Icma.az
close
up
RU
YAP Azərbaycanda gedən ictimaisiyasi proseslərin içindən çıxmış zərurətdir

YAP Azərbaycanda gedən ictimaisiyasi proseslərin içindən çıxmış zərurətdir

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

1992-ci ildə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət olmaqla yanaşı, o dövrdə cərəyan edən hadisələrin və mövcud ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Ümummilli lider Heydər Əliyev həmin dövrün reallıqlarından çıxış edərək söyləyirdi: "Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir”.

1992-ci il noyabrın 21-də 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis qurultayı keçirildi və Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində təşkilatlanaraq xalqın dəstəyi ilə 1993-cü ildə hakimiyyətə gəldi. Bu, xalqın Ümummilli lider Heydər Əliyevə böyük inamının, Onun rəhbərlik etdiyi partiyaya dəstəyinin bariz ifadəsi idi.

Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq özünü Azərbaycana bağlı sayan hər kəs bu partiyada öz yerini tapdı. Burada hər bir fərdin düşüncələrinə, mövqeyinə göstərilən rəğbəti duydu, bu partiyanın arzularındakı siyasi təsisat olduğunu müəyyənləşdirdi. Partiyanın Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən əsas proqram məqsədləri Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, demokratik, hüquqi və dünyəvi cəmiyyətin qurulması, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik və güclü sosialyönümlü iqtisadiyyatın yaradılmasından ibarət idi. Nəticədə YAP yarandıqdan cəmi 7 ay sonra hakim partiyaya çevrildi. Bu hadisənin özü xalqın Heydər Əliyev şəxsiyyətinə olan böyük inamını ifadə etməklə yanaşı, partiyanın yaranmasında ifadə edilən tarixi zərurəti bir daha təsdiqlədi. AXC-Musavat hakimiyyətinin yarıtmaz siyasəti ilə ölkədə yaranmış hərc-mərclik, ölkənin parçalanmaq təhlükəsi Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə qısa zaman kəsiyində aradan qalxdı, ölkə normal inkişaf mərhələsinə qədəm qoydu. Yeni Azərbaycan Partiyasının yaradılmasının tarixi hadisə olduğunu qeyd edən patiyamızın Sədri cənab İlham Əliyev həmin dövrü xatırlayaraq, müstəqilliyimizin ilk illərinin ölkəmiz üçün çox ağır keçdiyini bildirərək, deyir: “1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının yaradılması xalqda böyük ümidlər yaratdı ki, nəhayət, xoşagəlməz hallara son qoyulacaq, nəhayət, Azərbaycanda çox ciddi siyasi qüvvə yaranır, nəhayət, Azərbaycanda siyasi sistem yaranır”. Çünki xalqımız Heydər Əliyev dühasına bələd idi, inanırdı ki, ölkəni düşdüyü ağır vəziyyətdən böyük dövlətçilik təcrübəsinə, özünəməxsus siyasi manevr etmə qabiliyyətinə malik və Vətəninə, millətinə bağlı bir insan çıxara bilər.

Hakim partiya kimi Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk günündən özünə aydın vəzifələr müəyyənləşdirdi: dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi. Sevindirici haldır ki, bunlar təkcə proqram vəzifələri olaraq kağız üzərində qalmadı. Yeni Azərbaycan Partiyası təmsilçilərindən formalaşmış iqtidar komandası xalqımızın Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək, ölkəmizi tarixinin ən böyük nailiyyətlərinə çatdırmış Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında bu vəzifələrin hər biri üzrə möhtəşəm nəticələr əldə etdi.

Təsadüfi deyil ki, sıralarında yeddi yüz əlli minə yaxın siyasi həmfikiri birləşdirən partiya bu illər ərzində keçirilən bütün seçkilərdə parlaq qələbələr qazanıb. Bu isə xalqımızın Yeni Azərbaycan Partiyasına, xüsusilə partiyanın Sədri cənab İlham Əliyevə olan dərin inamı və etimadının əyani göstəricisidir.

Danılmaz həqiqətdir ki, cəmiyyət daim yeniləşir, ictimai münasibətlərin inkişaf səviyyəsi yeni çağırışlar və reallıqlar yaradır. Bütün bunlar da öz növbəsində YAP-ın hakim partiya kimi qarşısında yeni tələblər və vəzifələr qoyur. Burada bir məqamı xüsusilə qeyd etməliyik ki, iqtidar partiyası olan YAP həm cəmiyyətin irəliyə doğru, keyfiyyətcə yeni inkişaf mərhələlərinə daxil olmasını və onun mütərəqqi inkişafını təmin edən aparıcı siyasi qüvvə kimi çıxış edir, həm də yaratdığı yeni çağırışları və reallıqları özü tənzimləyərək, gələcəyə istiqamətlənmiş məqsəd və vəzifələr müəyyənləşdirir.

Yeni Azərbaycan Partiyasının 32 il ərzində şərəfli yol keçərək, iştirak etdiyi bütün seçkilərdə qələbə qazanması ölkə vətəndaşlarının dövlət başçısı İlham Əliyev cənablarının həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə inamın ifadəsidir. Bu, həm də cənab İlham Əliyevin hər bir vətəndaşın Prezidenti olduğunun göstəricisi, Azərbaycanın hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması ildən-ilə daha da möhkəmlənən xalq-iqtidar birliyini göstəricisidir.

Bu gün hər bir YAP üzvü sevinir ki, Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayır, qalib gəlir. Azərbaycan Prezidenti, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən bu ölməz amallar sədaqətlə, cəsarətlə böyük müvəffəqiyyətlə həyata keçirilir. Bu məqamda Yeni Azərbaycan Partiyasının yaradıcısı, Azərbaycan xalqının xilaskarı Ulu Öndərimiz Heydər Əliyevin söylədiyi: “Yeni Azərbaycan Partiyası dünənin, bu günün, gələcəyin partiyasıdır”- fikirlərini xatırlamaq yerinə düşər.

Həqiqətən düşmən üzərində qazanılan Möhtəşəm Qələbə hər birimizin qürur mənbəyi olmaqla xalqımızın tapdanmış ləyaqətini bərpa etdi. Bu reallığı görən Azərbaycan xalqı bəlkə də, son 30 ildə bu qədər qürurlu olmamışdı. Tariximizin 44 günü ərzində yazılan Zəfər Salnaməsi ilə əzəli torpağımız olan Qarabağımız Azərbaycanımıza qovuşdu. Məhz bu Böyük Qələbə yenilməz Ali Baş Komandan kimi ölkə Prezidenti İlham Əliyev cənablarının sözünə, vədinə sadiq qalan, cəsarətli dövlət başçısı imicinin təsdiqlənməsinin reallığıdır. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində söylədiyi fikirləri bir daha yada salmaq yerinə düşər: “...Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Ümummilli Lider Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən, mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”. Həmin dövrdə bu fikirlər ümumxalq sevinci ilə qarşılandı. Üstündən 17 il keçəndən sonra əldə edilən Zəfər Salnaməsi xalqın öz seçimində yanılmadığını təsdiq etdi.

Partiyamızın hər bir üzvü qəti olaraq əmindir ki, dünənin, bugünün və gələcəyin partiyası olan, cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası bundan sonra da Azərbaycanın sürətli və hərtərəfli inkişafına davamlı şəkildə öz töhfəsini verəcəkdir.

İlqar İlyasov,

YAP Laçın rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Noyabr 2024 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Televiziya aparıcısı anasını bıçaqlayaraq öldürdü

03 Noyabr 2025 23:31see177

Düşmənin bir top atəşi ilə viran qalan postundan GÖRÜNTÜLƏR

02 Noyabr 2025 17:12see170

Müəllimlər cəmiyyətin yükünü daşıyan müdriklərdir

03 Noyabr 2025 16:38see161

Qiyamət gününün bunkeri nədir: içində nə var və nə üçün lazımdır?

02 Noyabr 2025 21:01see148

Arda Güler zədələnib

02 Noyabr 2025 16:57see141

İran Gülüstan vilayətində yeni atom elektrik stansiyasının tikintisinə başlayıb

02 Noyabr 2025 17:53see140

Məğlubiyyət bizim səhvlərimizdən sonra baş verdi Elmar Baxşıyev

02 Noyabr 2025 20:50see139

Yüksək şəkər və infarkt arasında əlaqə

03 Noyabr 2025 06:06see135

Qaradağın deputatı həbslər haqda danışdı KONKRET

02 Noyabr 2025 20:48see133

Bütün nadir xəstəliklər üçün təsir göstərə biləcək vahid dərman hazırlanıb

03 Noyabr 2025 02:03see131

Fələstin fraksiyaları Qəzzada müvəqqəti administrasiyanın strukturunun razılaşdırılmasını müzakirə edir

02 Noyabr 2025 19:52see130

Turan Tovuz da oynamış futbolçu bu ölkədə klubunu dəyişdi FOTO

03 Noyabr 2025 12:35see130

Sian şəhərinin meri “Biznes Park Abşeron” layihəsi ilə tanış olub

04 Noyabr 2025 08:48see129

Araz Naxçıvan kimyaçılar ın qonağıdır Heyətlər

02 Noyabr 2025 17:35see127

The Economist: Tayvanın B planı ...

02 Noyabr 2025 20:46see126

İstanbulda Qəzza üzrə zirvə görüşü başlayıb

03 Noyabr 2025 16:39see126

Monqol əti Bakıda buna görə ucuz imiş SƏBƏB BİLİNDİ

03 Noyabr 2025 11:14see125

Avropa bütün sursatımızı alıb, aparsın Vuçiç

03 Noyabr 2025 01:44see125

Sumqayıt sakinlərinin yol dərdi: Vətəndaşların problemi nə vaxt həll ediləcək?

03 Noyabr 2025 02:00see123

Paşinyan artıq düzgün və konstruktiv siyasət yürütməyə başlayıb

04 Noyabr 2025 01:21see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri