Icma.az
close
up
RU
Yanıqların müalicəsi zamanı dəri köçürülməsi də icbari tibbi sığorta hesabına aparılır

Yanıqların müalicəsi zamanı dəri köçürülməsi də icbari tibbi sığorta hesabına aparılır

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yanıqlar - yüksək temperatur (termiki), kimyəvi, elektrik cərəyanı, radiasiya təsirindən dəri və daha dərin toxumalarının zədələnməsidir. Termiki yanıqlar qaynar maye, buxar, alov və bərk isti səthlərlə təmas, kimyəvi yanıqlar turşular və qələvilərin təsiri, elektrik yanıqları yüksək və ya aşağı gərginlikli cərəyanın bədənə keçməsi nəticəsində yaranır. Radiasion yanıqların yaranma səbəbi isə günəşin ultrabənövşəyi (UV) şüaları, tibbi prosedurlardan və ətraf mühit mənbələrindən ionlaşdırıcı şüalanmanın təsiri ilə bağlıdır.

“Qafqazinfo” xəbər verir ki, yanıqların müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir.

İlkin tibbi yardım, həkim müayinəsi, müvafiq laborator testlər, ehtiyac olduqda stasionar terapevtik yatış icbari tibbi sığortanın Xidmətlər Zərfi hesabına qarşılanır. 

Yüngül yanıqlar poliklinika və ya xəstəxanalarda yanıq şöbəsində, orta dərəcəli yanıqlar müşayiət olunan əlavə xəstəliklər olmadıqda və ya digər xəsarətlər xəstənin ümumi vəziyyətini çətinləşdirmədikdə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin yanıq şöbələrində, ağır dərəcəli yanıqlar vətəndaşın çatdırıldığı tibb müəssisəsində ilkin reanimasiyadan sonra Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsində həyata keçirilir.

Yanıqların müayinə prosesi zamanı zədənin dərinliyi və sahəsi qiymətləndirilir və müxtəlif üsullarla bədənin neçə faizinin yandığı təyin edilərək müalicə tədbirləri həyata keçirilir.  

Yüngül yanıqların müalicəsi soyutma, antiseptik və yanıq əleyhinə məlhəmlərin tətbiqi, ağrıkəsici vasitələr və bol maye qəbulu ilə aparılır. Ağır yanıqlarda isə stasionar şəraitdə maye və elektrolit balansının bərpası, antibiotiklərin təyini, nekrotik (məhv olmuş) toxumaların cərrahi təmizlənməsi, dərialtı toxumaların transplantasiyası və uzunmüddətli reabilitasiya tələb olunur. Ən yüksək ölüm halları və kontrakturalar (hərəkət məhdudiyyəti) orta-ağır və ağır yanıqlarla əlaqəlidir. Yanıq yaralarından sonrakı kontrakturaların rekonstruktiv cərrahiyyəsi, fizioterapiya müalicəsi, dəri köçürülməsi icbari tibbi sığorta hesabına icra edilir. 

Düzgün müalicə olunmayan yanıqlar infeksiyalaşma, şok, orqan çatışmazlığı, çapıq və dəri deformasiyaları, həmçinin psixoloji travmalara səbəb ola bilər.

Yanıq zamanı ilkin yardımın təxirəsalınmadan göstərilməsi həyati əhəmiyyət daşıyır. Yanıq mənbəyini aradan qaldırmaq, dərhal yanmış nahiyəni 10–15 dəqiqə boyunca soyuq su ilə yumaqla soyutmaq (buz tətbiq etmədən), qabarcıqları partlatmamaq və təmiz, steril sarğı tətbiq etmək əsas tədbirlərdir. 

Yanıqların qarşısını almaq üçün qaynar mayeləri uşaqlardan uzaq saxlamaq, mətbəx və iş yerlərində təhlükəsizlik tədbirlərinə əməl etmək, elektrik cihazlarını nəm əllə istifadə etməmək, günəşdən qorunmaq və kimyəvi maddələrlə təhlükəsiz davranmaq əsas profilaktik tədbirlərdir. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 02 Fevral 2026 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see223

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see220

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see218

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see212

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see195

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see192

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see191

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see178

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see178

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see171

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see167

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see164

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see164

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see164

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see162

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see160

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see158

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see154

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see146

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri