Icma.az
close
up
RU
Yanvar ayından kirayə QİYMƏTLƏRİ ARTACAQ? ekspert açıqladı

Yanvar ayından kirayə QİYMƏTLƏRİ ARTACAQ? ekspert açıqladı

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fiziki şəxslərə məxsus yaşayış sahələrinin fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlər bundan sonra vergiyə cəlb olunacaq.

Bu müddəa "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, fiziki şəxslərə məxsus yaşayış sahələrinin - mehmanxanalar və mehmanxana tipli obyektlər istisna olmaqla - fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərə ödəmə mənbəyində 10 faiz vergi tətbiq ediləcək.

Bəs yəni qərar kirayə mənzil bazarında qiymətlərə necə təsir edəcək?

Məsələ ilə bağlı BAKU.WS-ə açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc bildirib ki, yeni tətbiq həm bazarda şəffaflığı artıracaq, həm də qiymətlərin müəyyən qədər bahalaşmasına səbəb olacaq:

"Hazırda qanuna görə kirayə verən şəxs əldə etdiyi məbləğin 14 faizini vergi kimi ödəməli idi. Dəyişiklikdə isə artıq kirayə verən yox, kirayə qalan şəxs ödəyəcək. Məsələn, 600 manata kirayə müqaviləsi bağlanırsa, bunun 60 manatı vergi kimi tutulacaq. Bununla da kölgə iqtisadiyyatının bir hissəsi tamamilə şəffaflaşacaq. Məqsəd ondan ibarətdir ki, büdcədən yayınan vəsait yenidən dövlətə qaytarılsın, kirayə gəlirləri rəsmiləşdirilsin".

Ekspert qeyd edib ki, indiyədək çox az insan kirayə müqaviləsi bağlayırdı, lakin bu qərardan sonra proses məcburi xarakter daşıyacaq:

"10 faizlik vergi tətbiqindən sonra kirayə qiymətlərində artım olacaq. Şəhərin mərkəzində kirayə qiymətləri onsuz da yüksəkdir, buna görə yeni vergi həmin zonalarda ciddi təsir göstərməyəcək. Lakin aztəminatlı, gənc ailələrin və tələbələrin daha çox yaşadığı ərazilərdə verginin təsiri daha çox hiss olunacaq".

Vüqar Orucun sözlərinə görə, daşınmaz əmlak bazarında 12–20 faiz, kirayə bazarında isə 5–7 faiz artım gözlənilir:

"10 faiz vergi tətbiq olunur deyə kirayə qiymətlərinin də eyni səviyyədə artması gözlənilmir. Ancaq müəyyən bahalaşma qaçılmazdır. Mən çıxışlarımda bu verginin 14 faizdən 7 faizə endirilməsini təklif etmişdim".

Qeyd edək ki, yeni vergi mexanizminin 2026-cı ildən qüvvəyə minməsi gözlənilir.

Şahanə Xankişiyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:272
embedMənbə:https://baku.ws
archiveBu xəbər 24 Noyabr 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri