Icma.az
close
up
RU
Yanğın, sel, zəlzələ Evimizi necə sığortalayaq?

Yanğın, sel, zəlzələ Evimizi necə sığortalayaq?

Icma.az bildirir, Modern.az portalına istinadən.

Bəzən vətəndaşın özündən asılı olmayan səbəblərdən şəxsi əmlakı zərər görə bilir. Bu hadisələrə təbii fəlakətlər (sel, torpaq sürüşməsi, yanğınlar, şiddətli yağış və külək, zəlzələ və digərləri) aiddir. Lakin bir çox vətəndaş bu cür hallar qarşısında nə edəcəklərini bilmir. 

Modern.az-a açıqlamasında Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev deyib ki, vətəndaşların mülkiyyət hüququ ilə sahib olduğu daşınmaz əmlak – mənzil, fərdi ev, obyekt və ya qeyri-yaşayış sahəsi – hər bir vətəndaş üçün dəyərli və strateji sərvətdir. Onu yalnız fiziki təhlükələrdən deyil, maliyyə risklərindən də qorumaq üçün sığorta mühüm vasitədir.

Sığorta niyə vacibdir?

“Əmlakı sığortalamaq, mülkiyyəti gözlənilməz risklərdən, məsələn, yanğın, oğurluq, təbii fəlakətlər və s. qorumaq üçün vacib addımdır. Bu proses vətəndaşların maliyyə təhlükəsizliyini təmin edir. Əlbəttə ki, bu hadisəsinin nə vaxt, necə və hansı şəraitdə baş verəcəyini əvvəlcədən ehtimal etmək çox çətindir. Xüsusi ilə də təbii fəlakətlərlə əlaqədar risklərin müəyyənləşdirilməsi çətin prosesdir. Lakin, sığorta məhsullarından istifadə etmək, sığortalanmaq gələcəkdə baş verə biləcək hal və hadisələr zamanı vətəndaşların qarşılaşdığı maliyyə itkisinin qarşısını alır” - deyə, o bildirib. 

Sığortanı necə əldə bilərik?

Bugün sığorta məhsullarının əldə olunması daha rahat və əlçatandır. Çünki vətəndaş özü internet imkanları ilə sığorta şirkətinin veb-saytına daxil olub, sığorta məhsullarını əldə edə bilər. Sığorta hadisələri baş verdikdə əlbətdə ki, müəyyən itkiləri də özü ilə bərabər gətirir, xüsusi ilə baş vermiş hadisənin təbii fəlakətlər fonunda olması isə daha çox şəxsi əhatə edir və daha irimiqyaslı zərərlərin dəyməsini ehtiva edir. Təbii fəlakətlərə qarşı sığortalanmanın bir sıra üstünlükləri mövcuddur ki,  bu da vətəndaşı hadisə zamanı ciddi maliyyə itkisinə qarşı qorunmanı təmin edir, əmlakın və ya yaşayış yerinin bərpası üçün sığorta ödənişi ödənildikdə, fəlakətdən sonra normal həyata dönüş prosesi xeyli sürətlənir.

Ekspert söyləyib ki, bu risklərə münasibətdə ölkəmizdə bir sıra sığorta məhsulları mövcuddur ki, bunlardan bəziləri icbari sığorta kateqoriyasına və digərləri isə könüllü sığorta növlərinə aiddir.

“Ölkəmizdə “Daşınmaz əmlakın icbari sığortası haqqında” qanun qəbul edilmiş və 2011-ci ildən tətbiq edilməyə başlamışdır. Bu sığorta növü üzrə sığorta təminatlarına təbii fəlakətlər nəticəsində əmlaka dəymiş zərər, eyni zamanda yanğın, partlayış riskləri, bundan başqa subasma kimi hadisə tezliyi yüksək olan risklər aiddir. Sığorta məbləği və sığorta haqları şəhər və regionlara uyğun olaraq dəyişir. 

Məsələn, Bakı şəhəri üzrə sığorta haqqı illik 50 manat olmaqla, 25.000 manatlıq bir təminatla əmlakı qeyd olunan risklərdən sığortalamaq mümkündür. Bu məbləğ, Gəncə, Sumqayıt, Naxçıvan şəhərlərində 40 manat olmaqla, 20.000 manatlıq bir təminatı əhatə edir, respublikamızın digər regionlarında isə 30 manat olmaqla, 15.000 manatlıq təminatı əhatə edir.” 

Emin Allahverdiyev vurğulayıb ki, kiçik sığorta haqları ödəməklə il ərzində baş verə biləcək istər təbii fəlakətlər, istərsə də digər risklərə münasibətdə təminat almaq mümkündür və bu sığorta növünün ölkədə  sığorta haqqı baxımından kifayət qədər əlçatan olduğunun da göstəricisidir. Qeyd olunan risklər üzrə hadisə baş verdiyi zaman əmlakın konstruktiv elementlərinə, bəzək elementlərinə, elektrik, rabitə və digər naqillərinə, qaz və su təchizatına, divar, tavan və döşəmələrə dəymiş zərərlər üzrə təminat verilir.
​Bundan başqa əmlakı könüllü qaydada da sığorta etdirmək mümkündür. Burada sığorta məbləğini və şərtlərini sığortaçı ilə sığortalı arasında razılaşdıraraq müqavilə bağlamaq mümkündür. 

Könüllü sığortada risklər müqavilədə qeyd olunmalıdır

Könüllü əmlak sığortası ilə vətəndaş hətta daşınar əmlaklarını da təbii fəlakət risklərinə münasibətdə sığorta edə bilər. Bundan başqa könüllü əmlak sığortası üzrə sığorta haqlarını sığorta şirkəti ilə razılaşdıraraq hissəli ödənişlərlə də ödəmək mümkündür. Sığorta risklərinin siyahısında təbii fəlakətlər, zəlzələ, sel, daşqın, tufan, qasırğa kimi təminatların olmasına diqqət etmək lazımdır. Çünki könüllü sığortalarda yalnız sığorta şəhadətnaməsində qeyd edilmiş risklər üzrə təminatlar verilir və bu nöqteyi-nəzərdən sığorta şəhadətnaməsini alarkən mütləq onu oxumalı və daha sonra imzalamalısınız.

Fərdi şəkildə əmlakı sığorta etmək üçün əmlakın mülkiyyət hüququnu təsdiq edən sənədi (çıxarış və digər sənədlər) və sığortalının şəxsiyyət vəsiqəsinin təqdim edilməsi lazımdır. Vətəndaş bu prosesi internet resursları vasitəsi ilə sığorta şirkətlərinin web səhifələrinə də daxil olub edə bilər.

Zərif Sofiyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 May 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see321

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see266

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see249

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see239

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see239

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see223

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see213

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see213

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see190

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see188

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see187

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see186

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see186

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see184

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see184

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see174

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see169

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see157

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see148

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri