Icma.az
close
up
RU
Beyin ödeminin müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir

Beyin ödeminin müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Beyin ödemi – beyin toxumaları və toxumaarası sahələrdə maye toplanması nəticəsində yaranan və kəllədaxili təzyiqin artması ilə müşahidə olunan ciddi patoloji vəziyyətdir. Bu proses beyin hüceyrələrinin fəaliyyətini pozur, sinir sisteminin işini zəiflədir və həyati təhlükə yarada bilir. Beyin ödemi müxtəlif səbəblərdən – kəllə-beyin travmaları, insult, beyin şişləri, infeksion xəstəliklər, hipoksiya (oksigen çatışmazlığı), həmçinin metabolik pozuntular və yüksək təzyiqin təsiri fonunda meydana çıxa bilər. Xəstəliyin klinik əlamətlərinə kəskin baş ağrısı, ürəkbulanma və qusma, görmə pozuntuları, müxtəlif şüur pozulmaları, qıcolmalar, bəzən isə şüurun tam itməsi aiddir.

Beyin ödemi zamanı həyata keçirilən həyati vacib tibbi müdaxilələr icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində təminata alınıb. Bu xidmətlərə kəllədaxili təzyiqin daimi nəzarətdə saxlanılması, beyin toxumasına təzyiqi azaltmaq üçün dekompressiv trepanasiya beyində yığılan artıq mayenin xaric edilməsi üçün drenlərin yerləşdirilməsi, eləcə də mədəcik şuntlarının qoyulması daxildir. Bununla yanaşı, xəstələrə stasionar şəraitdə göstərilən zəruri xidmətlər də sığorta hesabına təmin edilir.

Dəqiq diaqnostika məqsədilə müasir laborator və instrumental müayinə üsullarından istifadə olunur. Beyinin kompüter tomoqrafiyası (KT), maqnit rezonans tomoqrafiyası (MRT), kontrastlı MRT və neyrosonoqrafiya (yeni doğulmuş uşaqlarda beyin USM müayinəsi) beyin ödemini və onun səbəblərini müəyyənləşdirməkdə mühüm rol oynayır. Bundan əlavə, qanın ümumi və biokimyəvi analizi, elektrolit və qlükoza səviyyəsinin təyini, mikrobioloji və seroloji testlər, həmçinin elektroensefaloqrafiya (EEQ) kimi müayinələr də icra edilir. Bu müayinələr beynin fəaliyyətini kompleks şəkildə qiymətləndirməyə və düzgün müalicə taktikasını müəyyənləşdirməyə imkan yaradır.

Diaqnostik mərhələdən sonra xəstələr stasionar müalicəyə cəlb olunur. Beyin ödeminin səbəbi və ağırlıq dərəcəsinə uyğun olaraq pasiyentlərə dehidratasiyaedici terapiya (mannitol, hipertonik duz məhlulları və s.), kortikosteroidlər, elektrolit balansının bərpası, qlükoza səviyyəsinin tənzimlənməsi, oksigenlə müalicə və simptomatik terapiya tətbiq edilir. Ağır hallarda isə xəstələr reanimasiya şəraitində xüsusi nəzarət altında saxlanılır, bəzi hallarda cərrahi müdaxiləyə – kəllədaxili təzyiqi azaltmaq üçün kəllə sümüyünün bir hissəsinin çıxarılmasına (dekompressiv kraniotomiya) ehtiyac yarana bilər. Qeyd olunan bütün tibbi xidmətlər icbari tibbi sığorta hesabına həyata keçirilir.

Bu xidmətlər TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin tabeliyindəki müvafiq tibb müəssisələrində, Agentliklə müqaviləsi olan tibb müəssisələrində tibbi göstəriş əsasında icra olunur.

Daha əvvəl də qeyd edildiyi kimi beyin ödemi çox vaxt digər xəstəliklərin və ya travmaların nəticəsi olaraq meydana çıxır və vaxtında müalicə olunmadıqda əlillik və ya ölümlə nəticələnə bilir. Bu səbəbdən profilaktik tədbirlərə xüsusi diqqət verilməlidir. Travmalardan qorunmaq,

arterial təzyiqi və qan şəkərini nəzarətdə saxlamaq, infeksion xəstəliklər zamanı vaxtında həkimə müraciət etmək beyin ödemi riskini azaldan amillərdəndir. Ən əsası isə, xəstəliyin ilk simptomları müşahidə olunduqda vaxt itirmədən tibbi yardıma müraciət edilməlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 02 Sentyabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri