Icma.az
close
up
RU
Sınaqdan çıxmış Adam!

Sınaqdan çıxmış Adam!

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Onun 75 yaşı tamam olur.

Amma, heç deməzsən...

Yerişi, duruşu, çevik hərəkətləri, mehriban çöhrəsi, sirayətedici şuxluğu, gənclik enerjisi saçır.

Aramızda tez-tez təkrarlanan bir dialoq var.

Xeyrəddin müəllim məndən soruşur ki, “Alqış, bu camaat məni niyə belə çox istəyir?”

Mən də deyirəm ki, “Xeyrəddin müəllim, camaat səni yaxşı tanımır axı, ona görə”.

O da qayıdır ki, “Çox doğru deyirsən, işdi birdən məni yaxşı tanısalar, bəs onda nə olacaq?”

Mən də - “Onda səni daha çox istəyəcəklər”, - deyirəm.

Mən Xeyrəddin müəllimi yaxşı yox, çox yaxşı tanıyıram.

İlk dəfə onu sözündən tanımışdım.

Onun bir cümləsi indi də olduğu kimi – bütün intonasiyası, səmimiyyəti və sərrastlığı ilə yaddaşımdadır.

“Xalq məhəbbəti” – mən bu sözlərin dərin mənasını ölçüyə gəlməz qiymətini Heydər Əliyev Naxçıvana gələn gün, bu il iyul ayının 22 – də bir daha dərk etdim.

“Böhtançıların aqibəti” adlanan həmin məqalə “Dan Ulduzu” qəzetində dərc olunmuşdu.

1990–cı ildi.

Onda cəmiyyət hələ toparlanmamışdı.

Dahi Öndərimizin özü və tərəftarları təzyiq altında idi.

Ziyalıların Heydər Əliyevə məhşur müraciəti hələ yox idi.

Hələ Yeni Azərbaycan Partiyası təsis edilməmişdi.

Hələ "Yeni Azərbaycan" qəzeti çıxmırdı.

Xeyrəddin müəllim yerli komunist mətbuatından tutmuş mərkəzi Moskva qəzetlərində yazılan bütün böhtanlara tək başına cavab verirdi.

Xeyrəddin müəllim böhtançılarla tək başına döyüşürdü.

Xeyrəddin müəllimin özü ilə 1993–cü ilin aprelində tanış oldum.

Baki Dövlət universitetinin tələbəsi idim, eyni zamanda “Aydınlıq” qəzetində çalışırdım.

Bir gün, Məmməd Nazimoğlu (“Aydınlıq” qəzetinin redaktoru Babək Hüseynoğlunun müavini idi) məni otağına dəvət etdi:

- Xeyrəddin Qoca Kişinin (Heydər Əliyevi nəzərdə tuturdu) qəzetini buraxmağa hazırlaşır.

Əməkdaşlar axtarır.

Özü də deyir ki, mütləq Qərbi azərbaycanlı olmalıdır. Sənin haqqında ona danışmışam. Redaksiyada səni gözləyir.

Azərbaycan nəşriyatının 6–cı mərtəbəsində "Yeni Azərbaycan" qəzetinin 2 otaqlıq redaksiyasında görüşdük.

Və dərhal soruşdu: Sən Nüvədidənsən? O Kişinin qədr-qiymətini Qərbi azərbaycanlılar dəqiq bilirlər. Və əlavə etdi: Hazır nə yazın var?

- Hazır yazı yoxdur, amma makinaya diktə edə bilərəm.

- Doğrudan? – deyib redaksiyanın makinaçısı Səyyarə xanıma üz tutdu.

- Başlayın.

Bir saata yazı hazır idi. Xeyrəddin müəllim yazını oxudu.

- Əla, - dedi, - Mən səni bir başa şöbə müdiri götürürəm.

Və beləcə Xeyrəddin müəllimin sayyəsində mən “Yeni Azərbaycan”çı oldum.

Xeyrəddin müəllimin öz mövqeyi var.

Onun mövqeyi tənzimlənən, idarə olunan mövqə deyil.

Onun mövqeyi yuxarıların diktəsindən və aşağların xahişindən irəli gəlmir.

Onun sözü, mövqeyi vicdanının çox-çox dərinliklərindən rişələnir.

Xeyrəddin müəllim satirikdir.

Satirik hekayələr, yumorlar yazır.

Satirik üslubda yazmaq üçün istedad yetərli deyil. Cəmiyyətin çatışmazlıqlarını qələmə almaq üçün, hər şeydən öncə, cəsarət, iradə, daxili immunitet gərəkdir.

60–cı illərdə Türkiyədən Əziz Nesin Bakiya gəlibmiş. Şəhəri gəzib dolaşırlar. Nahar zamanı Türkiyəli yazıçı azərbaycanlı həmkarlarından soruşur.

- Sizdə satira var?

Bizim yazıçılar da, bir ağızdan:

- Əlbəttə, var - deyirlər.

Əziz Nesin təəcüblənir:

- Anlamadım, ya sizdə satira yoxdur, ya da hökümət.

Türkiyəli yazıçının təəcübünə rəğmən bu gün Azərbaycanda güclü Hakimiyyət də var, satira da.

Bu da ki, istisnasız olaraq Xeyrəddin müəllimin müstəsna xidmətidir.

Mövzunu, istənilən nöqsanı, çatışmazlığı elə sevə-sevə təqdim edir ki, hamı razı qalır. Heç kimin ruhu incimir.

30 ildən çoxdur ki, hər gün görüşürük, zəngləşirik, danışırıq.

Xeyrəddin müəllimin zəngi bir az ləngiyəndə həmən uşaqların diqqətindən yayınmır.

- Xeyrəddin əminin deyəsən başı qarışıqdır, xəbər yoxdur.

Xeyrəddin müəllimlə mənim münasibətim anamın diqqətini xüsusi ilə cəlb etmişdi.

Anam görürdü ki, Xeyrəddin müəllim bizə telefon açan kimi otağı gülüş qəhqəyə səsi başna götürür.

Həmişə “Xeyrəddin müəllimə məndən salam de”,- deyirdi:

Allah onun köməyi olsun səni darıxmağa qoymur. Onu görüm min budaq olsun. Allah da onu darıxmağa qoymasın.

Xeyrəddin müəllim çətin günlərin dostudur.

Xeyrəddin müəllim sınaqdan çıxmış adamdır.

Sınaqdan çıxmış adam misilsiz örnəkdir, cəmiyyətin ali dəyəridir.

Sınaqdan çıxmış adamı heç bir məddahın, cahilin boşboğazın, konyukturaya xidmət edən hər cür fürsətkeşin ayağına vermək olmaz.

Sınaqdan çıxmış adamı qorumalı, ovcumuzun içində, gözümüzün üstündə saxlamalıyıq.

Xeyrəddin müəllim özündə şəxsiyyətin gerçək tərifini ehtiva edir.

Şəxsiyyət şəxsi keyfiyyətlərin daşıyıcısı olan şəxslərə deyilə bilər.

Xeyrəddin müəllimin, mənim əziz dostumun 75 ildə qazandığı ad-sanın, şöhrətin, xətir-izzətin əsasında onun öz şəxsi keyfiyyətləri dayanır.

Xeyrəddin müəllim böyük şəxsiyyətdir.

Qənimət adamdır.

Rəhmətlik anamın dediyi kimi: “O bizi darıxmağa qoymur. Allah da onu darıxmağa qoymasın”.

Alqış Musayev,

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 Yanvar 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri