Icma.az
close
up
RU
“Yango SuperApp” Bakı yollarının sıxlıq reytinqini tərtib edir

“Yango SuperApp” Bakı yollarının sıxlıq reytinqini tərtib edir

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

“Yango SuperApp” servisi Bakı yollarındakı sıxlığı real zaman rejimində izləmək imkanı yaradıb. Tıxac reytinqi ilə tətbiqin əsas ekranında və Naviqatorda tanış olmaq mümkündür. Yeni funksiya sayəsində istifadəçilər şəhərdə hərəkətlərini daha səmərəli planlaşdıra biləcəklər. 

Bu funksiyanın əsasında duran texnologiyalar şəhərin hər küçəsində nəqliyyat axını haqqında məlumatları toplayır. Orta sıxlıq balı avtomatik olaraq 1-dən 10-dək hesablanır. 1 bal yolların tamamilə boş olmasını, 10 bal isə avtomobillərin demək olar ki, hərəkət etmədiyini göstərir.

“Biz istəyirik ki, şəhərdə həyat maksimum dərəcədə rahat, tətbiqimiz isə gündəlik məsələlərin qısa zamanda həll edilməsində etibarlı bələdçi olsun. “Yango SuperApp” taksi sifariş etməyə və ya ictimai nəqliyyatın hərəkət cədvəli ilə tanış olmağa, restorandan yemək sifariş etməyə və ya təcili bağlama göndərməyə, rahat marşrut qurmağa imkan verir. İndi isə yeni tıxac reytinqi sayəsində yoldakı mövcud vəziyyəti dərhal qiymətləndirə bilərsiniz”, - “Yango Azerbaijan” şirkətinin baş direktoru Müşviq Həsənov bildirib.

Marşrutun planlaşdırılması zamanı “Yango SuperApp”in naviqasiya servisi tıxaclar, bağlanmış yollar və yollardakı müxtəlif axınların sürəti də daxil olmaqla bir çox amilləri nəzərə alır. Yoldakı şərtlər dəyişdikdə və əsas marşrutda hərəkət sıxlaşdıqda, yeni funksiya təyinat yerinə daha tez çatmağınız üçün alternativ yollar təklif edir. Bu, böyük yarmarkaların, konsertlərin, forumların keçirildiyi vaxtlarda və ya hava şəraiti dəyişdikdə xüsusilə aktual olur.

“Yango SuperApp” haqqında

“Yango SuperApp” - taksi sifarişi, naviqasiya, ictimai nəqliyyatda səfərlərin planlaşdırılması, qida və bağlamaların çatdırılmasını  bir tətbiqdə birləşdirən şəhər servisləri ekosistemidir. “Yango Ride” taksi sifarişi və “Yango Delivery” çatdırılma tətbiqləri 2022-ci ildə ölkə bazarına daxil olub. 2024-cü ildə “Yango” supertətbiqinə məhsulların çatdırılması üzrə “Market” və restoranlardan hazır yeməklərin sifarişi üzrə “Yemək” xidmətləri əlavə olunub. “Yango” servisləri qlobal texnologiya şirkəti olan “Yango Group”un tərkibinə daxildir.

Əlavə məlumat üçün aşağıdakı əlaqə vasitəsi:

[email protected]

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 24 Aprel 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri