölçməyə meylli olur.  Amma “od olmayan yerdən tüstü də əmələ gəlməz” deyirlər. Yanacaqdoldurma məntəqələrindəki nasoslar dəqiq ölçü üçün kalibrlənib və axın sürəti özü-özlüyündə dövriyyə olunan həcmdə fərq yaratmamalıdır. Lakin köpük və ya buxar səbəbindən axının erkən dayanmasını da inkar etmək olmaz. Ümumən, yanacaq çəninin hansı sürətlə doldurulmasının əhəmiyyəti var və bəzi hallarda sürətli doldurma zamanı çənin tam dolmaması barədə sürücülərin dedikləri həqiqətə uyğun ola bilər. Çünki yanacağın avtomobilin çəninə yüksək sürətlə vurulması nəticəsində köpük yaranır, bu isə çənin tam dolmasına maneə olur –  yanacaqdoldurma nasosundakı “datçik” çənin dolduğunu düşünür və  yanacağın nəqlini dayandırır.  Bundan əlavə, avtomobildə quraşdırılmış çənin formasının da tam dolmaya təsiri mümkündür. Çənin havalandırmasının zəif olması da buna təsir edən amildir”, - o deyib.

 
İ.Şaban bildirib ki, sürücülərdə "az doldurulma" şübhəsi əsasən avtomobil çənini ağzına qədər dolduran zaman artır: “Dediyim faktorlar da məhz çənin tam doldurulması halında ortaya çıxır. Çünki yüksək sürətlə çənə vurulan yanacaq köpük və əks buxar təzyiqi yaratdığından “tapança” bunu dolmuş hal kimi qəbul edir. Buna görə də zəruri ehtiyac olmadığı halda çənin ağzına qədər doldurulmasından çəkinmək məsləhətdir. İkincisi, əgər 50 litrlik çəninizi aşağı sürətlə vurmaq kiməsə vaxt itkisidirsə, onun ilk 40 litrini sürətlə, qalanını aşağı sürətlə də vurdura bilərlər ki, “tapança” köpüyə görə axını vaxtından əvvəl dayandırmasın”.

Aytəkin Qardaşova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://pravda.az
archiveBu xəbər 21 Aprel 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ədil Məhərrəmov QƏTLƏ YETİRİLDİ

22 Aprel 2025 13:47see145

Uşaqlarla əlaqə qurmağın ən yaxşı 5 YOLU

22 Aprel 2025 19:47see144

Broyler toyuğu yeyən kişilərə BƏD XƏBƏR

22 Aprel 2025 13:24see135

Region Liqası: 1/8 finalın cütləri

22 Aprel 2025 17:21see133

Dünya Kitab və Müəlliflik Hüququ Günü

22 Aprel 2025 13:50see132

Coca Cola , yoxsa Pepsi ?

23 Aprel 2025 00:23see130

Vardanyanın məhkəməsi keçirilib

22 Aprel 2025 19:32see127

Şərurlu İsfəndiyarla bağlı daha bir QALMAQAL: Məhkəmə işi

22 Aprel 2025 13:34see120

Kart məlumatlarımızı öz əllərimizlə dələduzlara necə təhvil veririk? AÇIQLAMA FOTO

22 Aprel 2025 19:03see118

İlham Əliyev xanımı ilə birlikdə Çinə getdi

22 Aprel 2025 16:00see118

Lənkəranda sahilboyu ərazilər tullantılardan təmizlənib

23 Aprel 2025 14:44see117

Gecə səmasında gülümsəyən üz görünəcək: Bu nadir halı nə vaxt izləmək olar?

23 Aprel 2025 00:14see116

Aysel Vaynşteynin xanımı ilə Foto

22 Aprel 2025 11:05see114

Ərəb Dövlətləri Liqasının sammiti Moskvada keçiriləcək

22 Aprel 2025 19:23see113

Bu qurumların “başı dərddə” DTX ya ŞİKAYƏT EDİLDİ KONKRET

22 Aprel 2025 10:14see113

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir YENİLƏNİB

22 Aprel 2025 14:41see113

Zaur Kamal efirdə oğlunu belə PƏRT ETDİ

22 Aprel 2025 10:10see112

Ukrayna ilə sosial təminat və reabilitasiya sahələrində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

22 Aprel 2025 15:13see112

Orlando hava limanında təyyarə yanıb, 300 nəfər təxliyə edilib

22 Aprel 2025 07:59see112

Bu qidalar sizin üçün təhlükə ola bilər

22 Aprel 2025 09:55see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri