Yandırılmış evdə tapılan qadının qətlə yetirildiyi məlum olub
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Samux rayonunda yandırılmış evdə meyiti aşkarlanan 88 yaşlı qadının qətlə yetirildiyi məlum olub.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Burunqovaq kəndində baş verib.
Kənd sakini, 1937-ci il təvəllüdlü Yahuzə Bəkirovanın evində yanğın olub. Yanğın söndürüldükdən sonra evdən qadının yanmış meyiti aşkarlanıb.
Aparılan araşdırmalar nəticəsində qadının bədənində zorakılıq izləri aşkarlanıb və onun boğularaq qətlə yetirildiyi müəyyən edilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qadının qətlində şübhəli bilinən kənd sakini, 1986-cı il təvəllüdlü Arzu Əliyev saxlanılıb. O, ilkin ifadəsində qadını qətlə yetirdiyini etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb.
Samir Əli
Bu mövzuda digər xəbərlər:Göygöldə meyiti tapılan şəxsin qətlə yetirildiyi məlum olub YENİLƏNİB
04 Fevral 2026 22:52
Şərurda quyudan meyiti tapılan 75 yaşlı qadının qətlə yetirildiyi məlum olub, saxlanılan var FOTO YENİLƏNİB
23 Aprel 2025 10:51
Yandırılmış su Karlos Fuentes
11 Sentyabr 2026 16:37
Şəmkirdə dərədən meyiti tapılan şəxsin qətlə yetirildiyi MƏLUM OLDU
26 Yanvar 2026 21:59
Astarada intihar etdiyi bildirilən 71 yaşlı qadının qətlə yetirildiyi məlum olub
18 Sentyabr 2025 17:10
Baxış sayı:247
Bu xəbər 02 İyul 2025 20:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















