Yanğına səbəb olan sahələr təmizlənib VİDEO
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Fövqəladə Hallar Nazirliyi yanğına səbəb olan quru ot, kol-kos və məişət tullantıları yığılan sahələrin təmizlənməsini təmin edib.
APA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Məlumata görə, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılmaqla, yaratdığı yanğın təhlükəsinin qarşısının alınması məqsədilə Bakı şəhəri Səbail rayonunun Gülbala Əliyev, Xətai rayonunun Orxan İsmayılov küçələrində, Xəzər rayonunun Binə Atçılıq yaşayış massivində, Sumqayıt şəhəri Çerkassı, Nizami, Səməd Vurğun və Mirzə Ələkbər Sabir küçələrində, Corat qəsəbəsinin Sahil küçəsində, Gəncə şəhəri 28 May küçəsində, Bakı-Sumqayıt avtomobil yolunun Abşeron rayonu, Masazır qəsəbəsindən keçən hissəsində və Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Saatlı rayonu, Bəylər kəndindən keçən hissəsində magistral yolun kənarında, Qax rayonunun Ləkit kəndində meşə kənarında, Masallı rayonunun Heydər Əliyev prospektində, Bərdə rayonunun Sənaye küçəsində, Həsənqaya kəndində, Ağcabədi rayonunun Hacıbədəlli kəndində, Biləsuvar rayonunun Üzeyir Hacıbəyov küçəsində, Sabirabad rayonunun İlham İsgəndərov küçəsində, Neftçala rayonunun Üzeyir Hacıbəyov küçəsində, Balakən rayonunun Qarahacılı, Katex və Qaysa kəndlərində, Ağdaş rayonunun Ərəb kəndində, İsmayıllı rayonunun Talıstan kəndində, Qəbələ rayonunun 9 Noyabr küçəsində, Şəki rayonunun Oraban kəndində, Yevlax şəhərinin Mirzə Şəfi Vazeh küçəsində, Quba rayonunun Dəvədabanı yaşayış massivində quru ot, kol-kos və məişət tullantıları olan sahələrin təmizlənməsi işi həyata keçirilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 12 Avqust 2026 10:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















