Icma.az
close
up
RU
YAP Ağcabədi rayon təşkilatında könüllü və gənc YAP fəalları ilə görüş keçirilib

YAP Ağcabədi rayon təşkilatında könüllü və gənc YAP fəalları ilə görüş keçirilib

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Aprel ayının 4-də Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının inzibati binasında rayon təşkilatının sədri Rövşən Əhmədov sosial şəbəkə fəalları və könüllülərlə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov könüllü fəallara sosial şəbəkələrdə fəalliqlarına görə təşəkkür edərək bildirdi ki,  Yeni Azərbaycan Partiyası ölkəmizdə hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişində, tərəqqisində öz töhfələrini əsirgəmir. YAP-ın gücü onun öz ideyasında, ölkənin gələcək inkişafı ilə bağlı konseptual baxışlarını modernləşdirə və dünya təcrübəsi ilə zənginləşdirə, problemlərdən çıxış yollarını göstərə, ən mürəkkəb siyasi məsələlərlə bağlı konkret təkliflər irəli sürə bilməsindədir. Bütün bunlar YAP-ın ən müxtəlif sosial təbəqələrin etimadını qazanaraq ümumxalq partiyasına çevrilməsinə stimul vermişdir. Partiyanın siyasi xətti, gördüyü işlər, ölkəmizdə gedən proseslər, erməni işğalçıları üzərində möhtəşəm qələbə, 30 ildən artıq köçkün həyatı yaşamış əhalimizin yenidən inkişafa qədəm qoyan Qarabağa qayıtması ən başlıcası isə öz fəaliyyəti ilə tarix yazan möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin fəaliyyətinin işıqlandırılması istiqamətində  siz könüllü-gənclər çox böyük işlər görürsünüz. Ona görədə qərara aldım ki, Sizinlə görüşərək öz minnətdarlığımı çatdırım, eyni zamanda bu sahədə gələcəkdə qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparaq.

Tədbirdə  gənc könüllülərdən Asiya Şirinova, Fəridə Qasımzadə, Lalə Həsənova, Nigar İbrahimova çıxış edərək, yeni çağrışları və tendensiaları əsas götürən və ölkəmizdə aparıcı siyasi qüvvə olan YAP-ın gənc fəalları olduqlarından qürur duyduqlarını bildirmiş, Azərbaycan reallıqlarının dünyaya çatdırılmasında üzərlərinə düşən missiyanı bundan sonra da, layiqincə yerinə yetirməyə həmişə hazır olduqlarını vurğulamışdır.

Daha sonra görüş iştirakçıları arasında qarşılıqlı fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

YAP Ağcabədi rayon təşkilatı tərəfindən tədbirin sonunda gənc fəallara  Sertifikatlar, Fəxri Fərmanlar, Təşəkkürnamələr və hədiyyələr təqdim edilib.

Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Aprel 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri