Icma.az
close
up
RU
Yandırılmış su Karlos Fuentes

Yandırılmış su Karlos Fuentes

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kulis.az Nilufər Hacılının tərcüməsində görkəmli Meksika yazıçısı Karlos Fuestesin "Yandırılmış su" əsərindən hissələri təqdim edir.

Əvvəllər, gecələri sübh şəfəqləri ilə dolu bir şəhər idi Mexiko. Federiko Silva yatmazdan əvvəl, sübhə yaxın, saat ikidə Kordoba küçəsindəki evinin eyvanına çıxanda sübh çağının nəm torpaq qoxusu duyulardı; palıd ağaclarının qoxusunu duyardı insan, vulkanlar çox yaxındaymış kimi gələrdi.

Sübh şəfəqi hər şeyi yaxınlaşdırardı: dağları, meşələri. Mexiko sübhünün o çox özünəməxsus qoxusunu ciyərlərinə daha yaxşı çəkmək üçün gözlərini yumardı Federiko Silva. Bu qoxunu duymaq yer üzünün ilk səhərini qoxulamaq kimi bir şey idi. Yox olmaqda olan gölü xəyallarında canlandıra bilənlər, yalnız onlar şəhəri həqiqətən, tanıya bilərlər, deyə keçirərdi ürəyindən Federiko Silva.

Bütün bunlar keçmişdə qalmışdı. İnsurgentes metro stansiyasının yaxınlığındakı o enişli-yoxuşlu, nəhəng ölçülü meydançadan yüz metr aralıda yaşayırdı indi. Memar dostlarından biri küçə və prospektlərin - İnsurgentes, Çapultepek, Cenova, Amberes, Xalapa - bu nizamsız kəsişməsini Parisin Etual meydanı ilə müqayisə etmiş, Federiko Silva da buna çox gülmüşdü. İnsurgentes kəsişməsi daha çox üzərində bir çox sinilər olan geniş, təkərli bir masaya bənzəyirdi: gah iki tərəfində uzanan səkilərindən daha hündür, avtomobillərin vızıldayaraq keçdiyi, gah daşlarla, zəncirlərlə bağlanmış küçələrdən daha aşağıda... gah da dəniz məhsulları satan restoranlarla, ucuz meyxanələrlə, səyyar satıcılarla, dilənçilərlə, küçə satıcıları tələbələrlə - fit çalan, dumanla qarışmış çənin ağır-ağır keçib getməsinə baxan, ayaqqabılarını boyadan, balıq ətli, iri sağrılı, mini ətəkli qızlara söz atıb ilişən, cürbəcür sendviçlər yeyən bir gənclər ordusu; hippilər: lələklər, mavi göz boyaları, dəri jiletlər, zəncirlər, boyunbağılar - içəridəki ağzına qədər dolu məkana aparan pilləkənlərin və keçidlərin daha da altında uzanan bir yol.

Və nəhayət, metronun girişi: cəhənnəmin ağzı.

***

Zokalodan Çapultepekə qədər hər şey əlinin altında idi: dövlət idarələri, əyləncə yerləri, dostluq və məhəbbət.

Artıq heç kimi maraqlandırmayan, unudulmuş şeylərə aludə olmuş qart subaylara xas köhnə nəqəratlardan biri idi bu. Dostları Periko ilə Marki ona daha az inadkar olmağı məsləhət görürdülər. Anası sağ olduğu müddətcə (yazıq qadın da uzun-uzadı yaşamışdı) ailə ənənələrinə hörmət etməsi, Kordoba küçəsindəki evdə yaşaması münasib idi. Bəs indi bu inad nə üçündür? Qiyməti heyrətamiz olan təkliflər almışdı, bazar gec-tez pik nöqtəsinə çatacaqdı, əlverişli məqamdan yararlanmaq lazım idi. Özü də daşınmaz əmlak işləri ilə məşğul olduğu, birja oyunlarından gəlir əldə etdiyi üçün bunun belə olduğunu hər kəsdən yaxşı bilirdi.

Sonra evinin hər iki tərəfinə sözdə müasir göydələnlər ucaldaraq onu məcbur etmək istədilər - Federiko Silva belə düşünürdü, çünki onun fikrincə, belə tez-bazar tikilən, iki ilə sıradan çıxıb on ilə uçulan şeylər yox, zamana tab gətirənlər müasir idi. Üzərində əbədi kilsələr, piramidalar ucaldılmış bir ölkənin kartondan, sınıq-salxaq şeylərdən və çirkabdan ibarət bir şəhərə çevrilməyə boyun əyməsini utancverici hesab edirdi.

Onu dörd divarın arasına həbs etmiş, havadan, günəşdən; mənzərədən və qoxudan məhrum edərək boğmuşdular. Bunun müqabilində isə qulaqlarını gurultu ilə ağzınacan doldurmuşdular. Beton və şüşədən tikilmiş iki göydələnin əsirinə çevrilmiş ev ərazinin kələ-kötürlüyünə, yaxud həddindən artıq yükün səbəb olduğu çökmələrə görə də "əziyyət" çəkirdi, ev, əslində bir qurban idi. Bir axşam çölə çıxmaq üçün geyinərkən yerə düşürdüyü bir qəpiyin yuvarlana-yuvarlana divara tərəf getdiyini gördü. Vaxtilə elə həmin otaqda qurğuşun əsgərlərlə oynamış, Austerlitz, Vaterloo kimi tarixi döyüşləri yenidən yaşamış, hətta hamamda bir Trafalgar dəniz döyüşü təşkil etmişdi. İndi isə su evin mailli tərəfinə doğru hamamdan daşdığı üçün heç çimmək də olmurdu.

Elə bil Piza qülləsində yaşayıram, amma Piza qülləsində yaşamağın da bir əvəzi var... Dünən üzümü qırxanda başıma evin divarından boyalar töküldü, hamamın divarları qabıq-qabıq olub soyulur. Şəhərin süngərə bənzər özülünün göydələnlərin hücumuna tab gətirməyəcəyini bunlar nə vaxt anlayacaqlar?

Əslində evi çox da köhnə deyildi, əsrin əvvəllərindən iyirminci illərə qədər tikilmiş, möhkəm fransız təsiri daşıyan malikanələrdən biri idi... Doğrusunu desək, solğun rəngli süni mərmərlərin ətrafında incə bir simmetriya ilə yerləşdirilmiş daşlardan tikilmiş, zirzəminin rütubətindən qorunmaq üçün hündürləşdirilmiş birinci mərtəbəsinə pilləkənlə çıxılan, o yastıdamlı ispan və ya italyan villalarına bənzəyirdi.

***

Dostlarının "Mandarin" adını verdikləri Federiko Silva üçün bu şəhər şəxsi düşmən idi. Şərqə məxsus cizgiləri o qədər aydın idi ki, yerli köklərinin izlərini belə basdırırdı. Meksikalıların üzlərində çox vaxt görünən bir xüsusiyyətdir bu: ilk üzü - Monqolustanın tundra və dağlarından gəlmiş olan üzü - ortaya çıxarmaq üçün yaşanmış tarixin zədələrini və izlərini gizləyirlər.

Buna görəydi ki, Federiko Silvanın üzü Meksika gölünün itmiş qoxusunu xatırladırdı: bulanıq bir xatirə, uzaq bir xəyal. Çox təmiz, çox səliqəli, dəyişməz bir üz və sanki boyanmış qapqara saçlar. Amma onda atalarının ağappaq və sağlam dişləri yox idi, qida dəyişikliklərinin təbii nəticəsi idi bu.

Yavaş-yavaş bibəri, lobyanı yeməkdən uzaqlaşan yeni nəsillər onların əsas təsirindən də - az yeyənlər üçün gərəkli olan kalsium və yetərli vitaminlərdən məhrum qalırdılar.

***

Görəsən, onu necə xatırlayacaqdılar?! Hər səhər güzgünün önündə gündəlik təmizliyini edərkən, son iyirmi il ərzində həqiqətən, çox az dəyişdiyini qəbul edirdi. Yaşlanmağa başlayan kimi sonsuzluqlarının görünüşünə bürünən asiyalılar kimi, bütünlüklə.

***

Özümü anladıb-anlatmadığımı, hətta özümü həqiqətən, anlayıb-anlamadığımı bilmirəm. Hamımız özümüzü tanıdığımıza inanırıq. Bu, çox yanlışdır.

“Krosna” qrupunun solisti vəfat etdi Həm yaşlı nəslin, həm də gənclərin sevimlisi Nəriman Həsənzadə... - Qəzənfər Paşayev Sərdar Ortaç zərərli vərdişləri tərgitdiyini açıqladı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://kulis.az
archiveBu xəbər 11 Sentyabr 2026 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see472

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see360

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see301

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see299

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see256

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see253

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see253

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see243

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see233

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see233

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see230

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see226

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see222

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see217

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see209

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see208

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see198

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see198

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see194

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri